hacklink Adalet.az | Borcalanlarla bağlı qaydalara dəyişiklik edilib Adalet.az | Borcalanlarla bağlı qaydalara dəyişiklik edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Borcalanlarla bağlı qaydalara dəyişiklik edilib

3297    |   2019-11-04 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edilib.

Palatadan verilən məlumata görə, Prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, "iqtisadiyyatın real sektoruna yönələn kreditləşmənin artırılması” çağırışı ilə əlaqədar növbəti addım kimi Palata tərəfindən edilmiş dəyişiklik nəticəsində müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.

Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcəkdir. Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.

Məlumat üçün bildirək ki, bundan öncə 18.10.2019-cu il tarixində "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilmişdir ki, bu dəyişikliklər ilə KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılmış, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.



İmza:
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK