nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Türkmənistan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib Adalet.az | Türkmənistan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Türkmənistan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

4281    |   2020-03-11 17:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkmənistan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Adalet.az-ın məlumatına görə, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Şəhidlər xiyabanını da ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.



İmza:

Tahir Süleymanov: Mübariz Mənsimov xalqın sevqisini qazana bilib

Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - RƏSMİ

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ

Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN

Bakıda karantin rejimini pozan kafe və restoran sahibləri cəzalandırılıb

Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM

İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Şəhərlərarası hərəkət qadağan edildi - VİDEO

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

SON XƏBƏRLƏR
2020-03-28
2020-03-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK