ANA SƏHİFƏ / YAZARLAR

ƏRİK AĞACI

30754    |   2013-05-11 00:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Səhərin gözü açılanda Xalaoğlu Tərxan yatağından qalxdı və fikirləşdi ki, bu gün qarovulçuluq elədiyi məktəbə daha tez getməlidi. Çünki dünəndən məktəbin direktoru Əvəz müəllim ona tapşırıq vermişdi ki, tənbəllik eləməsin və məktəbin həyətində səliqə-səhman yaratsın. Xalaoğlu Tərxan qarovulçu olduğuna baxmayarq, həm də məktəbin təsərrüfat işlərinə də cavabdeh idi. Bilirdi ki, Əvəz müəllimi razı salmaq və məktəbdə səliqə-səhman yaratmaq ondan çox şey tələb eləyir: axşamdan məktəbdə qarovulçuluq eləsə də, səhər yenə hər şeyə göz qoyar, nəyin yerində olub-olmadığını dəqiqləşdirərdi...

Bu dəfə Xalaoğlu Tərxanın bəxti heç gətirmədi. Çünki gecə saatlarında kimlərsə məktəbin həyətinə daxil olmuş və həyətdəki ərik ağaclarının budaqlarındakı əriyi yığmış, üstəlik də iri budaqları sındırıb yerə atmışdılar. Xalaoğlu Tərxan iri budaqları yerdə görəndə canına üşütmə düşdü. Bir istədi tez həmin budaqları götürüb məktəbin həyətindən uzaq bir yerə tullasın, ancaq bu fikrindən tez də daşındı. Ağacın budağını sındıranın yeddi arxa dönənini yuyub sərdi. Elə bu vaxtı məktəbin direktoru həyətə girdi. Gözünə ilk sataşan da iri ərik ağacının qırılmış budağı idi.

Əvəz müəllimin qaşları çatıldı və sifətində zəhimli bir görkəm yarandı. Xalaoğlu Tərxan Əvəz müəllimi belə vəziyyətdə çox az görərdi. Bildi ki, Əvəz müəllim dişinin dibindən çıxanı ona deyəcək. Əvəz müəllim bir də Xalaoğlu Tərxana diqqətlə baxdı. Xalaoğlu Tərxan yenə sarısını uddu. Əvəz müəllim qəzəbli halda dilləndi:

- Sənə bu yekəlikdə məktəbi etibar eləmişik, sən də gecədən elə yatırsan ki, elə bir ayı qış yuxusuna getmisən. Ay rəhmətliyin oğlu, görmürsən ki, məktəbin həyətindəki ərik ağaclarını nə günə qoyublar?! Bəs sən bir ətək pul alırsan, burnundan gəlməz, həmin pullar sənin?!

Heç kəs Əvəz müəllimin sözünü qaytara bilməzdi. Yəni bir kimsənin Əvəz müəllim dediyi sözü bu qulağından alıb, o qulağından verməyə cəsarəti çatmazdı və kimin ağzı nəydi ki. Əvəz müəllimin bir sözünü iki eləyəydi.

Xalaoğlu Tərxan:

- Ay Əvəz müəllim, vallah, hər gecə üç-dörd saat elə bu ərik ağaclarının arası ilə gəzirəm. Bir şıqqıltı olan kimi, o dəqiqə şübhələnirəm və bilirəm ki, əriyin başında kimsə var. Keçən dəfə ərik ağacında axşam saatlarında Təvəkkülün oğlu Şiraslanı tutmuşdum. Deyəsən, elə bu dəfə də o köpəkoğlu ağacın budaqlarını sındırıb...

Əvəz müəllim yenidən tərs-tərs Xalaoğlu Tərxana baxdı və son sözünü dedi:

- Bilmirəm, ərik ağacının budaqlarını kim sındırıbsa, onu tap, yanıma gətir! Əgər bilsəm ki, onu kim sındırıb, dədəsini dalına şəlləyəcəm!..

Əvəz müəllim əsəbi halda öz kabinetinə getdi. Xalaoğlu Tərxansa həmin gündən canını qoymağa yer tapmadı. Yaxşı bilirdi ki, Əvəz müəllim bir adama tapşırıq verəndə onu axıra qədər nəzarətdə saxlayır: görsün həmin tapşırığı yerinə yetirdilər, ya yox?!

Düz beş gecə səhərə qədər Xalaoğlu Tərxan yatmadı. Elə axşam düşəndən səhər açılana qədər xəlvət bir yerə çəkilib ərik oğurluğuna gələn adamı tutmaq istəyirdi. Dördüncü günü də bir şey çıxmadı. Beşinci günü Xalaoğlu Tərxanın ürəyinə dammışdı ki, mütləq oğrular bu axşam gələcək. Heç ərik oğruluğuna gələnlər də elə peşəkar oğrular deyildi.

Hiss olunurdu ki, o adamlar məktəb yaşlı uşaqlardı. Çünki əriyi yeyirdilər, bir neçə budağını sındırırdılar. Sanki budağı sındıranda bu uşaqlar ləzzət alırdılar. Daha çox fikirləşirdilər ki, onları döyüb-incidən Əvəz müəllimdən qisas alırlar. Heç bir şagird nə qədər döyülsə də, Əvəz müəllimə deyə bilməzdi ki, məni niyə döyürsən?! Bəziləri məktəbin pəncərəsin sındırmaqla, bəziləri isə həyətdəki ərik ağacının budaqlarını qırmaqla sanki Əvəz müəllimi hövsələdən çıxarmaq istəyirdilər. Əvəz müəllim həddindən artıq savadlı və tələbkar direktor idi. Hətta ondan nəinki şagirdlər, müəllimlər belə çəkinərdilər. Bilirdilər ki, Əvəz müəllimi heç vaxt sındırmaq olmaz! Və onun sözünün qabağında söz oynatmaq da mümkün deyil...

O, qış günündə paltosunu çiyninə atardı, yayda da pencəyini. Və sonra da həm müəllimləri, həm də şagirdləri möhkəm-möhkəm sıxışdırardı. Şagirdlər dərsə gəlməyəndə, müəllimlər də dərsi zəif keçəndə mütləq paylarını almalıydılar: Əvəz müəllim ən azından onları danlamalıydı! Əvəz müəllmin danlamağı elə bir danlamaq idi ki, adam o dünyanı görüb gəlirdi. Bəzən də pambıq kimi yumşaq əliylə dəcəllik eləyən uşaqların sifətindən möhkəm bir şillə ilişdirərdi. O möhkəm bir şillə isə heç kimin yadından məktəbi bitirənə qədər çıxmazdı. Hətta məktəbi bitirəndən sonra da o şillənin səsi adamın qulağında səslənirdi.

Xalaoğlu Tərxan and içdi ki, mütləq bu axşam ərik ağacının budaqlarını sındıran adamları tutacaq. Gecə saat 3-ün yarısında Xalaoğlu Tərxan otluqda sakitcə uzanmışdı. Elə bu vaxtı iki yeniyetmənin səsi gəldi. Onlardan biri dedi:

- Ay Şiraslan, Xalaoğlu Tərxan çoxdan yuxuya gedib. İndi xor-xor xoruldayır. Zalım oğlu yatanda elə xoruldayır ki, elə bir div yatıb. Bir də heç Xalaoğlu Tərxanın qulağı da yaxşı eşitmir. Hay-hayı gedib, vay-vayı qalıb...

Şiraslanın yaxın dostu Firqət idi. Çünki o həmişə məktəbin həyətinə ərik yığmağa Firqətlə gəlirdi. Hər ikisi həddindən artıq dəcəl uşaqlar idi. Və ipə-sapa yatmırdılar. Firqət diqqətlə Şiraslanı dinlədi. Sonra da əli ilə işarə edərək bildirdi:

- Onsuz da biz oğurluq eləmirik ki?! Ürəyimiz ərik istəyir, gəlib məktəbimizin həyətindəki ərikdən yığırıq. Amma bir az insafsızlıq eləyirik. Əriyi yığanda budağı da sındırırıq. O günü Əvəz müəllim Xalaoğlu Tərxana bərk hirslənib deyib ki, ərik oğrularını tapsın. Tapsa o oğruların dədəsini dalına şəlləyəcək.

Hər ikisi yavaş-yavaş iri bir ərik ağacına yaxınlaşdı. Altdan yuxarı bir daha ərik ağacının budaqlarında saralmış əriklərə baxdılar. Şiraslan Firqətə göz elədi:

- Qalxdıq!

Və bir göz qırpımında hər ikisi ərik ağacının başına dırmaşdı. Bir neçə ərik dərmişdilər ki, Xalaoğlu Tərxanın səsini eşitdilər:

- Köpəkuşağı, hər ikinizi tanıdım: biri Təvəkkülün oğlu Şiraslandı, biri də Firqət. Elə eləməyin ki, bu qoşa lülə tüfənglə sizi quş kimi vurub salım yerə. Hər ikiniz ağacdan düşün!

Şiraslan da, Firqət də qorxlarından ağappaq oldular. Və yavaş-yavaş ərik ağacının başından yerə endilər. Bir istədilər dabanlarına tüpürüb qaçsınlar, amma tez də bu fikirdən daşındılar. Elə ən yaxşı çıxış yolunu xalaoğlu Tərxana yalvarmaqda gördülər:

- Ay Tərxan dayı, bir qələtdi eləmişik, burax çıxıb gedək. Bir də Allaha and olsun, oğurluğa gəlməyəcəyik!..

Xalaoğlu Tərxan:

- Ay uşaq, siz nə danışırsınız?! Əvəz müəllim düz bir həftədir mənə gün verib, işıq vermir. Dişinin dibindən çıxanı deyir. İndi sizi buraxım, siz də gedəsiniz, sabah da Əvəz müəllim bilsin, o ki var məni söysün?! Durun, düşün qabağıma, aparıb sizi salajam sinif otaqlarından birinə. Sonra Əvəz müəllim gələr, istəsə buraxar, istəsə saxlayar...

Xalaoğlu Tərxan hər ikisini gətirib qapı-pəncərəsi möhkəm olan sinif otaqlarından birinə saldı, sonra da qapını kilidlə bağladı. Şiraslan da, Firqət də nə qədər qışqırsalar və yalvarsalar da Xalaoğlu Tərxan onları buraxmadı ki, buraxmadı.

Səhər açılanda Əvəz müəllimin otağına getdi. Gördü ki, Əvəz müəllimin qanı yenə qaradı. Əvəz müəllim Xalaoğlu Tərxanı görəndə, soruşdu:

- Nouldu, oğruları tutdun?!

- Bəli, Əvəz müəllim! Axşam saat 3-də ikisini də yaxaladım: biri Təvəkkülün oğlu Şiraslandı, biri də Firqət. Onları sinif otaqlarından birində saxlayıram, ağızlarını da bağlamışam.

- Get, gətir yanıma...

Xalaoğlu Tərxan sinif otağının qapısını açdı və hər ikisini qabağına qatıb Əvəz müəllimin yanına gətirdi. Əvəz müəllimin kabninetində ayaq üstə duran Şiraslan və Firqət qorxularından tir-tir titrəyirdilər. Əvəz müəllim aşağıdan yuxarı onlara diqqətlə baxdı və sonra da dedi:

- Bala, qudurmusunuz?! İndi də məktəbin həyətindən oğurluq eləyirsiniz?! Ərik yemək istəyirsiniz, günün günorta çağı gedin, selbə atın, budaqdan ərik düşsün siz də yeyin. İndi mən sizə elə bir dərs verəcəm ki, dədənizin toyu yadınıza düşsün...

Əvəz müəllim onlara yaxınlaşıb hər ikisinin sifətinə ardıcıl olaraq üç-dörd şillə çəkdi. Şillə elə dəydi ki, elə bil onların sifətlərindən od qalxdı və yalvarmağa başladılar:

- Qələt eləmişik, Əvəz müəllim, bir də belə iş görmərik...

Əvəz müəllim əsəbi halda:

- Qələt eləmək azdı, siz başınızı daşa döymüsünüz, iki gün hər ikinizi o sinif otağında ac-susuz saxlatdıracam və onda bilərsiniz ki, oğurluq nə deməkdir.

Düzdür, Əvəz müəllim onları iki gün sinif otağında saxlatdırmadı, amma onlara iki saat elə bir dərs verdi ki, çətin ki, bir də o onlar bu uşaqların yadından çıxsın. O iki saatda hər gələn müəllim həm Şiraslanın, həm də Firqətin üzünə tüpürür və bir şillə ilişdiridi. "Dərsləri" veriləndən sonra onlar direktorun otağından buraxıldılar...

Məktəbdə bu hadisədən sonra heç bir uşaq cəsarət edib axşam saatlarında ərik ağacının budaqlarını sındırmadılar. Hətta Şirsalan və Firqətdə o işdən vaz keçmişdilər. Başqaları gündüzlər ərik ağacının dibinə küləyin vurub saldığı ərikləri yesələr də, Əvəz müəllimin qorxusundan nə Şiraslan, nə də Firqət bir daha o tərəfə getmirdi.

Xalaoğlu Tərxansa rahat nəfəs alır və gecələr də məktəbdə sakitcə yatırdı. Fikirləşirdi ki, məktəbin həyətinə o uşaqlardan savayı heç kim oğurluğa gəlməz. Səhər saatlarında yuxudan qalxan Xalaoğlu Tərxan özünü gümrah hiss eləyər və radionun düyməsini basıb işlədər, tez-tez də Qədiq Rüstəmovun valını qoyaraq, "Sona bülbüllər"i dinləyərdi. Çünki Xalaoğlu Tərxan uşaqlıqdan muğamatın ölüsüydü. Qədir Rüstəmovun "Sona bülbülləri"ni dinləyəndə isə elə bil təzədən cavanlaşar və yeni bir yaz səhəri onun üzünə açılardı...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK