nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Şagird müəllimindən yazdı Adalet.az | Şagird müəllimindən yazdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Şagird müəllimindən yazdı

Gülər Eldarqızı

17622    |   2020-02-26 15:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onunla ilk tanışlığım 33 il əvvəl olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirdikdən sonra təhsil aldığım Lənkəran rayonu Həzi Aslanov adına 3 saylı orta məktəbə təyinat alaraq, tarix fənnindən dərs deməyə başladı. Xoşbəxtlikdən belə bir müəllimin şagirdi olmaq mənə də nəsib olub. Sonralar eşitdim ki, o, pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirib. Və bu gün onun elm sahəsində əldə etdiyi uğurlarına sevinməmək mümük deyil. Haqqında söhbət açdığım insan dosent, tarix üzrə fəlsəfə doktoru, professor, AMEA A.A. Bakıxanov adına Tarix İnstitunun "Azərbaycan xalqına qarşı soyqrımları tarixi” şöbəsinin aparıcı elmi işçisi Abışov Vaqif Şirinoğludur.

Vaqif Abışovun tərcümeyi halına qısa bir nəzər salaq:

Vaqif Şirin oğlu Abışov 1955-ci il fevralın 27-də Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. 1962-1972-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almışdır.

1973-1975-ci illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1975-1980-ci illərdə Bakı şəhərində indiki H.Z.Tağıyev adına Toxuculuq fabrikində usta köməkçisi vəzifəsində işləmişdir.

1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti adlanır) Tarix fakültəsində təhsilini başa vurduqdan sonra, 1986-1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə, eyni zamanda 1992-1999-cu illərdə Lənkəran Dövlət Universitetində (0,5 ştat cədvəli) pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Ailəlidir, üç övladı var.

1995-ci ildə "1917-1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı” adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 2007-ci ildə həmin mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2000-2003-cü illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, daha sonra isə böyük elmi işçi, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir. Dosent, tarix üzrə fəlsəfə doktoru, professordur.

15 kitab və 36 elmi məqalənin müəllifidir.

Bu yaxınlarda Facebook sosial şəbəkəsində adını görüb, iş fəaliyyəti ilə bağlı maraqlanaraq görüşüb söhbət etmək qərarına gəldim. AMEA nın Tarix İnstituna gedərək özümü təqdim etdim. Uzun illər keçmiş olsa da şagirdini tanıdı. Müəllifi olduğu kitablardan üçünü – "Bakıda 1918-ci il mart Soyqırımı”, "Quba Qəzasında Azərbaycan xalqına qarşı soyqırım”, "Azərbaycan Sovet Sosialist Respublikası qurulmasının tarixşünaslığı”nı – mənə hədiyyə etdi. Bu kitabların bir xəzinə olaraq şəxsi kitabxanamda xüsusi yeri var.

Vaqif müəllim yaşa dolmuş olsa da nurlu siması və qəribə də olsa kədərli baxışları elə əvvəlki kimi yerində idi. Bu gün bu qabaqcıl elm ocağından sorağı gəldiyinə çox sevindiyimi dedim. Vaqif müəllim çox böyük əziyyətlərə qatlaşmış, şagirdlərinə elmlə yanaşı həyat dərsi keçən, onları vətənpərvərlik ruhunda tərbiyə edən, müdrik, ziyalı, intellektual səviyyəli, saf, təmmənnasız bir insandır. Yaxşı insanlar həmişə yaddaşlarda iz qoyur. Mənim dərs aldığım müəllimlər çox olub. Amma Vaqif müəllim hər bir şagirdə fərdi yanaşması ilə seçilib, yadda qalıb.

Onunla söhbət çox maraqlı alındı. Söhbət zamanı məlum oldu ki, Vaqif Abışov elmlə yanaşı siyasətlə də məşğul olur. Belə ki, hal-hazırda bir siyasi partiyanın Ali Məclisinin sədri vəzifəsində çalışır. Vaqif müəllim bu haqda onu qeyd etdi ki, partiyadakı fəaliyyəti elmi tədqiqat işlərinə heç də mane olmur. Bir tarixçi kimi dövrün siyasi hadisələrinin gedişatını izləməsi, bu hadisələrə münasibəti və çıxışları xalqa, vətənə olan məhəbbətinə stimul verir.



Vaqif müəllimlə bağlı xatirələr o qədər çoxdur ki, bəlkə də bir kitaba sığmaz. Qəribə, başqa müəllimlərdən fərqli dərs izahı var idi. Məsələn, o, dərs zamanı bizdən kağız-qələm götürüb onun izahlarını tələsik yazmağı tələb edirdi. ‘‘Bu, sizin yaddaşınızı gücləndirəcək’’ – deyirdi. Bizə qəzet oxumağı, mütaliə ilə məşğul olmağı tövsiyyə edirdi. Vaxtımızı ancaq ev tapşırıqlarını yerinə yetirməyə sərf etdiyimizi, qəzet oxumağa vaxt çatmadığını deyəndə - "yemək necə, yemək yeməyə vaxtınız varmı?” – deyə soruşurdu. Deyirdik ‘‘əlbəttə, müəllim, yemək yeməsək gücümüz olmaz axı’’. ‘‘O zaman yemək yeyərkən qəzet oxuyun’’, söyləyərdi... Onun dediklərini yerinə yetirirdik. Bizə adi görünən məsləhətlər illər sonra bəhrəsini verdi. İndi mən müsahibimlə həmsöhbət olduğum an dinlədiklərimi beynimə, beynimdən də vərəqə köçürürəm. Əgər tarix dərsində müəllimimin dərs izahını tələsik vərəqə yazmasaydım, indi belə təcrübəli ola bilərdimmi? Yazı masasının arxasında məşğul olarkən televizorda xəbərləri dinləyir, eyni zamanda mövzu ilə bağlı fikirlərimi yazıram. Bu an yemək yeyərkən qəzet oxuduğum günlər yadıma düşür və kövrəlirəm.

Həmin illər Vaqif müəllimin maddi vəziyyəti çox da yaxşı olmadığı halda, az təminatlı ailələrin övladlarından dərs saatından əlavə olaraq ali məktəbin tarix fənni üzrə xüsusi hazırlıq dərslərinə görə alacağı məvacibdən imtina edirdi. Böyük ürək sahibi olan bu insan öz humanizmliyi ilə şagirdlərin sevgisini qazanmışdı. Çox az-az hallarda üzü gülərdi. Həmişə ciddi görkəmdə olurdu. Zəhmli müəllim idi. Ancaq biz onu olduğu kimi sevirdik. Davranışı, xoş ünsiyyəti, gənc olsa da müdrikliyi ilə bütün müəllim kollektivinin hörmətini qazanmışdı.

Vaqif müəllim öz vətənpərvərliyi ilə xüsusi olaraq seçilirdi. 1988-ci ildə Azərbaycanda baş verən hadisələrə biganə qala bilmədi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və Sovet hökumətinin baş verən hadisələrə qarşı laqeydliyi xalqın qəzəbinə səbəb olmuşdu və baş verənlərə etiraz olaraq Lənkəran İcra Hakimiyəti binasının qarşısındakı meydanda mitinqlər keçirilirdi. Biz şagirdlər də mitinqlərə gedir, çıxışları izləyirdik. Vaqif müəllimin tribunadan odlu-atəşli çıxışları meydana yığışanlar tərəfindən alqışlanır, bizə - şagirdlərinə isə xüsusi qürür hissi yaşadırdı. Amma bu mitinqlər hökumət qüvvələri tərəfindən yaxşı qarşılanmır, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi mitinqdə iştirak edənlərə və əsasən də mitinq təşkilatçılarına təzyiq göstərir, onları işdən çıxaracaqları xəbəri ilə qorxudur, eksterimist adlandırır, hər cəhdlə mitinqlərin keçirilməsinə mane olurdu. 1988-ci ilin son aylarında Vaqif müəllim müvəqqəti olaraq məktəbdən ayrıldı. Məktəbdə şaiyələr yayıldı ki, onu rus hərbiçiləri axtarır. Bu xəbər bütün müəllim və şagirdləri məəyyus etdi. Ancaq biz - şagirdlər daha da qəzəblənmişdik və məktəb müdriyyətindən müəllimimizin tez bir zamanda məktəbə qayıtmasını tələb edirdik. Bunun mümükünsüz olduğunu gördükdə, dərsdən sonra mitinqlərə gedərək gur səslə şüarlar söyləyir, təsəlli tapırdıq. Biz özümüzü Vaqif müəllimin davamçısı kimi görürdük.



Sabitlik yaranandan sonra Vaqif müəllimin məktəbə dönüşü yadımdadır. Həmin gün elə bil məktəbdə toy-bayram keçirilirdi. Vaqif müəllim şagirdlərinin və müəllim kollektivinin əhatəsində alqışlarla qarşılandı.

Dərs zamanı bizə bu müddət ərzində bir neçə köməkçi ilə Lənkəran əhalisi adından toplanan pul və ərzaqın Şuşada olan qaçqınlara çatdırdığını söylədi. Bizim kədərli baxışlarımız altında özünü sındırmır, verilən sualları qürurla cavablandırırdı: "Biz bu gün rus imperiyasnın əsarəti altında yaşayırıq. Amma bir gün gələcək, dövlətimiz müstəqil olacaq. Həmin gün çox da uzaqda deyil. Səbr edin uşaqlar. Məhəmməd Əmin Rəsulzadənin böyük əməyi sayəsində ucalan bayraq yenidən dalğalanacaq. Bu günləri isə heç vaxt unutmayın. Tariximizi sevin, oxuyun. Bu gün SSRİ tarixi adı altında oxuduğunuz tarix dərsliyi heç də 15 respublikanın tarixindən bəhs etmir. Bu tarix sırf Rusiya tarixidir. Amma vaxt gələcək biz öz tariximizi təhrif olunmuş yox, olduğu kimi oxuyub öyrənəcəyik”

Bəli, o hadisələrdən illər ötüb. İndi biz müstəqil bir dövlətin vətəndaşlarıyıq. Biz bununla fəxr edirik. Nə yaxşı ki, Vaqif müəllim kimi vətənpərvər oğullar var. O keçmiş ürəkağrıdıcı hadisələrdən qəlbimizdə bir "Qarabağ” nisgili qalıb. Yaralı yerimizdir və bu yara ancaq Azərbaycan bayrağı Qarabağda dalğalananda sağalacaq. İndi biz Vaqif müəllimdən qürurla bu sözləri eşitmək istəyirik: "Darıxmayın, uşaqlar... Biz sizinlə o torpaqları mütləq qarış-qarış gəzəcəyik...”

Bu gün – 27 fevral – Vaqif Şirin oğlu Abışovun 65 yaşı tamam olur. Bu yubiley münasibəti ilə onu mən- 1991-ci il Lənkəran şəhər 3 saylı orta məktəbin məzunu Gülər Eldarqızı və eləcə də sinfimizin bütün məzunları təbrik edir, can sağlığı, uzun ömür, elmi-siyasi fəaliyyətində uğurlar diləyirik!

Dünyaya göz açdığınız gün mübarək olsun, Vaqif müəllim!





İmza:
SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK