hacklink Adalet.az | Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi Adalet.az | Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi

4103    |   2019-10-22 17:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.

Onlara bir daha bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.




İmza:

İsmayıllıda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb

Zaqatala və Qaxda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

2019-cu il Azərbaycanda gəlmə turizmi üzrə rekord il olacaq - Agentlik

MİRZƏ CƏLİLİN HEYKƏLİ «SAHİL BAĞI»NDA QOYULMALIDI

Faiq QİSMƏTOĞLU: MƏNZİLLƏR QIZMIR...

AMERİKADA BAYRAĞIMIZI DALĞALANDIRAN MƏKTƏBLİ - İSTEDAD

8-ci km bazarında REYD - Mənşəyi məlum olmayan ət aşkarlandı

Leyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO

Əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək - HARDA?

Kamran Əsədov: Ölkəmizə gələcək xarici tələbələrin sayını artırmaq lazımdır

Sumqayıtda 70 illik yubiley coşqusu - FOTO

Faiq QİSMƏTOĞLU: “ANA KÜR” MTK-nın SƏDRİ QANUNLARI SAYA SALMIR

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK