ANA SƏHİFƏ / GÜNDƏM

Vilayət Eyvazov İrandakı səfirimiz Cavad Cahangirzadəni qəbul edib

7160    |   2019-11-07 15:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 7-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir iki qonşu və dost dövlət arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu, əsrlər boyu bərabər yaşayan xalqlarımızı elmi, mənəvi, mədəni tellər birləşdirdiyini, bu gün ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan və İran Prezidentləri arasındakı səmimi dostluğun və qarşılıqlı səfərlərin hərtərəfli əməkdaşlığa böyük töhfə verdiyini məmnunluqla xatırladıb.


General-polkovnik Vilayət Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında mövcud olan əlaqələrə toxunaraq nazirlər, o cümlədən digər rəhbər vəzifəli şəxslərin başçılıq etdikləri heyətlər səviyyəsində səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin nəinki DİN-lər, həmçinin digər hüquq mühafizə orqanları arasında sıx əlaqələrin mövcudluğundan xəbər verdiyini bildirib.


Qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin vəziyyətinə toxunan cənab Vilayət Eyvazov əməkdaşlığın böyük imkanlara malik olduğunu, bu sahədə məlumat və təcrübə mübadiləsinin, yeni istiqamətlərin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.


Görüşdə cinayətkarlıqla mübarizə sahəsində nazirliklərimizin potensialının geniş olduğu, ikitərəfli əlaqələrin daha da inkişafının xalqlarımızın rifahı naminə regionda sülh və sabitlik işinə xidmət edəcəyi fikri ifadə olunub.


Səfir Cavad Cahangirzadə səmimi qəbula görə nazirə təşəkkür edib, dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da dərinləşdirilməsindən məmnunluğunu, bu yöndə səylərini əsirgəməyəcəyini vurğulayıb. (musavat)



İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK