nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Tahir Rzayev: "50 nəfərlə "inqilab” cəhdi növbəti özünüifşaya çevrildi” Adalet.az | Tahir Rzayev: "50 nəfərlə "inqilab” cəhdi növbəti özünüifşaya çevrildi” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Tahir Rzayev: "50 nəfərlə "inqilab” cəhdi növbəti özünüifşaya çevrildi”

14016    |   2019-10-11 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müxalifətin birinci dərəcəli fikri odur ki, Azərbaycanda qarışıqlıq yaratsın.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev ötən gün AXCP-nin keçirdiyi piketlə bağlı danışarkən deyib. O, müxalifətin əsas məqsədinin heç də insanlara səslənmək olmadığını bildirib:

"Onlar icazəli mitinq, toplantı, piket keçirməyə yox, qarşıdurma yaratmağa çalışırlar ki, sonra desinlər, "iqtidar təzyiq etdi”. Ancaq iqtidar mitinq keçirilməzdən əvvəl onlara xəbərdarlıq edir ki, hər bir piket, yığıncaq hüquq çərçivəsində olmalı, qayda-qanuna əsaslanmalıdır. Həmçinin insanların rahatlığı pozulmamalı, nəqliyyatın hərəkətinə maneə yaradılmamalıdır. Amma müxalifət nümayəndələri çalşırlar ki, mitinqlərdə dava olsun, polislər müdaxilə etsin, onlar da bundan istifadə edərək ajiotaj yaratsınlar. Polisin qanuni tələblərinə əməl etməmək, müqavimət göstərmək, təhqiramiz ifadələr işlətmək, yolu bağlamaq, nəqliyyatın hərəkətinə maneçilik törətmək və s. bu kimi əməllər bir daha göstərir ki, 90-cı illərin psixologiyası, ab-havasında olan müxalifət heç vaxt düzəlməyəcək. Şou yaratmağa çalışırlar ki, guya onların azad piket keçirməsinə müdaxilə edilib, müxalifət nümayəndələri təqib edilib və s. Əli Kərimlinin 50 nəfərlə "inqilab” cəhdi növbəti özünüifşaya çevrildi”.

Millət vəkilinin sözlərinə görə, AXCP normal siyasi mübarizə aparmaq, hətta aksiya keçirmək iqtidarında deyil:

"Fikir vermisinizsə, müxalifət mitinqdə hər dəfə eyni sözləri deyir, Qarabağ məsələsini, insan hüquqlarının pozulması və siyasi məhbuslara azadlıq məsələlərini qaldırırlar. Azərbaycanda siyasi məhbus yoxdur, qanunları pozan şəxslər var. Digər tərəfdən, Qarabağ məsələsi ilə ölkə rəhbərliyi məşğul olur. Onlar vaxtilə Qarabağı veriblərsə və indi qaytarmağın "yollarını” bilirlərsə, çıxıb desinlər”.

Millət vəkili qeyd edib ki, AXCP-yə şəhərin mərkəzində piket keçirməyə icazə verildi, amma piketdə qarışıqlıq yaradılacağı gözlənilən idi:

"Bütün bunları görəndən sonra demək olar ki, mitinqə ehtiyac yoxdur. Məlum məsələdir ki, Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması şəhərin mərkəzində itaətsizlik mühiti yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyır”.(axar.az)



İmza:

18 saylı Nərimanov-Nizami Seçki Dairəsində bir məntəqənin nəticələri ləğv edilib

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsinin iki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

MSK Fəzail Ağamalının lider olduğu dairədə 11 seçki məntəqəsinin nəticələrini ləğv edib

Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

10 saylı Binəqədi Üçüncü Seçki Dairəsinin bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

MSK 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb

11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayət təmin edilmədi

XİN-dən İrana səfər edən vətəndaşlara xəbərdarlıq

Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - SİYAHI

SON XƏBƏRLƏR
2020-02-23
2020-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK