hacklink Adalet.az | Prezident İlham Əliyev: Kadr islahatları labüddür, bu, qaçılmazdır Adalet.az | Prezident İlham Əliyev: Kadr islahatları labüddür, bu, qaçılmazdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Prezident İlham Əliyev: Kadr islahatları labüddür, bu, qaçılmazdır

4337    |   2019-10-23 17:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kadr islahatları labüddür, bu, qaçılmazdır.

Adalet.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı deyib: "İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.

Əsas vəzifələr bundan ibarətdir. Deyə bilərəm ki, islahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni, bu, nə deməkdir? Yəni, bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı maaş reallığı əks etdirmirdi. Bu, bizim iqtisadiyyatımızı təhlükə altına qoyur. Bir də ki, bu insanlar gələcəkdə pensiyaya çıxacaqlar. Bəs onların pensiya haqqı nəyin hesabına hesablanacaq? Ona görə mən, o cümlədən muzdla işləyən vətəndaşlara da üz tutub deyirəm: bu işlərə baş qoşmayın. Əgər hansısa sahibkar sizə tutaq ki, 500 manat maaş verirsə və onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı olmayın. Çünki sabah pensiya almayacaqsınız. Sosial sığorta problemi olacaq. Biz indi icbari tibbi sığortaya keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir.

Ona görə bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək".



İmza:

Pərvin Kərimzadə Gəncədə müvəqqəti məskunlaşan xankəndililərlə görüşüb

Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrılıb

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

Suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb

Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı

650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

“Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim” - Komitə sədri

Naxçıvanda nağdsız ödənişlərin həcmi 36 milyonu ötüb

Azərbaycanda KİV-lərin sayı 5300-ə çatıb

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

ATA ABDULLAYEVƏ ÇOX QİYMƏT VERİRİK EY…

«VERTOLYOT DUMANA DÜŞÜB, DAĞA DƏYİB»

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK