nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | FETOnun siyasi ayağı... - Yılmaz Özdil yazır Adalet.az | FETOnun siyasi ayağı... - Yılmaz Özdil yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

FETOnun siyasi ayağı... - Yılmaz Özdil yazır

7013    |   2020-02-17 09:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Samsunlu mərmər ustası öz dükanını reklam etmək üçün bir lövhə asmaq əvəzinə, dükana bitişik olan tikilməkdə olan binadan istifadə edib. Üçmərətəbəli binanın başına mərmər məzar qoyub.

Qazanc mənbəyi oldu!

Gələn-gedən əl açıb dua etməyə başladı.

Bir nəfər də çıxıb demədi ki, "ay qardaş, inşaatın başında qazanc mənbəyi nə gəzir?”….

Hətta başqa şəhərlərdən avtobuslarla ziyarətə gələnlər də oldu.

İstanbulun Kasımpaşa bölgəsində bir vətəndaş miras qalan evini satışa çıxartdı.

Zəng vuranlara adresi başa salır, gedin, gəzin, evdə kirayənişin var deyirdi.

Ancaq görməyə gedənlərdən nə çıxrdı, nə də səda.

Sən demə, kirayədə qalan adam hamamdakı vannaya tabut yerləşdirib, üstünü də yaşıl örtüklə örtün, gələn adamlara da "bura türbədir” deyirmiş.

Üstəgəl, türbə olaraq təsdiqlənməsi üçün bələdiyyəyə də müraciət edibmiş.

Sonra dövlət qurumları məsələni araşdırıb, məlum olub ki, orda türbə-zad yoxdu. Heç türbə deyilən şeyin torpaqla təması belə yoxdu, yəni evin zirzəmisi var.

Nəticədə, ev dəyərindən beş dəfə aşağı qiymətə satıldı..

Marmarisdə illərdir din alimi Çağbabanın türbəsi olaraq tanınan piramida formasında olan məzar Karyalı qladiator Diaqorasın məqbərəsi çıxdı.

Hörmətli əhalimizin illərdir qladiyatora Quran xətm etdirdiyi məlum oldu.

İstanbulun Kartal bölgəsində baxçanın divarına işəyənlərdən bezən bir vətəndaş baxçadakı ağacın dibinə ordan-burdan yığdığı daşlarla məzar düzəltdi, başına küp qoydu, ağacın budaqlarına isə cır-cındır bağladı.

İşəyənlərin ardı-arası bıçaq kimi kəsildi.

Bir gecə bağçanın sahibi oyandı, gözlərinə inana bilmədi.

Üç adam baxçanı qazırdı.

Türbədə qızıl dolu küp axtarırdılar.

İspartalı çoban Muhittin Karakoyun yol kənarında bir çuvalın içində gəlinlik paltarı, ətəyi və s. tapıldı.

Adam gəlinliyi götürüb Boğaz tərəfdəki ağacların budaqlarına asdı. Sonra da qarşısına kim çıxsa, başladı gopa basmağa: Varlı bir adam qızını evləndirmək üçün niyyət etmişdi, qızı evlənən kimi bu gəlinliyi, ətəyi gətirib ağaclara geyindirmişdi.

Bölgəyə axın başladı.

Həm gətirib ağaclara paltar asırlar, həm də paltar asdıqları ağaclara dua edirdilər.

Gördülər ki, vəziyyəti idarə etmək mümkünsüzləşir, gələnlərə "biz uydurduq, qəti inanmayın” deməyə başladılar. Amma çifayda… Uydurduqlarına inanırdılar, uydurmuş olduqlarına inanmırdılar.

Gələn Ciplərin, luks avtomobillərin sayı-hesabı yox idi.

Bəs neyləsinlər? Heç olmasa, turizmdən qazanaq dedilər də. İndi gələn hər adama "nəbadə gəlinliklərə əl vurasız, bir adam istədi ki, götürsün, anidən qeyb oldu, bir daha görən olmadı” deyirlər.

Fethiye Kayaköydə "Kiçik Qiyamət” filminin çəkilişləri baş tutdu.

Dekor olsun deyə qəbiristanlıq inşa edildi.

Çəkilişlər qurtardı, film nümayiş olundu, Ankara film festivalında mükafat aldı.

Qəbiristanlıq hələ də orda durur və türbəyə çevrilib.

Qədim Rum kəndi olduğu üçün kilsəsi var, ziyarətə gələn yerli turistlər həm kilsəni gəzir, həm də gəlmişkən Osmanlı qəbirlərindəki rəhmətliklərə dua oxuyur.

Mersində yaşayan bir vətəndaşımız sabah-birigün uşaqlarıma yük olmayım, bu boyda kədərin içində bir də bununla əlləşməsinlər deyə ata yurdu olan Kahramanmaraşın Çiçək kəndindəki qəbiristanlıqdan özünə yer aldı, mərmərdən qəbrini hazırlatdı.

Ertəsi gün kəndə bir də baş çəkdi.

Boş məzar türbə çevrilib.

İçində cənazə olmayan məzarı bir ildə 35 min adam ziyarət edib.

Bələdiyyəyə sədrliyə namizədlər türbədə poz verib, şəkil çəkdirib feysbuk səhifələrində paylaşıblar.

Yazıq uşaq universitetə qəbul olmaq istəyir. Doğru variantları doldursun deyə qələmini götürüb türbənin divarına sürtürlər.

Müəllim olmaq istəyən sandığa təbaşir sürtür, memar olmaq istəyən pərgar sürtür.

Hətta həkim olmaq istəyənlər var ki,


Hər ramazan ayında on minlərlə insanımızın sirkə-çörəklə getdiyi Oruc Baba saxta çıxdı.

Bunu şəxsən nəvələri açıqladı.

Gerçək Oruc Babanın ziyarət edilən Şehreminidəki türbəsində yox, Eyüpdə yatdığı ortaya çıxdı.

Çifayda… Kimə deyirsən?! Saxta Oruc Babanı ziyarət edənlərin sayı bir adam da olsun azalmadı.

Ankaranın Altındağ bələdiyəsi rəsmi qeydiyyatda olmayan bir türbəylə rastlaşdı.

Türbənin 1993-cü ilə aid kitabəsi var idi. Qeyb olmuş övliya Həzrəti İmam Əli Rzanın türbəsi olduğu yazılırdı.

Vətəndaş türbəni sökməsinlər deyə dirənirdi.

Mədəniyyət Nazirliyinə müraciət olundu.

Həzrəti İmam Əli Rza türbəsinin İranın Məşhəd şəhərində olduğu ortaya çıxdı.

Altındağdakı saxta türbəni sökdülər, boş çıxdı.

Saxta türbəni polis nəzarətindən can qurtarmaq üçün narkotik tacirlərinin tikdirdiyi və buranın alış-veriş məskəni olaraq istifadə olunduğu ortaya çıxdı.

Üç gün əvvəl... İzmirdə türbə zənn edilən otağı araşdırdılar, qəbir-zad yoxdu, sandıqlardan 400 illik əlyazmaları çıxdı.

Türbə deyə dua edilən yerdən çıxan əlyazmaların astronomiya, fəlsəfə, riyaziyyat və tibb elmlərinə aid olduğu bilindi.

Dövrünün Din İşləri üzrə naziri professor Ali Bardakoğlu açıqlama verdi…

"Hacılarımız Türkiyəyə karqo ilə zəmzəm suyu göndərməsin. Türkiyədən də zəmzəm suyu almasın, çünki Səuidiyyə Ərəbistanı höküməti zəmzəm suyunun Səudiyyə torpaqlarından çıxarılmasına qəti icazə vermir, hacılarımızın Türkiyəyə göndərdiyi zəmzəm suları sərhəddə boşaldılır, Sərhəddi keçdikdən sonra yenidən doldurulur. İnsanlarımız zəmzəm suyu adı ilə Şəkərpınar suyu içir. Hacılarımız aldadılır”.

Kimin vecinədi ki?!

Zəmzəm satışı bir faiz də olsun azalmadı.

Ümrə ziyarəti üçün müqəddəs torpaqlara gedən vətəndaşlarımı dəvə sidiyi içərək xəstəxanalıq oldu.

Soruşdular ki, niyə içmisiniz?

Dedilər, şəfa üçün...

Ramazan vəsiləsiylə iftar proqramına qatılıb "xocam, xeyirli Ramazanla, intihar edib özümü yandırmaq istədim, üstümə benzin tökdüm, orucum pozularmı?” deyə soruşan vətəndaş var bu ölkədə.

İstanbul boğazının Avropa hissəsində Qaradənizlə birləşdiyi nöqtədə Rumeli fənəri var.

O fənərin içində nə var, bilirsiniz?

Seyid məzarı...

İnanmayan getsin, öz gözləriylə görsün.

Qosqoca dünyada içində məzar olan bircə dəniz fənəri var, o da bizdə.

Çünki 1856-cı ildə fransızlar tərəfindən inşa edilərkən divarı çökdü, yaşlı bir xala "orada məzar var, ona görə çöküb” dedi, hörmətli əhalimiz "hə, vallah, olsa-olsa elə olar” deyə təsdiq etdi, fənəri tikməyi dayandırmaq istədilər, fransızlar baxdı ki, alınmayacaq, türbəyə bənzər bir şey tikdilər, sonra da ətrafını düzəldib fənər düzəltdilər.

Fetonun siyasi ayağı bax budur.



"Sözçü” qəzetindən

Dilimizə uyğunlaşdıran Eminquey

Redaksiyadan:

Bibiheybətdə yolun həm sağında, həm də solunda nəzir qutuları var. Pənah Hüseyn də rayondan gəlirmiş, maşını saxlayıb, düşüb sağdakı qutuya nəzirin atır. Geri qayıdıb maşına oturmaq istəyəndə yıxılır, bərk əzilir.

Bu vaxt baxır ki, bir nəfər də həmin qutuya nəzir atır.

Pənah Hüseyn bunu görüb deyir:

- Qardaş o nəzir qutusu işləmir, soldakına at.



İmza:

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK