Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əli Həsənov: YAP xalq üçün yaradılıb Adalet.az | Əli Həsənov: YAP xalq üçün yaradılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Həsənov: YAP xalq üçün yaradılıb

8115    |   2019-09-25 12:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda 1993-ü ildə olduğu kimi, 2003-cü ildə də dövlət çevrilişinə cəhdlər var idi, ölkədə təhlükəli vəziyyət yaranmışdı. Lakin Prezident İlham Əliyev bu cəhdlərin qarşısını məharətlə aldı.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə deyib.

Ə.Həsənov bildirib ki, xarici qüvvələr və içimizdə olan ünsürlərin dövlət çevrilişinə cəhdləri boşa çıxdı: "Onlar düşünürdülər ki, Prezident İlham Əliyev gəncdir, kifayət qədər təcrübəsi yoxdur, ancaq onlar böyük səhfə yol verdilər, çünki Prezident İlham Əliyevin böyük təcrübəsi var idi və bütün bu cəhdlərin qarşısını məharətlə aldı”.

Baş nazirin müavini vurğulayıb ki, YAP xalq üçün yaradılıb: "Partiya gələcək Azərbaycan üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı xilas etdi. Bu gün Azərbaycan inkişaf etmiş dövlətdir, insanlarımızın dünyaya çıxışı var".

Ə.Həsənov son 15 ildə görülən işlərlə bağlı məlumat verib: "Bu müddət ərzində görülən işlərə Prezident-Xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi artım, inkişaf yoxdur. Bu nə Amerikada, nə Rusiyada nə də başqa ölkədə var. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır".




İmza:

Nazir: “Macarıstanla 40-dan çox sənəd imzalanıb”

Xarici mətbuat Ərdoğanla Putinin Soçi görüşündən nə yazdı?

Zərif Bakıdan dünyaya SƏSLƏNDİ: “ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur edin"

XİN rəhbərlərinin Bakı görüşü: Sədrlik Azərbaycana keçdi - Yenilənib

Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir”

İlham Əliyev Macarıstan Prezidentinə təbrik məktubu göndərib

Qənirə Paşayevadan ÇAĞIRIŞ

Vitse-spikerdən deputata irad: “Bura selfi çəkmək yeri deyil”

Vitse-spiker: “Onların məqsədi islahatları dayandırmaq idi”

Vitse-spiker: Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir

Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”

Bakı sammitində 4 sənəd imzalanacaq

SON XƏBƏRLƏR
2019-10-23
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK