ANA SƏHİFƏ / DÜNYA

“Boeing 738” təyyarəsi azərbaycanlı sərnişinə görə təcili eniş etdi

25220    |   2019-10-28 12:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Novosibirsk-Moskva marşrutu üzrə uçuş həyata keçirən "Boeing-738" tipli təyyarə "Bolşoye Savino" hava limanında azərbaycanlı sərnişinə görə təcili eniş edib.

Azvision.azRusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 62 yaşlı Azərbaycan vətəndaşının səhhətinin pisləşməsi olub.

Pilotlar təcili olaraq təyyarəni Perm şəhərinə endiriblər. Hava limanında sərnişinə həkimlər lazım olan yardımı göstəriblər, onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.

Təyyarə bir saat sonra, gecə yarısıMoskvaya uçub.



İmza:
SON XƏBƏRLƏR
2020-06-02
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK