ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: SEVGİM HAQDAN GƏLDİ...

Söz dəstəyim dostlardan

8589    |   2020-02-28 15:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oturub baş verənləri izlədikcə və izlədiyimi də ağlının süzgəcindən keçirdikcə çevrəndəki dayazlığı və bir də niyə yaşadığını anlaya bilmirsən. Bir dəli sual kəsir qarşını: Bu çerəylə, bu baş verənlərlə və ümumiyyətlə, mövcudluğunla kimə lazımsan? Nəyi dəyişirsən? Nəyi düzənləyirsən? Təbii ki, doğmalar dərhal deyəcək ki, ədalətsiz olma, sən bizə lazımsan, bizim üçün yaşayırsan və biz də səni sevirik. Ovcumun içi kimi bilirəm ki, bu hər evdə olan söhbətdi. Ailənin bütün üzvləri bir az ağrı-acısı, bir az narahatlığı olan valideynə həmişə belə deyir. Amma içdən gələn sözlər nə əsəbi sakitləşdirir, nə çevrəni yenidən formalaşdırır, nə də həyatın boynuna yüklədiyi yükün ağırlığını yüngülləşdirir. Necə deyərlər, çax-çax öz işini görür. Bu dəyirmanın çax-çaxına ancaq gördüyü işin suyunu kəsməklə "dur!” demək olar. Onu da etmək heç də asan deyil. Axı...

Bəli, hər kəsin içərisində bir "amma”, bir "axı” var. Bunlar da yenə deyirəm, ailəylə, doğmalarla, dostlarla, təbii ki, bir də içindəki sevgiyə bağlıdır. Onlardan ayrılmaq, onları nisgilli qoymaq və digər məqamlar heç də asan başa gəlmir. Daha doğrusu, bu saydıqlarımı etmək həm günahdı, həm də hardasa acizlikdi. Odur ki, elə özünə çəkilmək, öz məcranda axıb getmək və bununla da az-çox bacardığını yerinə yetirmək zənnimcə, ən düzgün seçimdi. Özü də bu seçim özəl olduğundan kimlərinsə haqqına girmək də deyil. Bir az da obrazlı desəm, özün öz başınla, özün öz ürəyinlə çiyin-çiyinə çıxıb gedirsən. Yol boyu gördüklərinə "salam” da verirsən, "salam” da alırsan... büdrəyənin əlindən tutursan və beləcə, gedirsən... yolunu tutub gedirsən... İndi özünüz gətirin gözləriniz önünə və görün ki, bir adam yolun ucundan tutub necə gedir. Gedə-gedə də üzü Tanrıya dua edir. O duanın əks-sədası içimdəki misralara çevrilir. Çünki hər şey "ol”dan "öl”ə getdiyi kimi, əvvəl də sona doğru gedir. Mən də onu misralayıram və yazıram:


Hər gün bir son yazılır

Hər gün də ki, bir əvvəl...

Sıralanır ardıcıl –

İki sondu, bir - əvvəl!..


Çox da ki, alaqlanır

Dərd, kədər qalaqlanır...

Elə ki, calaqlanır –

Olur o son, sirr əvvəl...


Duman dağdan şal – düşür

Aha, ünə xal düşür...

Bəzən, qalmaqal düşür –

Kilsəmi, ya pir əvvəl...


Eh... olsa da gözüm nəm

Heç olmadı gözü dəm!

İndi çözür gözüm qəm –

Kiprikdi, ya tir əvvəl...


Bəli, əslində əvvəl Tanrı hökmüdü, son da onun qoyduğu nöqtə. Mən bir az şairlik edib nəyi nə iləsə müqayisə etməyə cəhd göstərdim. Və bilmirəm bu cəhdim nə qədər ədalətlidi və yaxud da hansı ölçüdə günahdı. Sadəcə, ürəyimə, ruhuma söykənib özüm də hiss etmədən hər gün bir sonun yazıldığını, hər gün bir əvvəlin başladığını pıçıldadım. Onu Allahın eşitdiyinə və Sənin də duyduğuna əminəm. Elə bu əminliklə də davam etdiyim yolun dəyişməz olduğuna bir daha inandım. Axı mən Sözün və Sənin işığına gedirəm. O sözün ki, onu Tanrı pıçıldayır... o sözün ki, o haqdan gəlir. Və biz haqqa sadiq olanlar zərrəciklər olsaq belə, milyardların içərisində sözümüzü göyərtməyə çalışırıq. Zənnimcə, sözü göyərdənlər, yəni söz yaradanlar bütün hallarda və bütün müstəvilərdə öndə dayanmağa layiqdilər. Ən azından ona görə ki, onlar haqdan gələni bəndələrə çatdırırlar. Və hətta mən elə indicə sənə yazdığım duyğuların da misralanmış formasını haqqın pıçıltısı kimi qəbul etmişəm. O pıçıltı yəqin ki, müəyyən ruhları oxşayacaqdı. Mən yazmışam ki:


Sən vuran ilmələri

Yuxu kimi yozuram...

Yozduqlarımı sonra

Məktub kimi yazıram –

Sənə...


Sən hörən hörükləri

Gözlərimlə açıram...

Etdiyim şıltaqlıqdan

Küsən kimi qaçıram –

Səni...


Sən qaçıran gözlərə

Baxdıqca düşünürəm...

O sığışmır sözlərə

Deməyi düşünürən –

Sənə...


Sən göyərdən ümidi

Dodağından dərirəm...

Onun puçurladığı

Ürəyimi verirəm –

Sənə!..


Məgər bu günahdımı? Yoxsa, bu hissləri yaşamaq özü qəbahətdi? Ümumiyyətlə, sevgi, həssas duyğular, ruhla söhbət, xəyal, yuxu, kimin bostanına atılan daşdı? Niyə biz iç dünyamızı yazmağa çəkinirik, sıxılırıq? Mənə görə sıxılmaq barədə ən ədalətli hökmü Seyran Səxavət verib. Hələ neçə on il bundan öncə deyib ki:

Sıxma ürəyini, ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan.

İndi əlinizi ürəyinizin üstünə qoyun və Allah qarşısında etiraf edin: Seyran Səxavətin möhürünü vurduğu bu fikrin yozumu, mənası kimin haqqını tapdalaya bilər? Kim bundan böyük sevgi etirafını ortaya qoya bilər? Əgər kimsə bu sevgini günah sayırsa, günahı öz boynunda qalsın. Mənsə o günaha batmağa bütün varlığımla hazıram. Hətta Seyran Səxavətin həmin şeirinin təsiri altında bir neçə yazı-pozu da etmişəm. Lap elə bu günlərdə sənə yazmışam ki:


Axı ürəyimi güzgü göstərmir

Niyə yüklənmədin gözlərimə sən?

Cavabdan həmişə gülməklə qaçdın –

Qaçanda dedin ki, gözlərimdəsən!


Hər gün kipriyimi şehlə yuyuram

Baxıb içimdəki sənə, uyuram...

Yerdən də, göydən də aşkar duyuram –

Ürəyim də sənsən, gözlərim də sən!


Əbülfət qibləni bir kərə seçir

Qəmi də bal kimi ləzzətlə içir!

Hər gün deyəcəyəm qəlbindən keçir –

Qorxma, sıxılmazsan gözlərimdə sən!..

***

Bütün fikirlərin bir kökü, bir dayaq nöqtəsi olur. Necə deyərlər, fikir nəyinsə əsasında formalaşır. Bu yerdə yadıma rəhmətlik Vaqif Səmədoğlunun "Evləri köndələn yar” tamaşasındakı bir deyim düşür. Orda qız sevdiyi oğlana deyir: "Mən ot deyiləm ki, yerdən çıxmamışam ki, bizim də üç dostmuz, beş düşmənimiz var...”. Bax, indi mən fikirlərimi bilgisayara diqtə edəndə çox açıq-aşkarca hiss etdim ki, sevginin dostu da, düşməni də yetərincədi. Təbii ki, bu "dost-düşmən” məcazi mənada işlətdiyim fikirdi. Yəni yaşım, başım sevgi barəsində nə qədər həssas nüanslara toxunmaq imkanımı bir az da kölgələyir. Demək istəyirəm ki, oxucu olaraq hər kəs bu yaşın sevgisinə fərqli bucaq altından baxır. Hətta mən mərhum xalq artisti İlhamə Quliyevanın "Yaşın və fərqi var” məşhur mahnısını ürəyimdən keçiririb özümə təsəlli verirəm. İstəsən sən də bu təsəlliyə qoşula bilərsən. Ən azından ona görə ki, söhbət mənim sənə sevgimdən gedir. Və bu sevginin bütün məqamları əslində həm də insanın mənəvi dünyasının psixoloji durumunu da diqqət mərkəzinə çəkib gətirir. Beləcə, bunun özü də getdiyin yolun bir ilməsi, bir naxışı olur. Təbii ki, yolun dolayları, dolamaları həm də elə o ilmələrin əlamətləridi. Bu əlamətləri də sözə çevirmək, kağıza köçürmək özü-özlüyündə həm də kimlərəsə təsəlli məktubudu, təsəlli ismarıcıdı. Mən də həyatımın o bəlli günündən başlanan bu özəl duyğuların ölçüsü kimi indi də yazdığıma, sözə çevirdiyimə nə peşman deyiləm, nə də diqqətsiz qala bilmərəm. O da bu gün çox duyğuları kökləyir. Hətta bu şeirin yaranmasına səbəb olur:


Səs - həyatdı, işıq - həyat

Sən səsini işığa qat!

Mənim ömür axarımda –

İşıq dolu dönəm yarat...


Səsin qida, işığın od

Birgə oldu qəlbimə kod...

Elə et ki, sən gəldiyin –

Eşq yolunda bitməsin ot.


Səs və işıq – yozumu yar

Bunun bircə yozumu var...

Bu yozumla, bu biçimlə -

Sar, sən mənim ruhumu, sar!


Pərvanəni qurban elə

Səs və işıq olan selə!

Yaratdığın yeni dönəm –

Ötüşməsin elə belə...


əli, hər addım izdi... hər söz tarixdi... hər duyğu sevgi və yaxud da nifrətdi. Mən öz ömür yolumda sözün, duyğuların əlindən tutmağa cəhd etmişəm. Onlar mənə az qala Tanrı dəstəyi, az qala göydən sallanan ipucu qədər təkan verən olub. Yapışmışam dördəlli o ipucundan, başlamışam getməyə. Gedə-gedə də yalnız düşündüyüm heç kimin haqqına girməyən, heç kimin sərhəddini pozmayan və heç kimi də incitməyən bu sevginin işığı olub. Elə bir işıq ki, dan ulduzu qədər, göy üzünün ülkərləri, səyyarələri qədər parlaq və özəl olublar. Bu özəl ulduzların ömür ulduzuna çevrilməsi təbii ki, Tanrı işidi. Mən də bir Tanrı bəndəsi olaraq o ulduzlara da, o ülkərlərə də, elə Tanrının özünə də əl açaraq az qala dua kimi yazmışam:


Sən məni tamarzı qoyma gözlərə

Ürəyim, baxmaqdan doyma gözlərə!

Sıxma kipriyini, qıyma gözlərə -

Ruhum da göynəyir belə olanda.


Yaddaş xırman yeri, duyğular zəmi

Kiprikdən ruhuma çəkirəm nəmi.

Duyanda telinin ucunda qəmi –

Ruhum da göynəyir belə olanda.


Dolaşıq salıram söhbəti, sözü

İçimə damdıqca kipriyin közü...

Səndə yaş görəndə gözümün gözü –

Ruhum da göynəyir belə olanda.


İçimi üyüdür içimin ahı

Edib bu məqamda seçimi ahım...

Üzülmüş görəndə elçimi ahım –

Ruhum da göynəyir belə olanda.


Hə, söz-sözün davamı, söz-sözü çəkib aparan bir gücdü. Yəni birinci söz önə düşüb getdikcə, ardınca çəkib gətirəcək düşündüklərini, içinin həssas məqamlarını və bir də demək istədiklərini. Bax, bu mənada mən kimsəni yormadan, kimsənin vaxt haqqına girmədən sözümün nöqtəsini qoymaq istəyirəm. Düşünürəm ki, bu mövzunun davamı olacaq. Çünki həmkarım, dəyərli jurnalist və dizibərk kişilərdən olan Faiq Qismətoğlu mən bu yazını diqtə edəndə öz replikasını etdi və bilgisayar yazarımız Gülər xanım da ona dəstək verdi. Mən də istəmərəm ki, onların sözü havada qalsın. İnşallah, bacardığım kimi onların da sözünün qarşısına öz sözümü çıxaracam!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK