hacklink Adalet.az | Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdirib Adalet.az | Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdirib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdirib

14115    |   2019-10-24 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” operettası nümayiş olunub.

BANM-dan verilən məlumata görə, tamaşada SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, vitse-prezidentlər SOCAR-ın müəssisə rəhbərləri, BANM-in rəhbərliyi, ictimai-siyasi xadimlər, eləcə də BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.

Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllim Zülfiyyə Sadıqovadır.

Tamaşanın təqdimat mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Musiqili komediyanın bu il dünya üzrə quruda ilk neft platforması sayılan əfsanəvi Neft Daşları yatağının 70 illiyinə həsr olunduğunu bildirib. O, yaradıcı kollektivə və operettada rol olan tələbələrə bu məsuliyyətli işdə uğurlar arzulayıb. Rektor qeyd edib ki, tamaşada Bakı Ali Neft Məktəbinin yerli tələbələri ilə yanaşı, əcnəbi tələbələri də çıxış edirlər.

"Bakı Ali Neft Məktəbi Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də layiqli vətəndaşlar yetişdirməyə çalışır. Tələbələri ölkənin ictimai-mədəni həyatının fəal iştirakçısına çevirməyə səy göstəririk. Bu baxımdan, "O olmasın, bu olsun” operettası da onların həyatında xüsusi iz buraxacaq. Dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqili komediya janrında yazdığı dörd pərdədən ibarət olan əsərdə Azərbaycan xalq musiqisi - muğamdan və orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə edilib. Kompazisiya zənginliyi təbii olaraq tələbələrimizin üzərinə böyük məsuliyyət qoyur. Amma, ümidavaram ki, onlar bu məsuliyyətin öhdəsindən layiqincə gələcəklər”. - deyə rektor əlavə edib.

Tamaşada baş rolları BANM-in tələbələri Murad Süleymanlı (Rüstəm bəy), Mahirə Əsədzadə (Gülnaz), Sənan Həsənzadə (Sərvər), Nazpəri İsfəndiyarzadə (Sənəm), Cavid Məcidov (Məşədi İbad), Əsəd Əsədli (Həsənqulu bəy), Orxan Sayidov (Rza bəy), Faiq Hacıbalayev (Həsən bəy), Kamil Nağızadə (Qoçu Əsgər), Ağaqardaş Camalov (Hambal), Kənan Sadıqov (Məşədi Qəzənfər), Aqşin Fətəliyev (Baloğlan) ifa ediblər.

Kütləvi səhnələrdə və rəqslərdə Cavid Məmmədli, Ramil Əmirli, Rəşid Abbasov, Əbdül Bağırov, Ziya Yusifov, Cahan Qarayeva, Səidə Sədiyeva, Sədayə Ömərova, Zərifə Abdulova, Ləman Həsənli, Nəriman Tağızadə, İslam Temavov, Uğur Paşayev, Nəsrin Qədirli, Vahid İsmayılzadə, Ajua Chukwumelam Adedayo, Ezuma Ezinne Jessica, Ayajan Beisenbayeva, Inyama Somtochukwu Chidinma, Samuel Dum Ale Birigbo, Ekanem Umoh Friday iştirak ediblər.

Tələbələrin məharətli ifaları tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.



İmza:
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK