hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: BU AĞAC KİMİN BAŞINA DÜŞƏCƏK? Adalet.az | Faiq QİSMƏTOĞLU: BU AĞAC KİMİN BAŞINA DÜŞƏCƏK? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BU AĞAC KİMİN BAŞINA DÜŞƏCƏK?

Bakıda noyabrın 2-də güclü külək nəticəsində aşan ağac hələ də təhlükə törədir, adiyyati qurumlarsa bir iş görmürlər

3716    |   2019-11-06 13:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda həmişə güclü küləklər əsəndə hansısa bir ağacı kökündən çıxarır və aşırır. İllahda ki, bu ağacın altından adam keçə, yaxud da maşın ola. Bax, onda o adam da, o maşın da əziləcək və pis vəziyyətə düşəcəkdir. Və paytaxtda da həmişə güclü küləklər olmamışdan əvvəl hidrometroloqlar adiyyati qurumları və əhalini xəbərdar eləyir. Xəbərdarlıq olunur ki, güclü küləklərin əsdiyi vaxtda hündür ağacların altından keçməsinlər və yaxınlığında avtomibil saxlamasınlar. Dəfələrlə bu şiddətli küləklər zamanı Bakıda neçə-neçə ağac aşıb, onun altında olan avtomobillərə böyük ziyan dəyib. Və hətta aşan ağaclar ayrı-ayrı insanların da üzərinə düşüb.

Noyabrın 2-də də Bakı şəhərində çox möhkəm küləklər əsdi. Külək qarışıq fasiləsiz yağışlar da ara vermədi. Həmişə olduğu kimi, bu küləkli havada bir neçə ağac da kökündən çıxıb aşdı. Belə ağacların biri də noyabrın 2-də saat 17:00 radələrində Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin "D” massivindəki 13-cü binanın arxasında aşıb. Axşam saatları olduğu üçün xoşbəxtlikdən hər hansı insan xəsarət almayıb. Bu hündür və iri gövdəli qovaq ağacı düz 30 il bundan əvvəl binanın yanındakı ayaqqabı təmiri yerinin bir addımlığında sakinlər tərəfindən əkilib.


Artıq bir il idi ki, güclü külək əsdikcə ağac yerindən oynayırdı. Və həmin binanın sakinləri də hiss edirdilər ki, bu ağac nə vaxtsa güclü külək nəticəsində kökündən çıxıb aşacaq. Ona görə də sözün açığı küləklərin güclü olduğu vaxtda sakinlər o ağacın yanından ya keçmir, ya da keçəndə ehtiyatlı keçirdilər. 

İndi bu ağac noyabrın 2-dən yarı aşmış vəziyyətdə eləcə də dayanıb. Ağacın kökü və gövdəsi iki bağın arasındakı hasarın üstündə dayanıb. Bu vəziyyətdə ağacın qalması çox böyük təhlükə törədir. Adamlar da bu ağacın altından çox soyuqqqanlılıqla keçib gedirlər. Hansı ki, ağacın aşması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə sakinlərin dediyinə görə məlumat da verilib.



Amma buna baxmayaraq, ayın 6-sı olsa da əlaqədar qurumlar gəlib onu ordan götürmürlər. Biz həmin ağacın müxtəlif görüntülərini də telefonumuzun yaddaşına köçürdük. Dedik, bəlkə bizim bu yazımızı oxuyandan və şəkilləri görəndən sonra adını çəkdiyimiz qurum hərəkətə gələ və yarımçıq aşmış ağacı ordan götürə.

Əlbəttə, sakinlər o ağacı kəsə də bilərlər, ordan götürməyi də bacararlar. Ancaq mövcud qanunla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlib ağaca baxış keçirməli, problemləri də özləri həll etməlidirlər. Onların əvəzinə kimsə bu işi görən deyil. Ağacın isə yarı aşmış vəziyyətdə olması onun altından keçən insanların hər an başına düşə bilər. Burdan həm məktəblilər keçir, həm də yaxınlıqdakı ticarət mərkəzində alış-veriş etməyə gedənlər.



Deməli, bu insanların başının üstündə çox böyük bir təhlükə var. Biz də bu yazını qələmə aldıq ki, qoy təhlükə adiyyəti qurumlar tərəfindən vaxtında aradan qaldırılsın. Sonra deməsinlər ki, bizim yarıaşmış ağacdan xəbərimiz yox idi.

Çünki biz belə hadisələrin çox şahidi olmuşuq. Hətta hansısa vəzifəli şəxsin səhlankarlığı nəticəsində ölüm halları da baş verir. Biz lazımi ünvanı göstərdik, şəkilləri və yazını qəzetimizdə dərc elədik, adiyyəti qurumlar isə öz missiyalarını və vəzifələrini yerinə yetirməlidirlər. Gözləyək görək nə olur?!




İmza:

İsmayıllıda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb

Zaqatala və Qaxda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq - Agentlik

MİRZƏ CƏLİLİN HEYKƏLİ «SAHİL BAĞI»NDA QOYULMALIDI

Faiq QİSMƏTOĞLU: MƏNZİLLƏR QIZMIR...

AMERİKADA BAYRAĞIMIZI DALĞALANDIRAN MƏKTƏBLİ - İSTEDAD

8-ci km bazarında REYD - Mənşəyi məlum olmayan ət aşkarlandı

Leyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO

Əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək - HARDA?

Kamran Əsədov: Ölkəmizə gələcək xarici tələbələrin sayını artırmaq lazımdır

Sumqayıtda 70 illik yubiley coşqusu - FOTO

Faiq QİSMƏTOĞLU: “ANA KÜR” MTK-nın SƏDRİ QANUNLARI SAYA SALMIR

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK