ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: “AZMIŞAM ÖZ İÇİMDƏ”

Laçınlı şair Adil Cəfakeşə məktub

13294    |   2020-01-11 10:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazıya çox uzaqdan başlayacam, lap uzaqdan... Ona görə ki, həmsöhbət olduğum Adil Cəfakeş öz şeirlərilə, oz ovqatıyla da çox uzaqlardan gələn adamdı. Ona hansı tərəfdən baxıramsa, yenə yaxın olduğu qədər də uzaqda dayandığını görürəm. Əvvəl bunun fərqinə varmırdım və mənə elə gəlirdi ki, hardasa hissə qapılıram, ya da hansısa bir fikrin təsiri altındayam. Lakin Adili oxuduqca, imzasını izlədikcə və ən vacibi özü ilə oturub həmsöhbət olduqca gördüm ki, Adil Cəfakeş uzaqdan, qədimdən gəlir. Yəni Laçının çal-çağırlı, hay- haraylı, sazlı-sözlü, elli-obalı, Dədəm Qorquddan başlayan tarixindən gəlir. Bu tarixin, bu yaddaşın cizgiləri, hərarəti, ətri, illah da ki, bal kimi ağız tamı hopubdu Adilin ruhuna, söhbətlərinə, yazılarına. Ona görə də vərəqi çevirəndə qəflətən dünəninlə qarşılaşmış kimi donub qalırsan yerində. Və həmin an sənin yaddaşının qapısını Adilin səsi döyür. O səs:


Əlim çatmayan dağlara

Salam eey, salam eey!

Heç demirsiz hardadı

Balam eey, balam eey!


Tavanım tökülübdü,

Kün-bucaq sökülübdü.

Qamışdan tikilibdi,

Qalam eey, qalam eey!


Bağlayıblar əlimi,

Bəm ediblər zilimi

Kəsibdilər dilimi,

Lalam eey, lalam eey!


Alın yazım yazımı,

Bəxtim bundan razımı?

Əlim yatmır sazımı,

Çalam eey, çalam eey!


Köhnə dəbdi lal dəbim,

Yox pul kisəm, yox cibim.

Harda qaldın ay bibim,

Xalam eey, xalam eey!


Zərim qalıb "sə-birdə”,

Ömür deyil ömür də.

Məni yemir qəbir də,

Kalam eey, kalam eey!


Sizi de yə bilmərəm, mən bu şeiri, daha doğrusu, Adilin bu içdən gələn ağıya, bayatıya, laylaya çevrilmiş duyğularını dinlədikcə ölün dirilirəm. Elə bilirəm ki, Adilin dağlardan uzaq düşməsinin günahkarı mənəm. Elə bilirəm ki, günahkar olduğumu Adil bilir, amma üzümə vurmur. Ona görə vurmur ki, hər gün ölüb dirilməyimi istəyir... hər gün onun əzablarıyla bir yerdə olmağımı arzualyır... Hətta mənə gəlib çatsın deyə üzünü haməya tutub söyləyir ki:




Oxuyun, tərif etməyin,

Mərsiyədi, ağıdı bu!

Laçınımın həsrətidi,

Xocalımın dağıdı bu!


Çox hökmlə, həm də çox ərklə deyilib bu fikir. Onu qarşısından geri çəkilmək, ona etiraz etmək mümkün olmur. Və beləcə, məcbur olub yenə qayıdırsan Adilin dərslərinin ocaq başına, yenə əlini həmin ocağın oduna-közünə tutursan. Və səninlə üz-üzə oturan Adilin söhbətinı qulaq asırsan. Adil gecə yuxusuna girmiş kəndindən danışır, sən də qulaq asırsan. Onu dinləyə-dinləyə Adilin evinin həyət-bacasından tutmuş otaqlarına, əl damına qədər hər yerə baş çəkirsən. Yük üstündə yatılı qalmış ala pişikdən tövlədəki buzovdan, danadan, hindəki toyuq-cücədən, qaymaqdan, nehrədən, nənəsinin cəhrəsindən, babasının ovxarlı dəhrəsindən, atın ipindən... bir sözlə, kənd adımına aid hər şeydən, hər kəsdən danışır Adil. Hətta qonşuları Bahadur kişini də unutmir və sonda da deyir ki:


Adiləm, mindiyim yəhərə kimi,

Lap boz eşşəyimdən kəhərə kimi.

Keçmişi yaşadım səhərə kimi,

Bu gecə yuxuma girmişdi kəndim.


Bu yuxudan ayılmaq kimə rahatlıq gətirər? Kimi öldürüb diriltməz? Kimi havalandırmaz? Suallar çoxdur. Və mən də bütün bu sualların cavabını özümdə axtara-axtara oxuyuram Adili. Adil də məndən soruşur ki, oxuya bilirsənmi, dediklərim, yazdıqlarım sənə çatırmı? Mən də onun haqlı suallarına ya susmaqla, ya da onun öz misralarıyla cavab verməli oluram. Adil özü yazır ki:


Əl atıb tutmağa yoxdu dəstəyim,

Mən kimi çağırım, kimi səsləyim?

Adiləm, baş tutmur heç bir istəyim,

Bu nə möcüzədi, nə sirdi məndə?


Və yaxud:


Mən zamandan dərd almışam havayı,

Ömrüm, di dur qov həftəni, qov ay,

Cəfakeşəm hələ məndən savayı,

Donan yox bu soyuqluğun içində.


Adil Cəfakeşin "Azmışam öz içimdə” kitabını oxuduqca mənə elə gəlir ki, onun bütün istək və arzusu xalqın öz diliylə unutmaqda olduğu dəyərləri özünə çatdırmaqdı. Yəni bu şeirin müxtəlif üslublarında süstlənən fikirlər bütövlükdə folklorumuzun qoşmasını, bayatısını, gəraylısını, təcnisini, laylasını, hətta müəyyən məqamda ağılarını belə diriltmiş olur. Yəni bu üslubların ölümsüzlüyü ortaya qaytarılır, milli olan yaradıcılıq çeşidlərimiz yenidən qanadlanır. Təbii ki, bunu kimlərsə köh nəlik, müasir şeirdən uzaqlaşma kimi görüb qeyd edə bilər. Amma mən bu kökə söykənməli hər zaman yüksək dəyərləndirmişəm. Çünki burda xalqın özü var, özlüyü və sözlüyü ortadadı. Elə bax, bu şüirin özündəki kimi:


Ətirli dağ çiçəyim,

Təzə tərimsən mənim.

Məni məndən alanım,

Nazlı pərimsən mənim.


Əl çatan bucağımsan,

Qoynumsan, qucağımsan.

Sən sevgi ocağımsan,

Sevgi pirimsən mənim.


Ay gövhərim, ay incim,

Sən xoş anım, sevincim.

Siyahıda birincim,

Elə birimsən mənim.


Qəlbim sənə şah yeri,

Gəl, gah otur, gah yeri.

Eşqimin pənah yeri,

Ümid yerimsən mənim.


Nə gizlədim, nə danım,

A axşamım, a danım.

Eşq nərdimdə udanım,

Qoşa zərimsən mənim.


Sızdım, bulaq tək sızdım,

Nə çaşdım, nə yol azdım.

Səni şövq ilə yazdım,

Şah əsərimsən mənim.


Bəli, Adil Cəfakeş Laçınsız həyatını Laçınlı etmək üçün sözə sığınıb, qələmə söykənib. Ona elə gəlir ki, elə söz də, qələm də Adilə pənah gətirib, mehr salıb. Yoxsa Laçınsız qalan söz və qələm çoxdan qurumuşdu.

Qələminə, sözünə qüvvət, Adil Cəfakeş! Onları təkcə Tanrı umuduna buraxma, ürəyinə də tapşır...




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK