hacklink Adalet.az | ƏSA... MÜDAFİƏ SİLAHI... - Fəridə RƏHİMLİ yazır Adalet.az | ƏSA... MÜDAFİƏ SİLAHI... - Fəridə RƏHİMLİ yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏSA... MÜDAFİƏ SİLAHI... - Fəridə RƏHİMLİ yazır

9277    |   2019-10-04 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Niyə əsayla müdafiə olunurdular? Çünki indi silahları yalnız əsa idi. Əsasız addım ata bilmirlər, əsa itirdikləri ayaqlarını əvəz edir, müdafiə olunmaq üçün də ondan silah kimi istifadə edirlər. Yeriyib yüyürə bildikləri, heç kimə möhtac olmadıqları zaman xalqı da möhtaclıqdan, köləlikdən qorumaq üçün sinələrini qabağa vermişdilər. İki ayaqla getdilər, tək ayaqla döndülər...

Bir mərmiylə göyə sovrulan arzularının puç olduğu gündü o gün - ayağının onu tərk etdiyi gün. Ayılanda, olayı anlayanda dəhşətdən dəli olmaq həddinə gəldiyi gün.

O sızıldayan sahibsiz ayağı tez-tez yuxusuna girir Qazinin. Özünün bir parçası olan o ayağın harda dəfn olunmasından xəbəri olmayanları da var. Görəsən gedib ayağının məzarı başında ağlayanı varmı bu Qazilərin? O "məzarın” başında keçirdiyi analaşılmaz hisslərin - ayaqlıların heç vaxt anlamayacağı, onlara yad olan hisslərin cilovunda çapalayan Qazilər görəsən yuxuda bayatı, ağı deyirlərmi ölmüş ayaqlarına?!.

Bəzən yuxuda ayaqlı görürlər özlərini. Döyüşürlər, qələbə çalırlar, qaçırlar, yüyürürlər, futbol oynayırlar - yuxuda xoşbəxt olurlar Qazilər. Çoxu belə də xoşbəxtdi, çünki anlayana mərdlik, kişilik, qeyrət nümunəsidir bugünkü halları. Görəsən heç "kaş ki” deyirlərmi? Kaş ki, o an orda olmasaydım. Kaş ki, bir an o mərmidən yan keçsəydim... kaş ki, bu gün "mənəm, mənəm” deyən nacinsləri qorumasaydım!...

"Müharibə başlasa yenə gedəcəyik, yarım qoyduğumuz işləri başa çatdıracağıq. Ayaqlarımız orda bizi gözləyir. Onlara qovuşmaya gedəcəyik, amma bu dəfə qələbəylə”, - deyirdilər. Amma hər şey tərsinə cövlan eləməyə başladı. Vətəndə harınlamış, vicdanını itirmiş, amalı, məqsədi maddiyyat olan, milli hissiyyatın, qeyrətin nə demək olduğunu bilməyən "vətəndaşlarla” döyüşməli oldular - nadan sürüsüylə, cahil dəstəsiylə, vətəni pul, var-dövlət, rahatlıq kimi anlayan ələbaxan yaltaq sürüsüylə - qoçularla.

Bu münasibət onlara düşmən gülləsindən betər oldu! Bu arxadan zərbə idi. Bu, bütün amallarının puç olması idi! Ayaqlarının boş qalan yeri iyirmi yeddi ildən sonra indi daha çox, daha dözülməz ağrıyla sızıldamağa başladı. Qürur hissiylə yaşadığı illər bir anın içərisində mənasız bir heçliyə döndü. Haqlımı, haqsızmı olduğunu ayırd edə bilmədi. Qoçuların qarşısında özünü müdafiə üçün əsasına əl atanda anladı ki, o an vətən əldən getdi! Torpağın geri alınacağı ümidi qırıldı – ürəkli oğulların ayağı yox düşmən üstünə getsin, ayaqlı pul hərisləri də onlarla döyüşür. Belə olduğu halda Əlvida, Vətən! Əlvida, qovuşacağıma ümid etdiyim ayağım! Sənə tərəf gələ bilməyəcəm. O dünyada görüşənədək! Kaş ki sənlə gedəydim, bugünkü dəhşətləri yaşamayaydım. Qələbə əzmiylə, düşmənin başını əzmək ümidiylə tərk edəydim bu dünyanı. O zaman ölümüm özümə mənalı görünərdi. Düşmən gülləsiylə ölmək bu qədər acı, ağrıdıcı olmazmış! Düşməninin kim olduğunu ayırd edə bilməmək əzabını yaşamaq daha ağırmış!

... Qarabağda qalan ayağının sızıltısını o günə qədər belə dəhşətlə hiss etməmişdi Qazi. Kim idi Qazi? Vətən qarşısında borcunu verib hər kəsin üzərində haqqı olanmı, yoxsa döyüşdə ölmədiyinə peşman edilmiş keçmiş döyüşçümü?

O gün ki Vətəndə Qazinin ayağını əvəz edən əsası özünü müdafiəyə qalxdı...




İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO