hacklink Adalet.az | Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...” Adalet.az | Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

9880    |   2019-11-29 11:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Onsuzda səhhətimdə ağırlaşmalar günü-gündən artır . Onurğa sütunumda, böyrəklərimdə, bağırsaq sistemimdə ciddi problemlər var. Mualicəm də alınmır. Amma indiyədək jurnalistlər məndən nə qədər musahibə alıblarsa, hər zaman vurgulamışam ki, mən döyüş istəyirəm! Ali Bas Komandana da bu haqda muraciət etmisəm! Cəbhə bölgəsində hər hansı əməliyyat keçirilərsə, ilk olaraq məni ora göndərsinlər və silahdaşlarımın sıralarına qoşulum! Əlim hələ də silah tuta bilir və gənclərə hərbi təcrubəmlə yararlı olmaga son gunumə kimi haziram! Mən qardaşlarımın qisasın almadan ölmək istəmirəm!”

Bu dəfəki müsahibim I qrup Qarabağ əlili, keçmiş kəşfiyyatçı Aqil Əhmədovdur. O, aradan 22 il ötməsinə baxmayaraq həyatını tamamilə dəyişən döyüş yolunu danışdıqca nə özü həyəcanını boğa bilir, nə də qarşısında oturub onu dinləyənlər qəhərini gizlədə bilir.

Haşiyə: Çavuş Aqil Mürsəl oğlu Əhmədov 1976-cı il aprelin 23-də Zaqatala rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Dağıstanda imtahan verib Pedaqoji İnstituta qəbul olub. Cəmi yeddi ay oxuyub. Hərbi xidmətə çağırış barədə evə məlumat gələndə təhsilini yarımçıq qoyub, Azərbaycan Ordusunda xidmətə başlayıb. 1995-ci ilin iyun ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanıb. Xidmətdə xüsusi təyinatlı hərbi hissədə qulluq edib... İki il xidmət etdikdən sonra yüzlərlə hərbçi arasından seçilərək 1997-ci ilin aprel ayının 7-də Azərbaycan Müdafiə Nazirliyi, Kəşfiyyat İdarəsinin əmri ilə səkkiz nəfərdən ibarət qrupla:- leytenant Elxan Ataxan oğlu Ağayev, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuş Anar Üzeyir oğlu Rzayev, çavuş Dinar İbrahim oğlu Mustafayev, çavuş Aqşin Əli oğlu Həsənov, çavuş Nizami Səfi oğlu Ələkbərov və çavuş Fariz Şamil oğlu Cavadov- düşmənin arxasına keçib.

8 nəfər idilər: 8 qardas, 8 ogul, 8 kəşfiyyatcı...Xususi tapşırıgı yerinə yetirmək uçun 8 nəfər olaraq yola çıxdılar. Aqil titrək səslə davam edir:



"Düşmənin əhatəsində üç gün qaldıq, tapşırıqları yerinə yetirib dönərkən, muhasirəyə duşduk və agır döyuşlər basladı. Ermənistan Silahlı Qüvvələri böyük qüvvə ilə bizi mühasirəyə aldı. Silah-sursat bitənə qədər itki vermədən döyüşdük. Səkkizimizdə bu qeyri-bərabər döyüşdə xeyli sayda düşməni məhv etdik. Amma anlayırdıq ki, artıq başqa çıxış yolumuz yoxdu. Əsas işimiz o oldu ki, əlimizdə olan təyinat nöqtələrini, radio əlaqə üçün istifadə olunan kitabçanı və tapşırıq üzrə qeydləri düşmən tərəfin əlinə keçməsin deyə yeyək . Bunu bacardıq! Sonra isə döyüşə-döyüşə ölməyə hazırlaşırdıq. Hətta "kəlimeyi-şəhadət”imizi də söyləmişdik. Döyuş zamanı mənim bəxtim gətirmədi. Çox ağır vəziyyətdə yaralandım. Gullə girən yeri tam olaraq tapa bilmirdim ki, qanaxmanın qarşısını alım. Ayaqlarım tamamən hissiyatını itirdi. Nəfəs almağım da cətinləşdi. (Sonradan aydın oldu ki, güllə mənim sağ böyrümdən girərək onurğa sütunumu sındırmış və ürəyə yaxın yerdə qalıbmış). Vəziyyətim getdikcə ağırlaşırdı. Ətrafimda olanları, demək olar ki, anlamırdım. Elə həsrətlə ölümü gözləyirdim ki... Son dəfə "Allahu Əkbər"sözünü eşitdim və elə o anda da husumu itirdim”.

Haşiyə: 7 kəşfiyyatçının meyitləri yalnız 1997-cı ilin oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə geri alınır. Onlar 1997-cı il oktyabr ayının 16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar. Kəşfiyyatçılar Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli Fərmanı ilə ölümlərindən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunurlar. Döyüşçü-jurnalist Rey Kərimoğlunun ssenarisi əsasında rejissor Nicat Cəlilov "Səkkiz oğul istərəm...” filmini çəkib. Amma nədənsə Aqil Əhmədov göstərdiyi şücaətlərə görə, nəinki təltif olunur, hec adi bir "Təşəkkürnamə”yə də layiq görülmür.

"Bir də oyananda artıq əsir götürüldüyümü anladım. İki il üç ay boyunca hər gün”kaş ki, mən də öləydim” dediyim günləri yaşadım. Taleyimin ən acı, keşməkeşli, işgəncə dolu əsirlik həyatı basladı. Məhz onda bildim ki, kəşfiyyatçı qardaşlarım düşmənin əlinə diri keçməmək , əsir düşməmək üçün qumbara ilə özlərini partladıblar. Onların parçalanmış cəsədlərinin şəkillərini qarşıma qoyan erməni zabiti məndən müfəssəl məlumatlar almaq istəyirdi. Yadımdadı, bir dəfə o,Vüqarın şəkilini göstərib dedi ki, qumbaranın "kaliso”su dişində qalmışdı. O fotolardan sonra özümün əsir düşdüyümü, erməni işgəncələrində olduğumu unutdum sanki... Susdum. Bədənimdə etmədikləri sınaq, vermədikləri işgəncə qalmadı. Yaşlı bir komandir vardı. Mən susduqca, məlumat vermədikcə qəzəbindən məni parçalamağa çalışırdı. Susmağım onu elə qəzəbləndirirdi ki, gözlərindəki nifrəti hansı sözlə ifadə edim, bilmirəm. Qarnımdakı tikişlərin yeri hələ sağalmamış qarnımın üstündə oturub tikişləri qələmlə dartırdı. Vurduğu zərbədən tikişlərin üçü açılmışdı. Siqareti yandırıb yaramın üzərində söndürürdü. Soruşurdu ki, sizə orada necə təlim keçirdilər ki, belə cəsur olub, buraya qədər gəlib çıxmışdınız. Dostların gözlərini qırpmadan özlərini partlada biliblər.



O gedəndən sonra da, hərə bir bəhanə ilə gəlib mənim qanı sızan yaralarıma yumruqla-təpiklə zərbələr endirirdilər. Saatlarla xlorlu otaqda ayaq üstündə saxlayırdılar, ciyərlərim yanırdı. Bu azmış kimi gənc tibb bacılarına üstümdə iynə vurmağı öyrədirdilər. Elə olurdu ki, 7 dəfə eyni iynəni çıxarıb, yenidən vururdular. Yenə "Vətən sagolsun” deyib, duşmənə təslim olmadım, sirr vemədim”.

Haşiyə: Ermənistan məhkəməsi Aqil Əhmədova güllələnmə hökmü çıxarır. O dönəm prezident olan Heydər Əliyevin köməkliyi ilə uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur. Nəhayət, 1999-cu ilin mart ayının 10-u erməni əsgəri gəlib onu kameradan çıxarır və "bəxtin gətirdi, gedirsən” deyir.

-Aqil, əsirlikdən sonra niyə ailə qurmadın?

- Bilirsiniz, bizim dəstədə yeganə evli Vüqar Yarəhmədov idi. Onun da bir oğlu qalıb. Adı da Vüqardı. Hazırda hərbi xitmətdədir. Qalanları, içi mən qarışıq subay idik. Ailə qurmağın bir müsəlman ücün fərz olduğunu bilirdim. Lakin həm səhhətimdəki ciddi problemlər, həm də, şəhid olan nakam qardaşlarımın acı taleyi bu addımı atmağa mənə mane oldu. Doğma simaları bir an da gözlərimin qarşısından çəkilmir... Həftədə bir dəfə mütləq Bakıya səfər edirəm. Hər dəfə də, qardaşlarımın ziyarətində oluram. Onlarla olan xatirələrimi xatırlayıram, söhbətləşirəm, onlarsız keçən gunlərimi böluşurəm. Mənim əziz qardaslarim! (kövrəlir)

Haşiyə: Həmin vaxt aldığı güllə hələ də Aqilin bədənində- ürəyi ilə ciyərinin arasında qalmaqdadır. Digər güllə isə onurğaya dəydiyindən sümükləri parçalanıb. Bu zədənin nəticəsində zaman keçdikcə onurğa sümüyündə törəmələr əmələ gəlib. Yaş üstünə yaş gəldikcə onu incidir, səhhətində sağalmaz təsirlər buraxır. Qarın nahiyəsindəki "şlanq”lardan biri hələ də qalır. Bağırsağı işləmir. Aqilin müalicəsi yalnız xaricdə mümkündür. Nə hazırda kimsə Aqilin səhhəti ilə maraqlanır, nə də Aqil özü ilə əlaqədar təşkilatlara müraciət edir.

"Ürəyimlə ciyərimin arasındakı o güllə dərindən nəfəs alanda ciyərimə iynə kimi batır. Bax, o ağrıya, o sağalmayan yaralara öyrəşmişəm, barışmışam onlarla... Barışa bilmədiyim isə qardaşlarımın ala bilmədiyim qisasıdır!... Bir qazi kimi Ali Baş Komandan İlham Əliyevdən tək xahişim budur ki, cəbhə bölgəsində yenidən hər hansı əməliyyat keçirilərsə, ilk olaraq məni ora göndərsin! Məni də döyüşcülərin sıralarına daxil etsin!İnanıram ki, o uşaqların qisasını almayınca ölmərəm!”

Söhbətləşdi Əntiqə Rəşid



İmza:

“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!”

Xalq yazıçısı Anar: "Türkiyə türkcəsinin ünsiyyət dili kimi qəbul olunması..."

Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov

Əli Hüseynli: - "Hüquqşünasların parlamentdə təmsil olunması zərurətdir" - MÜSAHİBƏ

Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı

Aydın Bağırovun ingilis jurnalistə dediyi sözlər

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Aqil ABBAS: "Mən bu Komitənin işi ilə maraqlanmamışam"

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

Qarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”

“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır

SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK