ANA SƏHİFƏ / GÜNDƏM

BSU Nurlana Əliyeva ilə bağlı iddialara cavab verdi

5582    |   2019-10-31 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Slavyan Universiteti (BSU) Yevgeni Primakovun 90 illik yubileyinə həsr edilmiş esse müsabiqəsinin tənqid olunmasına münasibət bildirib.

Adalet.az-ın məlumatına görə, BSU-nun yaydığı açıqlamada qeyd olunub ki, 2019-cu il oktyabr ayının 30-da sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin haqqında reallığa əsaslanmayan, müasir şəraitə uyğun gəlməyən yazı dərc edilib:

"Həmin yazıda BSU-nun tələbələrinin sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak etmələri tənqid edilir. Eyni zamanda BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında əsassız iddialar özünə yer alır. Həmin yazıya cavab olaraq bildiririk ki, Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. BSU slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. BSU yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu Rusiyaşünaslıq mərkəzi sayılır. Çoxprofilli ali məktəb olan BSU-da bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Diqqətinizə çatdırmaq istəyirik ki, hazırda BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Həmin tədris-mədəniyyət mərkəzlərindən bir də Rusiya Tədris-Mədəniyyət Mərkəzidir. BSU Azərbaycanda fəaliyyət göstərən slavyan ölkələrinin, o cümlədən Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə sıx əlaqədə fəaliyyət göstərir. Slavyan ölkələrinin səfirləri, səfirliklərin nümayəndələri BSU-da keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda, dəyirmi masalarda, dövlət və milli bayramlarda və digər tədbirdlərdə mütəmadi olaraq iştirak edirlər. Eyni zamanda BSU-nun müəllim və tələbələri həmin səfirliklərdə müxtəlif mövzularda keçirilən mühazirələrdə, mərkəzlərin təşkil etdiyi müsabiqələrdə, həmin ölkələrin dövlət bayramlarında və digər tədbirlərdə fəal iştirak edirlər. Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar.

Bir faktı da xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət kursunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə yaradıcılıqla davam etdirməsi nəticəsində Azərbaycan və Rusiya arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir.

Həmin yazıda BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında səslənən əsassız iddialara isə cavab olaraq bidirmək istəyirik ki, Nurlana Əliyeva xalqımızın milli maraqlarına, dövlətə və dövlətçiliyə sədaqətli, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə, yüksək peşəkarlıqla xidmət edən bir elm və təhsil xadimi, ziyalı Azərbaycan xanımıdır.

Universitetin kollektivi belə həqiqəti əks etdirməyən yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin kollektivində böyük narazılıq hissi doğurur və yolverilməzdir. Buna görə də hörmətli media təmsilçilərindən, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən, siyasi partiya funksionerlərindən dövlət və dövlətçiliklə bağlı belə siyasi mövzulara real və həssas yanaşmağı, ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrə obyektiv yanaşmağı xahiş edirik".



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Metronun bağlanmasının səbəbi açıqlandı

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılmış auditinin nəticələri açıqlanıb

Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı

SON XƏBƏRLƏR
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK