warez forum warez script hacklink Adalet.az | Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib Adalet.az | Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib

4311    |   2019-12-13 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda bal verən ağacların əkilməsi üzrə kütləvi aksiya keçirilib.

IDEA İctimai Birliyindən   verilən məlumata görə, yüzlərlə könüllülərin qatıldığı kütləvi aksiya zamanı 7000 ədəd akasiya ağacı əkilib.

Tədbir IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsi çərçivəsində təşkil edilib. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların Azərbaycanda arealını artırmaq, eyni zamanda ölkədə arıçılığın inkişafına dəstək verilməsindən ibarətdir. Bu xüsusda, ölkə üzrə nektar və çiçək tozu verən ağaclardan ibarət meşə sahələrinin artırılması ilə yanaşı, gənc ailələr üçün arıçılıq üzrə təlimlərin təşkil edilməsi, onlara bu istiqamətdə dəstəyin göstərilməsi nəzərdə tululur.

Məlum olduğu kimi, arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rolu nəzərə alaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitkilər aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır. Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını təmin edir.



İmza:

83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR ÜZRƏ DEPUTATLIĞA NAMİZƏD

Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar şəhidləri anıldı

MSK ekspert qrupunun üzvlərinə seminarlar keçir

Deputatlığa namizəd Rauf Arifoğlu seçiciləri ilə görüşüb

Sahil Babayev: Bu ay pensiyalar artırılacaq

Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edilib

BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

MSK DSK-nın qərarını ləğv edib

AQTA sədri : Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

MSK bu namizədləri qeydə almadı

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK