hacklink Adalet.az | Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada görüşəcəklər Adalet.az | Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada görüşəcəklər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada görüşəcəklər

9358    |   2019-10-24 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ATƏT-in hazırkı sədrinin vasitəçiliyi ilə yaxın zamanlarda Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Trend-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak deyib.

Onun sözlərinə görə, görüş zamanı Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

M.Layçak bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin münaqişənin nizamlanması istiqamətində səylərini yüksək qiymətləndirir:

"İl ərzində biz müsbət siqnallar, liderlər və nazirlər səviyyəsində dialoqlar müşahidə etmişik. Eyni zamanda qoşunların təmas xəttində insan itkilərinə səbəb olmuş, narahatlıq doğuran insidentlər də qeydə alınıb. Amma indi vəziyyət, deyəsən stabildir”.

Öz növbəsində ATƏT-in baş katibi Tomas Qreminger vurğulayıb ki, Minsk qrupunun həmsədrləri qismində vasitəçilər danışıqlarda fəal iştirakını davam etdirir. Amma ciddi irəliləyiş ilk növbədə dövlət rəhbərlərinin siyasi qərarı sayəsində mümkündür.




İmza:
SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK