nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Əli Əhmədov: Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir Adalet.az | Əli Əhmədov: Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov: Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir

7365    |   2020-02-13 12:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürü, demokratiya istiqamətində ölkəmizin daha da irəliyə doğru əhəmiyyətli bir addım atmasının ifadəsidir.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda heç zaman seçkilərdə 1300-dən çox namizəd iştirak etməyib: "Bu, rekord bir göstəricidir. Bu, bir tərəfdən Azərbaycanda seçkilərin açıq və şəffaf keçməsinə vətəndaşların əvvəlcədən inamının ifadəsi idi, digər bir tərəfdən isə Azərbaycanda demokratik ənənələrin oturuşmasının çox vacib göstəricilərindən biridir”.

Baş Nazirin müavini vurğulayıb ki, seçkilər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi: "Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən bu seçkilərə böyük maraq göstərdi. Təsəvvür edin, əhalinin sayına görə Azərbaycan o qədər də böyük ölkə deyil, cəmisi 125 dairədə seçkilər keçirilir, 125 deputat mandatı uğrunda mübarizə aparılırdı. Ancaq digər ölkələrlə müqayisədə daha az deputat yerləri uğrunda aparılan mübarizəni izləmək üçün 900-ə yaxın beynəlxalq müşahidəçi gəlmişdi.

Bunun özü də beynəlxalq aləmdə Azərbaycana olan marağın bir ifadəsidir. Bütün bunların hamısını ümumiləşdirərək deyərdim ki, parlament seçkiləri Azərbaycanın siyasi tarixinin əhəmiyyətli bir hissəsini təşkil edir, ölkəmizin demokratiya yolunda irəliləyişinin əhəmiyyətli bir təsdiqi kimi özünü büruzə verir.

Bu seçkilər, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə insanlarımızın inamını ifadə edir, dövlət başçısına olan etibarın yeni bir ifadəsi kimi özünü göstərir”.




İmza:

SOCAR və Sumqayıt Texnoloqiyalar Parkı birgə müəssisəsi yaradılıb

Elmar Məmmədyarov Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb

Daha 5 seçki məntəqəsinin nəticələri ləğv olundu

Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv etdi

İlham Əliyev: Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir

İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

Əli Əhmədov: "İlham Əliyev Paşinyan üzərində intellektual qələbəsi ilə tarixə düşdü"

Ötən il Prezident 452 fərman, 880 sərəncam imzalayıb

Mehriban Əliyeva ötən il 8 ölkəyə səfər edib, 30-dan çox görüş keçirib

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

Münhen Qarabağın həlli üçün başlanğıcdır - Türk ekspert

SON XƏBƏRLƏR
2020-02-20
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK