hacklink Adalet.az | ABŞ və Türkiyə razılığa gəldi - Suriyada atəşkəs elan edilir Adalet.az | ABŞ və Türkiyə razılığa gəldi - Suriyada atəşkəs elan edilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

ABŞ və Türkiyə razılığa gəldi - Suriyada atəşkəs elan edilir

23049    |   2019-10-18 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə və ABŞ arasında Suriyada atəşkəslə bağlı razılıq əldə olunub.

Dünən paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşüb.

Mətbuata qapalı keçirilən görüş 4 saat 20 dəqiqə davam edib. Tərəflər arasında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyat ilə bağlı müzakirələr aparılıb.

Kritik danışıqlardan sonra açıqlama verən M.Pens Suriyada atəşkəs barədə qərar qəbul edildiyini, YPG terror təşkilatının 5 gün ərzində bölgədən geri çəkiləcəyini bəyan edib. Terrorçuların Suriyanın şimalından çıxarılacağı təqdirdə Türkiyə hərbi əməliyyatı dayandıracağına söz verib.

ABŞ prezidenti Donald Tramp "Twitter"dəki səhifəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Tramp yazıb.



İmza:
SON XƏBƏRLƏR
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK