nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq - “Azərsun Holdinq” Adalet.az | Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq - “Azərsun Holdinq” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq - “Azərsun Holdinq”

7147    |   2020-03-20 00:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yarandığı gündən ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində öndə gedən şirkət olan "Azərsun Holdinq”in nəzdində çalışan bütün istehsal müəssisələri, qida təminat zənciri, koronavirus infeksiyası ilə əlaqədar yaranmış vəziyyətdə fəaliyyətlərini tam qüvvə ilə davam etdirirlər.

Ölkə rəhbərliyinin və Ümumdünya Səhiyyə Təşkilatının bütün tələb və tövsiyyələrinə ən yüksək səviyyədə riayət olunmaqla fəaliyyətin bütün sahələrində dezinfeksiya və profilaktika tədbirləri keçirilir.

İnsan sağlamlığını ən ali dəyər hesab edən Şirkətlər qrupu dünyada və Azərbaycanda tüğyan edən virusla mübarizə şəraitində bütün qüvvələri ilə səfərbərdir. 28 illik fəaliyyəti ilə ölkəmizin və xalqımızın bir parçasına çevrilmiş "Azərsun”un fəaliyyətə bütün qüvvəsi ilə davam etməsi qida sektorunda stabilliyin tam təmin olunması və heç bir ərzaq qıtlğının yaranmamasına şərait yaradacaq.

Yaşlı əməkdaşların evdən çalışmasına şərait yaradan şirkətlər qrupunda, ofis və istehsalatda işləyən digər insanların sağlamlığının təmini və iş prosesinin davamlılığı üçün bütün zəruri addımlar atılır. Bütün müəssisələrin girişində daxil olan şəxslərin sağlamlığının yoxlanılması üçün zəruri avadanlıqlar quraşdırılıb, əməkdaşlar qoruyucu maska, əlcək və digər zəruri vasitələrlə təmin edilir. Müəssisə daxili məkanlar mütəmadi olaraq dezinfeksiya edilir. Daxil olan bütün nəqliyyat vasitələri dezinfeksiya edildikdən sonra içəri buraxılır. Bundan əlavə müəssisə daxilində 24 saat fasiləsiz olaraq tibb məntəqələri fəaliyyət göstərir, burada hər hansısa əməkdaşın səhhəti ilə bağlı narahatlığı yaranarsa məsələyə həkimlər tərəfindən dərhal müdaxilə edilə bilər.

Xalqımızın sağlamlığı hər şeydən önəmlidir. Çünki, sağlam xalq, həm də güclü dövlətin təməlidir. Əhalinin sağlamlığını hər şeydən öndə tutan "Azərsun Holdinq” də daim işinə bu prinsiplə yanaşır. Bu məsələdə, şirkətlər qrupu öz məsuliyyətini yaxşı dərk edir, virusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə qoşulur, rəhbər və işçi heyəti ilə səfərbər olaraq təhlükəsizliyi təmin etmək üçün əzm göstərir. "Azərsun Holdinq” əminliklə bildirir ki, hər zaman olduğu kimi bundan sonra da yarana biləcək istənilən vəziyyətdə əhalini davamlı olaraq sağlam, ekoloji təmiz qida ilə təmin edəcək.



İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb

Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

Nazirlik işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı suallara aydınlıq gətirib

BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır

Sabah Bakıda duman olacaq

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir

Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq açıqlandı

Fermerlərin rayonlara gediş-gəlişi ilə bağlı heç bir çətinlik yoxdur

Faiq QİSMƏTOĞLU: SİRKƏ İKİ MANAT QIRX QƏPİYƏ

Ermənistan silahlıları atəşkəs rejimini 25 dəfə pozub

SON XƏBƏRLƏR
2020-04-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

ABŞ-da uşaq bağçası. Tərbiyəçi 5 yaşlı uşaqlara deyir:

- Bütün dövrlərin ən məşhur adamının adını kim düzgün desə, ona beş dollar verəcəm.

Şotland uşaq Müqəddəs Patrikin, irlandiyalı Müqəddəs Endryünün adını çəkir. Yəhudi uşaq isə deyir:

- Ən məşhur insan İsa peyğəmbərdi.

Tərbiyəçi:

- Afərin. Amma sən yəhudisən, niyə İsa peyğəmbəri dedin?

Yəhudi uşaq:

- Qəlbimdə bilirəm ki, ən məşhur insan Musa peyğəmbərdi! Amma biznes biznesdi!





digər lətifələr
ARXİV
FACEBOOK