ANA SƏHİFƏ / YAZARLAR

Getdikcə Hitlerə haqq qazandırmağa başlayıram... - Eminquey yazır

45389    |   2020-02-03 08:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yenə bir qətl, yenə məhv olan bir ümid toxumu...

Masallıda 16 yaşlı qızı 19 yaşlı oğlana ərə veriblər. Üstündən bir həftə keçib, oğlan qızı öldürüb. Əslində isə cinayət çoxdan həyata keçirilib. Yəni bu, Fatimə üçün əvvəlcədən planlaşdırılmış cinayətin xətm olunması idi. Bəs, yaxşı cinayətin ilk addımı nə vaxt atılıb?

Fatiməni 16 yaşında ərə verəndə...

Bəli, qanunla 16 yaşlı qızın ərə verilməsi cinayətdir. Yalnız 17 yaşı varsa, ailələrin razılığı ilə evlilik qeydə alına bilər. Bəs, yaxşı, gəlin görək həmin bölgədə dövlət nigahı önəmli sayılırmı? Bunu həmin zonada yaşayan ağlı başında olan adamlar da deyir ki, oranın insanları dinə çox bağlıdırlar. Onlar üçün molla kəbini daha vacibdir. Və ola bilsin ki, Fatiməni də molla kəbini ilə ərə veriblər. Və əminəm ki, molla kəbinini üstün tutan adamlar qızlarını 14-15 yaşında da ərə verirlər və yaşı çatandan sonra gedib rəsmi dövlət nigahı kəsdirirlər. Amma bu toy gizlində baş verməyib axı. Vağzalıyla, el adətiylə hansısa restoranda toy çalınıb. O restoranın yiyəsinin də bu cinayətdə əli yoxdumu? Düzdür, razıyam, deyərsiniz ki, restoran sahibinə nə var? Pulunu alır, toya sahiblik edir. Və ixtiyarı nədir ki, camaatın işinə qarışsın?! Amma, lakin və ancaq.... Niyə qanunsuz bir işə qol qoymamaqdan qorxur insanlar? Bu, nə dərəcədə insanların şəxsi işi ola bilər? Bir qızın 16 yaşında ərə verilməsi qanunla cinayətdir, şəxsi iş, şəxsi həyat yox.

Ümumiyyətlə, artıq bu cinayətlər şəxsi məsələ, məişət mövzusu olmaqdan çıxıb. Bu, artıq cəmiyyəti tənəzzülə aparan hadisədi. Və bu hadisələr gündə baş verir. Belə hadisələrə susqunluqla yanaşmaq cəmiyyətin tənəzzülə uğramasına razı olmaq deməkdir.

Bəs, yaxşı, bu insanlar niyə qadınları əşya kimi istifadə etməyi özlərinə borc bilirlər?

Keçən dəfəki yazımda Azərbaycanın önəmli qadın simalarının adını çəkmişdim. Bu dəfə misalımı dünyadan çəkmək istəyirəm.

Tarixi çoxluqla kişilər yazır. Sanki tarixə yön verən də elə onlardır, tarix kitablarında əsasən onların adları keçir. Qadınlar isə əsasən ikinci planda, ya kişilərin dəstəkçiləri kimi, ya da tək-tük uğurlarla qalıb. "Əsasən” deyirik, çünki tarixə yön verən, güclü qadınlar var.

Məsələn, Mariya Küri... Dünyanın bugünkü hala gəlməsində təsirli rolu olan, elmin inkişaf etməyə başladığı 1900-cü illərdə tanınan tək alim qadındır. Mariya Küri polonium və radium adlı elementləri ayırıb adlandırmışdı. Radioaktivlər üzərində önəmli çalışmalara imza atmış və radiologiya elmini yaratmışdı. 1906-cı ildə "Ümumi fizika professoru” olaraq Sorbonne Üniversitetində fizika bölümünə qəbul olmuş və həmin dövrdə bu ünvanı daşıyan yeganə qadın olmuşdu. Eyni zamanda 1903-də Fizika və 1911-də Kimya Nobel mükafatına layiq görülmüşdü.

Sonra...

Janna Dark hələ 16 yaşında ikən qalxanını geyinib, qılıncını da götürüb Fransanın müharibələrində ən ön cərgələrdə savaşmışdı. İnsanlara yol göstərib, ölkəsini İngiltərəyə qarşı qorumuşdu. Özünə İsadan vəhy gəldiyini dediyi üçün cadugər adlandırılaraq yandırıldı. Lakin ölümündən 490 il sonra Vatikan tərəfindən əzizə elan edildi.

Sapfonun E.ə 570-də yaşadığı bilinir. Tarixin ilk qadın ədəbiyyatçısıdır. Eyni zamanda Yunan teatrının ilk qadın oyun yazarıdır. Coşqun və cəsur şeirləri ilə ön plana çıxmışdı. Amma əslində Afroditə aşiq olduğu üçün lezbiyan adlandırılmışdı. Qadınların azadlığı üçün çox çalışıb.

Şahzadə Diana İngiltərədəki qatı krallıq qaydalarını və soyuqluğu heçə sayaraq xalqla əlaqəyə keçdi. Cəmiyyətin alt təbəqələri ilə yaxın münasibətlər qurdu, xeyriyyə işləri gördü və çox sevildi. Şahzadə olmasına baxmayaraq, saray həyatı ona uyğun deyildi. Azad olmaq istəyirdi. 1997-ci ildə özəl həyatına müdaxilə edən paparazzilər tərəfindən öldürüldü. Cənazəsinə isə hər təbəqədən insanlar qatıldı.

Mary Şelley gördüyü bir yuxuya əsaslanaraq yazdığı "Frankenstein or the Modern Prometheus” ilə əfsanə oldu. Amma o sadəcə məşhur Frenkenştaynı yaratmaqla tanınmır, eyni zamanda feminizmin ilk toxumlarını atmış biri kimi də tanınır. İngiltərədəki qadın haqlarının rəsmiləşdirməsi fikrini ilk dəfə o irəli sürüb.

Anne Frank Nasist Almaniyası dövründə 13 yaşında idi və Amsterdamda atasının ofisində gizlənirdi. Burada, yaşadıqlarını gündəliyinə yazıb, Nasist zülmünü bütün dünyaya çatdırdı. Bu səbəblə də Yəhudi soyqrımının simvolu oldu.

I Elizabet özünü İngiltərə ilə evli elan etmiş və İngiltərənin azadlığını bildirmişdi. Siyasi və iqtisadi olaraq ən uğurlu dövrlərdən birinin kraliçasıdır. Eyni zamanda çox fərqli cəhətləri də var idi. Məsələn, heç vaxt evlənməmişdi. 13 yaşında 4 il öyrənmişdir. Olduqca bəzəkli paltarlar geyinmiş və bəyaz makiyaj modasını yaratmışdı.

Koko Şaneli "Moda keçicidir, amma tərz qalır” deyimi ilə xatırlayaq. O bu sözləri ilə modaya modernizmi gətirmişdir. Ondan əvvəl bəzəkli qiyafələr, şapkalar və qabarıq ətəklər var idi. O, qadınlar üçün şalvar dizayn etdi. Azad və güclü qadın simvolu oldu.

Deqradasiya...

Kim çıxaracaq bizi bu tənəzzüldən?

Yazdıqlarımızın nəticəsi olmur...

Və mən təəssüf ki, cinayətə qarşı olduğum halda Hitlerə haqq qazandırmağa başlayıram.

İnsanlığı məhvə aparan bütün insanlar məhv olmalıdı, əgər başqa əlac yoxdursa...



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-06-07
2020-06-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK