ANA SƏHİFƏ / KRİMİNAL

Ölkəyə mobil telefon və aksessuar keçirmək istəyənlərin qarşısı alındı

20310    |   2020-03-05 16:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında "Tbilisi-Bakı" sərnişin qatarı ilə Gürcüstandan gələn Azərbaycan Respublikasının 3 vətəndaşının əl yükünə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman sərnişinlərdən ikisinin üst geyimlərinin ciblərində 9 ədəd "İphone 11 Pro" və 5 ədəd "Samsung Galaxy Fold" markalı mobil telefonlar, gömrük nəzarətinə təqdim edilən, üzərində "Play Station 4" və "Eurolux" yazılan qutuların içərisindən isə 3 ədəd "İphone watch" markalı saat, 6 ədəd "İphone Airpods" markalı qulaqlıq, eləcə də içərisində qulaqlıq və yükləyicilər olan 4 ədəd "Samsung Galaxy Z Flip" markalı mobil telefonlara məxsus qutu aşkarlanıb.

Əməliyyat məlumatının davamı olaraq həmin qatarın digər kupesində olan sərnişinin üst geyiminin ciblərindən isə 4 ədəd "Samsung Galaxy Z Flip" markalı mobil telefon, içərisində 1 ədəd qulaqlıq, 1 ədəd yükləyici olan 27 ədəd "İphone", içərisində 1 ədəd yükləyici, 1 cüt bluetooth qulaqlıq olan 5 ədəd "Samsung Galaxy" Fold" markalı mobil telefonlara məxsus qutular aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



İmza:

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

İsmayıllıda narkotik becərən qonşular saxlanılıb

Prokurorluq Bərdədə ana və qızının qətli ilə bağlı məlumat yaydı

Maştağada istixanada marixuana əkən şəxs tutuldu - FOTO/VİDEO

Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü

Balakəndə bir evin həyətində çətənə kolları aşkarlanıb

Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı

Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi

Gəlin baldızının pullarını oğurlatdı

Mağazadan oğurluq etmək istəyən gənc müştərilər tərəfindən tutuldu - VİDEO

Azərbaycanda “Yura” ləqəbli narkotacir tutuldu

Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib

SON XƏBƏRLƏR
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK