nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Ayrı bir dünya - Okeanarium Adalet.az | Ayrı bir dünya - Okeanarium Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Ayrı bir dünya - Okeanarium

17840    |   2020-01-27 12:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2000-ci illərdən etibarən cəmi bir neçə il ərzində köpək balıqları, tısbağalar və dərin sularda yaşayan milyonlarla ekzotik canlılarla zəngin nəhəng atraksionlar hər kəsin marağına sahib olmağa başladı.

Bu atraksionların populyarlıq sirri çox sadədir. Sualtı attraksionlar zooparklar və delfinariylərin fonunda daha nəhəng və maraqlı görünür. Artıq bəzi okeanariumlar bir çoxlarının məzuniyyət zamanı görmək üçün əhəmiyyət kəsb edən obyektlərinə çevriliblər. Adalet.az 5 ən maraqlı okeanarium haqqında məlumatları sizinlə böülüşür.

Çuraumi Okeanariumu. Okinava. Yaponiya


Bu okeanarium 2002-ci ildən etibarən açılışından dərhal sonra əhalinin ümumi akvarium etalonuna çevrildi. Burada çəkilən şəkillərə baxsanız, onların sanki kinoteardan çəkildiyini düşünə bilərsiniz. Lakin bu kino deyil və burada olan köpək balıqları real canlılardır. İnsanlar bu canlıları okeanariumun mavi ekranından akvarium bağlanana qədər seyr edə bilirlər.

Okeanariumda olarkən mütləq köpək balıqlarına həsr olunmuş zala baş çəkin (Shark Research Lab). Burada okeanariumun ən təsirli eksponatları ilə tanış ola biləcəksiniz.

Okeanarium L’oceanografic. Valensiya. İspaniya


Baxmayaraq ki, Loceanografic əyləncə xarakterli attraksiondur, o həm də tədqiqat laboratoriyası kimi fəaliyyət göstərir. Burada turistlər alimlərlə qarşılaşmasa da, "elmlilik” hətta obyektin planlaşdırmasında belə hiss edilir. Okeanarium bir neçə bölümdən, bir-birindən ayrı "okeanlar”dan ibarətdir ki, hər okean öz təbii sakinləri, ekosistemi və suyun kimyəvi tərkibi ilə fərqlənir.

Okeanariumun əsas hissəsi iki böyük sualtı tunel hesab edilir ki, burada saatlarla köpək balıqlarının, morjların həyatını öyrənərək özünüzü əsl ixtioloq hiss edə biləcəksiniz.

Okeanariumda olduqda mütləq Submarino adlı sualtı restoranda romantik şam yeməyi edin.

The Georgia Aquarium. Atlanta. ABŞ


İnsanlar Atlanta şəhərində yerləşən bu okeanariumun sularında yaşayan canlıları adəti üzrə insan adları ilə təltif ediblər. Lakin Georgia Aquarium tarixə yer üzündə ən böyük okeanarium kimi düşür. Bu nəhəng şüşəli akvarium 30 mln. litr su və 100 min dəniz canlıları və balıqlardan ibarətdir. Naviqasiya rahatlığı üçün super akvarium 60 tematik bölmələrə bölünüb. Burada olduqda mütləq "İblis” adlandırılan nəhəng buynuzlu skatları seyr etməyi unutmayın.

Aquadom Akvanariumu. Berlin. Almaniya


Berlinin baş akvariumununun proektini Serqey Çoban adlı memar fikirləşib. Okeanariumun binasına daxil olduqda insanın qarşısına 10-mərtəbəli bina hündürlüyündə nəhəng bir "stəkan” görünür ki, onun dərinliklərində skumbriyalar və digər dəniz canlıları üzür.

Hətta qarşınızda 1000 litrlik suyun olduğunu bilməsəniz belə, bu akvarium sizi valeh edəcək. Qeyd edək ki, bu akvarium Radisson SAS Berlin otelinin foyesində quraşdırılıb və oteldə bir günlük gecələmə üçün siz 475 avro ödəməklə "dəniz mənzərəli” otaq sifariş edə bilərsiniz.

Okeanariumda olduqda mütləq akvariumun daxilində yerləşən liftdə gəzin. Səfər təxminən 10 dəqiqə vaxtınızı alacaq ki, bu da akvariumun gözəlliyini tam seyr etməyə kifayət edəcək.

Dubai Aquarium. Dubay. BƏƏ


Dubay şeyxlərinin növbəti nailiyyəti öz möhtəşəmliyi, misli görünməmiş dəbdəbəsi ilə fərqlənən okeanariumdur. Dubay okeanariumu – planetimizin ən böyük və səhrada olan ilk akvariumudur.

Ginnesin rekordlar kitabına əsasən, onun şüşə panellərinin uzunluğu 33 metr, hündürlüyü isə 8,5 metr təşkil edir. 60 santimerlik şüşəyə baxmayaraq burada bütün dəniz həyatı əlinizin içindəki kimi görünür.



İmza:Eminquey

Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO

Koronavirusa görə intiqam: Peruda insanlar yarasaları məhv edir

Adi bambukdan bahalı idman avadanlığının analoqunu düzəltdi - VİDEO

Dubayda nadir təbiət hadisəsi - VİDEO

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

Astroloq 2020-ci illə bağlı proqnoz verdi

Hər şeyin artığı ziyandı, eləcə də gigiyenanın...

Çinli həkimlər koronavirusa görə saçlarını qırxdırırlar - VİDEO

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar

Yaşlı qadını uşaqlarının gözü qarşısında qəddarcasına döydülər - VİDEO

Bu ölkədə koronavirusa görə məhbuslar azad edilir

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK