ANA SƏHİFƏ / YAZARLAR

SƏBRLİ OL, TÜRKİYƏ!

13739    |   2012-06-26 08:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyəni Avropa ölkələri, elə Amerikanın özü də zorla müharibəyə sürükləyir. Bunun bir neçə səbəbi var. Birincisi, Avropanın Türkiyəni gözü götürməməsi, ikincisi, özündənrazı kərtənkələlərin təkcə Türkiyəni deyil, elə bütün türk dövlətlərini və türkləri sevməməsi, Türkiyəni və türk dövlətlərinin sürətli inkişafının qarşısını almaq istəkləri.
   
   Yunanıstan acından ölür, İtaliya köpük qusur, İspaniya kəmərini sıxmaqdan ortası üzülür, Portuqaliyanın işi Allaha qalıb, hələ mən digər kiçik Avropa ölkələrini demirəm. Böhran Fransanı, İngiltərəni də vurub. Yalnız Almaniya ayaq üstədi.
   
   Amma bu iqtisadi böhran Avropadakı iki türk dövlətini vura bilmədi - Azərbaycanı və Türkiyəni. Avropa yenə böhran bataqlığında boğulmaqdadı, amma bu iki dövlətin iqtisadiyyatı inkişaf etməkdədi. Ona görə də Avropa bu türk dövlətlərini sındıra bilmir.
   
   Azərbaycan üçün Dağlıq Qarabağ problemini fırladırlar, Türkiyə üçün də PKK sorununu.
   
   Türkiyə xarici siyasətində ABŞ-ın diqtəsi ilə səhvlər buraxa-buraxa gedir. Türkiyə öz siyasətindən daha çox bölgədə ABŞ-ın siyasətini yürüdür, təbii ki, ABŞ da Türkiyənin maraqlarını yox, öz maraqlarını yeridir.
   
   Suriya hadisələrində də bu özünü lap çox büruzə verdi. Bilmirəm, bu ərəb ölkələri Türkiyə üçün niyə bu qədər mataha minib?! Osmanlının kürəyinə xəncər saplayan ərəblər indi Türkiyənin kürəyinə xəncər saplayacaq və saplayır. Qonşu Suriya ilə bu qədər düşmənçilik Türkiyəyə lazım idimi?! Qonşu bir dövlətin daxili işlərinə bu qədər qarışmaq Türkiyənin nəyinə sərf edir?! Öz içindəki PKK sorununu çözübmü ki, Suriyanın müxalifətinə dəstək verir?!
   
   Səhər Suriya da PKK-ya açıq-açığına dəstək versə, Türkiyə buna nə deyər?
   
   Nə isə, suallar çoxdu. Türkiyənin siyasətçilərinə də ağıl vermək fikrim yoxdu və onların ağıllarına da şübhə eləmirəm. Sadəcə olaraq, düşündüklərimi yazıram.
   
   İndi də Suriya Türkiyənin hərbi təyyarəsini vurdu. Mətbuatdan baş verən hadisə haqqında hamınızın məlumatı var. NATO-nun üzvü olan dövlətin təyyarəsini vurublar, yəni NATO-nun təyyarəsini vurublar, NATO üç gün susdu. Dedi, Türkiyə özü məsələsini çözsün. Türkiyə bir az əsəbləşəndən sonra NATO dedi ki, yaxşı, yığışıb baxarıq.
   
   Məqsəd odur ki, Türkiyənin səbr kasasını daşdırsınlar və Türkiyə də Suriyanın atdığı addımlara qarşı adekvat addımlar atsın. Və Türkiyə çirkin bir müharibə oyununa düşsün. Müsəlman müsəlmanı qırsın və Avropa dövlətləri də sevinclə dırnaqlarını bir-birinə sürtsünlər.
   
   Səbrli ol, Türkiyə. Belə fitvalara uyma. Türk təkcə kendinə gəlməklə böyük olmur, bu çirkab siyasi oyunlarda səbri ilə də böyük olur. Başını dik tut, Türkiyə və səbrli ol!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK