ANA SƏHİFƏ / GÜNDƏM

2019-cu ilin III rübü üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

5527    |   2019-10-31 12:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu ilin doqquz ay ərzində investisiya qiymətli kağızları bazarında ümumilikdə 12,071.5 mln. manat həcmində əməliyyat aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, əməliyyatların 80.1%-i (9,666.0 mln. manat) ilkin bazarda, 19.9%-i (2,405.6 mln. manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 69% artıb.

Korporativ qiymətli kağızlar

2019-ci ilin doqquz ayı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1% (447.9 mln. manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 20.7% artaraq 759.3 mln. manata çatıb.

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalaraq 9,315.3 mln. manat təşkil edib. Bunun 951,7 mln. manatını dövlət istiqrazları, 8,363.6 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 40 hərrac keçirilib və müvafiq olaraq, 527 mln. manat və 8,140 mln. manat məbləğində yerləşdirmə olub.

Repo əməliyyatları

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 842,9 mln. manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 490,4 mln. manat təşkil edib.

Qeyd: Ötən dövrlərin hesabatında əks olunmuş fərq müqavilələri ilə marja ticarəti əməliyyatları üzrə statistik məlumatlar bu hesabatlığa daxil edilməmişdir.

2019-cu ilin birinci yarısı üzrə investisiyaqiymətli kağızlarıbazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılmış auditinin nəticələri açıqlanıb

Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı

İki Emin, bir Korona - Kim haqlıdır?

Rusiya sərhədində qalan beş uşaq və bir hamilə qadın bu gün Azərbaycana qayıdıb

Nazirlər Kabinetindən sürücülərlə bağlı QƏRAR

İlk 6 ayda Texniki Şuralar vasitəsilə 886 müraciətə baxılıb

Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib - Fərman

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu

Ha özümə söz verirəm ki, susacam, alınmır - Azər Qərib yazır

SON XƏBƏRLƏR
2020-07-10
2020-07-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK