ANA SƏHİFƏ / MÜSAHİBƏ

Əsəd Qaraqaplan: "Bir gün bir qızı götürüb qaçdım və evləndik!" - MÜSAHİBƏ

34232    |   2019-12-11 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirəm, nə yaxşı ki bu feysbuk-filan var. Kim hara gedir, kim hardan gəlir, kim nə edir, hamısından həmin an xəbərdar oluruq.

Elə feysbukda gəzişirdim ki, bir də gördüm Əsəd Qaraqaplan papaqlı, şərfli bir şəklini paylaşıb, yazıb "Bakıdayam, dostlar!”.

Göydə axtarırdım, feysbukda tapdım. Zəng elədim, çay içmək adı ilə görüş təyin elədik. Saat dörddə, "Sahil” metrosunun çıxışında. Nəysə…

Əsəd gəldi, elə düz bayaq paylaşdığı şəkildəki kimi idi. Elə bil feysbukdan birbaşa "Sahil” metrosuna çıxmışdı. Hal-əhval tutduqdan sonra oturacağımız məkanı seçmək zamanı gəldi.
Əsədin bir tələbi oldu:

- Elə yerə gedək ki, çayı stəkanda yox, çaynikdə versinlər!

Şəhərin mərkəzində bu bir az çətin olsa da, amma mənim də ikiəlli dəstəklədiyim istək olur deyə başlayırıq axtarışa. Uzun axtarışlardan sonra bir çay evi tapıb, çayımızı və çiyələk mürəbbəmizi sifariş edrik. Söhbətimizi müşaiyət etsin deyə domino da istəyirik.

Başladıq oyuna: BİR QOŞA!

- Əsəd, bir Bakıdasan, bir rayonda, bir Türkiyədə... Neyləyirsən?

- Hər yerdə bir sevgilin olunca, adam hər yerə dağılır, hər yerdə təcəlla edir. Bakı mənim 17 illik sevgilimdir – yəni bu illər ərzində daimi olaraq burda yaşamışam. Kəndimiz kəndimizdi də - ən böyük sevgilim – mamam ordadı və uşaqlığım. İstanbul da elə - dünyada ən çox sevdiyim şəhər.
Bir yerdə oturub qalmaq insanı necə yorurmuş – bunu Bakı Slavyan Univeristetindən işdən çıxarıldıqdan sonra daha yaxşı başa düşdüm. Ondan sonra həyatım başqa bir düzən aldı və daha rahat olub, məni başqa işlər görməyə, başqa şeylərlə məşğul olmağa yönləndirdi. Yaxşıdı, pisdi, bilmirəm. Bunu da zaman göstərər yəqin…

- İndi yaşamağa lazım olan pulu hardan qazanırsan?


- Üç il qabaq Bakı Slavyan Universitettindən işdən çıxandan sonra heç bir yerdə rəsmi işim olmadı – biraz Bakıda yazı-pozu, biraz kənddə təsərrüfat, biraz da İstanbulda gəl-götür, al-apar işləri ilə məşğul olmağa məcbur oldum və indi də elədi. Qısaca, yaşamağa çalışıram…
Dediyim kimi, bütün bu müddət ərzində bu işlərlə məşğul oluram. Gəlirim də ordandı, həyatım da. Yəni Bakı Slavyan Universitetindəki qəpik-quruşdan daha çox olur və ən əsası müstəqil olursan. Həm də yazmağa vaxt qalır.
Ümumiyyətlə, yaşamağın çətin olduğu yerlərdə insanlar mümkün olan hər işi görməyə çalışırlar. Həyatı olduğu kimi yaşamağa nə qədər imkan olmasa da, bir yerlərdən tutunaraq çabalamaq səni ayaqda tutur…

- Son vaxtlar ədəbiyyatla da aran dəyib deyəsən. Yazılarını, şeirlərini az görürük.

- Ədəbiyyat ədəbi mühit və ya orda kimlərinsə at oynatmağa çalışması deyil ki. Ədəbiyyat yazmaqdır ki, buna da davam edirik və bunu bizim içimizdən heç nə və heç kim söküb ata bilməz. Həm də ədəbiyyat elə bu cür olur, ortada quyruq bulamaq deyil.
Mənim ədəbiyyatla deyil, ədəbi mühitdəki iyrəncliklərlə aram dəyib və çox şeylə, çox adamla aramızdakı körpüləri də özüm qəsdən yandırmışam. Çünki belə daha rahatdı, o çirkinliklərdən uzaqdayam...

- Kitab mağazalarının, nəşriyyatların sayı getdikcə artır. Bəs sən bir yazıçı kimi onların fəaliyyətindən razısanmı?

- Mənə görə çox bərbad bir vəziyyətdədirlər. Bakı kimidir onlar da; çölü bər-bəzəkli, içi zibil dolu. Ucuz sarı ədəbiyyatı və tanışlıqla olan müəllifləri, kitabları çap eləməklə məşğuldurlar. Görürük də, elə kitablar, müəlliflər görürsən ki, hər şeyi o dəqiqə anlayırsan.
Orda ciddi müəlliflər – xüsusən yerlilərdən olanlar – demək olar, çap olunmur. O nəşriyyatlar-filanlar heç onlara təkliflər də göndərmirlər bildiyim və gördüyüm qədər ilə. Yəni hələ ki onlar haqqında yaxşı və çox şey demək mümkün deyil. Gələcəkdə necə olacaq, o da hələ bilinmir…

- 9 kitabın çap olunub. Bu kitablar sənə nə verib və səndən nə alıb?

- Kitab insana, elə müəllifin özünə də yaxşı şeylərdən başqa çox az şey verir, məncə. Hələ o kitabları inanaraq, ürəkdən və əmin olaraq çap etdirirsənsə. Həyatda kitab yazsan da, yazmasan da, bir şeylər alıb-verirsən. Qaldı ki kitablarımın səxsən mənə nə verməyi məsələsinə, onu deyim ki, indi həyatımdakı bütün insanları – doğmalarım xaric – kitablarım sayəsində qazanmışam. Bütün dostlarımı, sevdiklərimi və mənə dəyərli olan çox şeyi. Belə yaxşı pul qazandırmaya bilər e, amma insan və sevgi qazandırıb həmişə. Zatən bu kitabların – mətnlərin məqsədi də həmişə bunlar olub. Biz sarı ədəbiyyat nümayəndəsi deyilik ki, pula yaxın, insana uzaq olaq...

Əsəd beş qoşa ilə oyunu bitirib qalib gəlir. 13 xal!
Təzə oyuna başlayırıq.

- Azərbaycandakı oxucu auditoriyası haqqında fikirlərin nədir?

- Azərbaycanda az da olsa, çox yaxşı oxucu auditoriyası var, bu dəqiqdir. Sosial şəbəkələrin də verdiyi imkanlarla onları daha yaxşı görmək və hətta onlarla daha yaxın olmaq olur. Düzdü, azdı, amma nə edəsən?! Ümidsiz deyilik, çünki onlar bizim dostlarımız, biz də onların dostlarıyıq və onlar bizi yalnız buraxmadıqları kimi biz də onları yalnız buraxmarıq...

- Ümumilikdə cəmiyyətimizdə nələr sənin xoşuna gəlir, nələr yox?

- Cəmiyyət yaxşı durumda deyil, bunu hamımız yaxşı bilirik. İstər maddi baxımdan, istər mental, istər düşüncə baxımından. Bunlar da hamısı biri-biriylə bağlı şeylərdi. İnsanları qınamaq da olmur ki, niyə bu düşüncədə, niyə bu gündə və təfəkkürdəsən?! Ona görə bayağılıq, kütləvilik baş alıb gedir. Çox istərdim ki, dövlət insanların öz ayaqları üstündə daha möhkəm durması üçün daha yaxşı şərait yaratsın. Məsələn, xırda sahibkarlığa imkan yaratsın ki, insanlar da öz bacarıqları və zəhmətləri ilə daha yaxşı yaşayıb, ölkəyə də, dövlətə də daha çox xeyir versinlər. Yoxsa bir obyekt, bir xırda təsərrüfat yaradan kimi min yerdən gəlib başının üstünü kəsdirib, onu məhv eləməsinlər.
O gün metronun yanında bir balıqsatanla qısa dialoqum oldu. Orta yaşlardakı bu kişi yay, qış demədən yolda durub balıq satır, min əziyyətə qatlanır. Halbuki danışdı, uzun müddət Rusiyada yaşayıb və yaxşı imkanları da olub. Sonra uşaqlarının böyüdüyünü görüb nəyi varsa satıb, qayıdıb ölkəsinə. Gəlib burda bir ərazi götürüb, orda göbələk yetişdirib satmağa çalışıb. Ancaq min yerdən gəlib başının üstünü kəsdiriblər və imkan verməyiblər nəsə iş görə, çörəyini qazana. Deyir, axırda bankrot oldum və düz 500 min manat pulum əlimdən çıxdı, qaldım bu vəziyyətdə. İndi də məcburam yolda durub balıq satam.
Yəni demək istəyirəm ki, yaxşı cəmiyyət, yaxşı ölkə üçün yaxşı niyyətlə şərait yaratmaq lazımdır. Vallah bizim insanlar çox zirəkdirlər və hər işi bacararlar.

Bu məqam oyunda nələrinsə tərs getdiyinin fərqinə varıram. Bəzi daşlardan 2 dənə var, bəziləri isə heç yoxdu. İki dənə "6 qoşa”, 3 dənə "ağın biri”. Məcbur oyunu qatırıq və yeni domino istəyirik.

Xallar sıfırlanır və yekun oyun başlanır.


- Bəs sən söz adamı olmasaydın, hansı işlə məşğul olmaq istəyərdin?

- Söz adamı olmasam, balıqçı olardım. Məncə, balıqçılıq təkcə sənət deyil, həm də gözəllikdir. Dənizdə olmaq, ya da göllərdə, suyla təmasının olması, təbiətlə iç-içə olmaq – bunlar başqa gözəlliklərdir. Mən təbiətin içindən gələn adamam. Doğulub böyüdüyüm yerlərin hər tərəfi meşələr, çaylar, göllər, bulaqlar, dağlarla əhatə olub. Bizi böyük şəhərlərdə də ayaqda tutan o yerləri içimizdə gəzdirməyimizdir. İnsan təbiətin parçası olduğundan gec-tez təbiətə də dönəcəyinə görə onun nə dini, nə irqi, nə də milləti yoxdur, məncə. Bunu təbiəti içində gəzdirən biri kimi həmişə ən həssas hisslərimlə duymuşam.

- Bu qədər həssasansa, niyə evlənmirsən? Sevgilin də var. Nəyi gözləyirsən?

- Həyatda elə şeylər var ki, onlar özləri sənin ayağına gəlməli, yetişməli və təbii şəkildə baş verməlidir. Yəni planlı şəkildə olmamalı. Ona görə də sabah nə olacaq, ya da nə olmayacaq demək çox çətindir. Mənə görə, evilik də elədir və kim bilir, bir də gördünüz, bir gün bir qızı götürüb qaçdım və evləndik (gülür) Başa düşürəm, yaş da keçir, amma nə olur, olsun, bu mövzuda daha həssas olmalıyıq. Bəlkə də heç evlənməməli, kim bilir?! (yenə gülür) Əlbəttə, hər şeyin daha gözəl olduğu zamanlar olur. Sevginin də gəlib evliliyə çıxdığı vaxtlar. O zaman nə desən eləmək olar, hətta evlənib sonra boşanmaq və təzədən sevgili olmaq da...

Elə Əsəd bunları təzəcə demişdi ki, bu səfər mən son daşımı oynayaraq qalib gəlirəm. Əsəd kafedəki xanıma zarafatla deyir:

- Elə bayaqkı dominonu gətirin! O düz idi!




Ulucay Akif


İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-01
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK