hacklink Adalet.az | Vasif Talıbov 4 nəfərə ev, 11 nəfərə maşın verib Adalet.az | Vasif Talıbov 4 nəfərə ev, 11 nəfərə maşın verib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Vasif Talıbov 4 nəfərə ev, 11 nəfərə maşın verib

2898    |   2020-01-14 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yanvarın 14-də 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə "NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilib.

Adalet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzil və avtomobillə təmin olunanları təbrik edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır.

"Bununla yanaşı, sosial qayğıya ehtiyacı olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il müvafiq kateqoriyalı 17 ailəyə fərdi yaşayış evləri və mənzillər, 35 nəfərə minik avtomobilləri təqdim edilib".


İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK