nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | AGF ləğv olunan Dünya Kuboku ilə bağlı açıqlama yaydı Adalet.az | AGF ləğv olunan Dünya Kuboku ilə bağlı açıqlama yaydı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

AGF ləğv olunan Dünya Kuboku ilə bağlı açıqlama yaydı

9886    |   2020-03-17 17:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku ilə bağlı rəsmi açıqlama yayıb.

Adalet.az-ın məlumatına görə, açıqlamada Azərbaycan Gimnastika Federasiyası (AGF) artıq beşinci dəfə idman gimnastikası üzrə FIG Dünya Kubokuna ev sahibliyi etdiyi qeyd edilib:

"Belə ki, 12 və 13 mart tarixlərində Milli Gimnastika Arenasında Dünya Kubokunun təsnifat mərhələləri baş tutdu. Bu günlərdə bütün dünyada koronavirus xəstəliyi ilə əlaqədar yaranan məlum səbəblərdən isə yarışların final mərhələləri ləğv edildi.

AGF, nümayəndə heyətləri Bakıya səfər etməmişdən əvvəl və finalların ləğvindən sonra yaranan bütün çətinlikləri aradan qaldırmaq üçün gecə-gündüz çalışan Yerli Təşkilat Komitəsinin (YTK) hər bir üzvünə, onlarla əməkdaşlıq edən hər bir könüllüyə öz təşəkkürünü bildirir. Bütün dünyada yaranan çətin vəziyyətə baxmayaraq, Azərbaycanın gimnastika ailəsi birləşib, dünya gimnastika ulduzlarını sağlam mühitdə qəbul etmək üçün əlindən gələni etdi.

Artıq bütün nümayəndə heyətləri Bakıdan yola salınmış və öz ölkələrinə çatmışlar. AGF, Beynəlxalq Gimnastika Federasiyasına, nümayəndə heyətlərinə koronavirus xəstəliyinin ölkə ərazisində yarada biləcəyi təhlükənin Azərbaycan dövləti tərəfindən qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı olduğu finalların ləğvinə anlayışla yanaşmaları, və, ümumiyyətlə, yarışlarda iştirak etdiklərinə görə minnətdardır.

Müvafiq dövlət qurumları və digər təşkilatların dəstəyi olmadan bu Dünya Kuboku yarışları baş tuta bilməzdi.

AGF, böyük dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Birinci Vitse-Prezidentinin Katibliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Sərhəd Xidməti, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, ASAN viza departamenti, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə səmimi təşəkkürünü bildirir".



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK