ANA SƏHİFƏ / YAZARLAR

Evsiz qalmış mədəniyyətimiz... - Eminquey yazır

17575    |   2019-11-25 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1778-ci ildə Jozef Brahamın yeni tualet sistemini icad etməsiylə ev içi sağlamlıq şərtlərində əhəmiyyətli bir inkişaf olmuşdu.

Amma ilk tualetin nə vaxt yarandığı çox mübahisəlidir.

Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir.

Antik Roma tualeti Efesdə mövcuddur.

Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.

Bəzənsə saraydan kənara çıxmağa tənbəllik edən əyanlar güvəclərdən (qorşok) istifadə ediblər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isə adi qablardan istifadə edirmiş. Sadəcə, güvəcləri sonra harasa boşaltmaq lazım gəlib. Fransız tədqiqatçıların yazdığına görə, şəhərlərdə elə bir çala yox idi ki, ora güvəclər boşaldılmasın. Çirkabın iyindən adamlar başlarını pəncərədən çölə çıxara bilmirdilər. Hətta Parisdə belə bir fərman çıxmışdı ki, adamların özlərini qorumaları üçün çirkabı atmamışdan əvvəl uç dəfə bərkdən "Diqqət, tökürəm" deyə bağırması lazım idi.

İlk su ilə yuyulma sistemi olan tualetin layihəsini dahi Leonardo da Vinçi kral I Fransua üçün təklif eləyib. Lakin dahinin əksər ixtiraları kimi bu tualet layihəsi də kağız üzərində qalıb. Sonralar kralın qəbullarında güvəci dəbə salan ilk adam da məhz I Fransua olub.

Ümumiyyətlə, İntibah dövrünə aid bir sıra saray banketləri rəsmlərində və karikaturalarda saray əyanları oturduqları stulun qabağında yemək, altında isə güvəclə təsvir olunub.

Avropada 1596-cı ildə Con Harrinqton su ilə yuyulan ayaqyolu layihəsini İngiltərə kraliçası Elizabet üçün hazırlayıb. Lakin Elizabet onu qiymətləndirməyib və Harrinqtonun ixtirası hardasa 20 il unudulub. Yalnız 1738-ci ildə Brondelin cəhdləri nəticəsində tualetin yuyulan variantı meydana gəlib. Fərziyyələrdən birinə görə, həmin vaxtdan etibarən ilk dəfə olaraq Fransada tualetsiz ev tikməyə icazə verməməyə başlayıblar. Onda ilk ictimai tualet tikilib və qadınlarla kişilərin tualeti ayrılıb.

Tualet stulu (Avropa, XIX əsr)

XVIII əsrin ortalarında mühəndislərin su ilə yuyulan ayaqyolu ilə bağlı ideyaları yaranıb. Nəhayət, 19-cu əsrdə kiçik Britaniya kəndindən olan çilingər Tomas Krepper kanalizasiyaya çıxışı olan və pis qoxunu rədd etmək üçün suyun axıdıla biləcəyi müasir formalı unitazı və U-şəkilli kanalizasiya borusunu ixtira edib. İlk unitaz farfordan hazırlanıb və vaza şəklində olub. Krepper öz şirkətini yaradaraq Bukingem və Vindzor saraylarında bu santexnika aparatlarını quraşdırıb.

XX əsrin əvvəllərində İspaniya şirkəti olan "Unitas" (bu sözün ilk hərfi U-şəkilli boruya işarə idi) oturacağı və su bakı olan tualetin istehsalına başlayıb. Həmin firmanın sayəsində "unitaz" sözü məişətə daxil olub.

Gələk bizə...

Hər yerdə öyünürük ki, dünyada hamam-tualet yox ikən bizdə artıq kanalizasiya sistemləri də, hamam da, tualet də mövcud olub. Hətta el arasında tualetə "mədəniyyət evi" də deyirlər. İndi məni və birazca mədəniyyəti olan insanları narahat edən bir problemdən yazmaq istəyirəm. Madam ki, böyük arzularımızının üstündən sifonu çəkib buraxmışıq üzü Xəzərə, heç olmasa, bu arzumuz reallaşsın. Bakı-Şamaxı yoluna ən azı 5 kilometrdən bir bir tualet tikmək məncə elə çətin bir iş deyil. Nə qədər davam edəcək əcdadlarımız kimi yarpağın, kağızın ümidinə qalıb o mübarək torpağı, ağac diblərini murdarlamağımız? Allah eləməsin, rayona gedəndə qarnın ağrıya, otur, dişini sıx, gözlə ki, ya Şamaxıya çatacaqsan, ya da qarşına bir petrol məntəqəsi çıxacaq.

Bəs, hanı bizim mədəniyyətimiz? Hanı o mədəniyyətimizin evi?



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK