nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Azercell 65 yaşdan yuxarı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir! Adalet.az | Azercell 65 yaşdan yuxarı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell 65 yaşdan yuxarı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir!

11455    |   2020-03-25 11:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünyada müşahidə olunan gərgin vəziyyətdə abunəçilərini diqqət mərkəzində saxlamağa davam edir.

MMC-dən Adalet.az-a verilən məlumata əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırda ölkədə xüsusi karantin rejimi elan edildiyini nəzərə alaraq, mobil operator mart ayının 24-dən etibarən 65 yaşdan yuxarı olan abunəçilərinə Azercell-in Müştəri Xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edir.

Belə ki, şirkətin bu kateqoriyaya aid olan bütün müştəriləri Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət edərək, şirkətin Mobil Müştəri Xidmətlərindən təmənnasız istifadə edə biləcəklər.

İlkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasının yaşı 65-dən yuxarı olan abunəçilər üçün ödənişsiz istidadəyə verilən Mobil Müştəri Xidmətləri yaxın günlərdə Azercell-in bölgələrdə yaşayan müştəriləri üçün də əlçatan olacaq. Qeyd edək ki, ölkədə tətbiq edilən sosial izolyasiya tədbirlərinə riayət edilməsini rəhbər tutaraq, Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinin əməkdaşları müştəriyə bütün lazımi dəstəyi göstərməyə çalışacaq və yalnız zəruri hallarda (sim-kart dəyişikliyi kimi servislər) müraciət şirkətin Mobil Müştəri Xidmətlərinə yönləndiriləcək. Onu da vurğulayaq ki, "Azercell Telekom” MMC əhalinin və əməkdaşlarının sağlamlığının qorunması, həmçinin COVID-19 virusunun yayılmasının qarşısının alınması çərçivəsində müvafiq preventiv tədbirlər görərək, Mobil Müştəri Xidmətlərini, eləcə də abunəçilərlə təmasda olan bütün əməkdaşlarını ölkədə tətbiq edilən xüsusi rejim qaydalarına riayət edilməsi barədə təlimatlandırıb, onları maska, əlcək, antiseptik vasitələr və qoruyucu geyimlə təmin edib. Eyni zamanda, Azercell-in Müştəri Xidmətləri ofislərində masaüstü şüşə arakəsmələr quraşdırılıb.

Xatırladaq ki, Azercell-in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv və Azercell-in rəsmi diler məntəqələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Xidmət mərkəzləri xüsusi iş rejimində çalışaraq hər gün 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Azercell öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:

• Online Müştəri Xidmətləri https://www.azercell.com/az/;
• "Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;
• Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
• Azercell Telefon Mərkəzi:

- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565/*1111 qısa nömrələri
- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002/*1111 qısa nömrələri




İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

“Facebook”un işində problemlər yaranıb

Azercell 65 yaşdan yuxarı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir!

Azercell-in “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı!

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək!

“Bakcell”dən 1.5 milyon manatlıq ianə, tibbi avadanlıqlar və koronovirusla mübarizəyə yönəlmiş tədbirlər

“Azercell Telekom” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat yatırım etdi

Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb

Azercell-lə İlaxır çərşənbəniz mübarək olsun!

Azercell-dən rominqdə olan abunəçilərinə dəstək və TƏBİB "Qaynar xətt"inə pulsuz zənglər imkanı!

Azercell koronavirusla bağlı xüsusi iş rejimi elan edir

“Apple” mağazalarını bağladı

Azercell-lə Mobil Musiqi limitsiz oldu!

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK