Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Milli Məclisdə komitə iclası keçirilib Adalet.az | Milli Məclisdə komitə iclası keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Milli Məclisdə komitə iclası keçirilib

9104    |   2019-09-23 16:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov iclası açaraq bildirib ki, gündəliyə "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.

V.Ələsgərov dəyişikliyin mahiyyəti barədə məlumat verib. Qeyd olunub ki, qanuna "Keçid müddəaları” adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Vurğulanıb ki, Azad İqtisadi Zona ərazisində lazımi təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır. Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək. Nəzərdə tutulan düzəliş Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur.

İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Əli Məsimli, Cavid Qurbanov məsələ barədə fikirlərini açıqlayıblar. Bildirilib ki, ümumiyyətlə, Azad İqtisadi Zonanın fəaliyyətə başlaması iqtisadiyyatın inkişafına, o cümlədən Ümumi Daxili Məhsulun artmasına müsbət təsir göstərəcək, neftdən kənar sahələrin ixrac imkanlarını genişləndirəcək.

Müzakirələrin yekununda "Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə” sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.



İmza:

Nazir: “Macarıstanla 40-dan çox sənəd imzalanıb”

Xarici mətbuat Ərdoğanla Putinin Soçi görüşündən nə yazdı?

Zərif Bakıdan dünyaya SƏSLƏNDİ: “ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur edin"

XİN rəhbərlərinin Bakı görüşü: Sədrlik Azərbaycana keçdi - Yenilənib

Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir”

İlham Əliyev Macarıstan Prezidentinə təbrik məktubu göndərib

Qənirə Paşayevadan ÇAĞIRIŞ

Vitse-spikerdən deputata irad: “Bura selfi çəkmək yeri deyil”

Vitse-spiker: “Onların məqsədi islahatları dayandırmaq idi”

Vitse-spiker: Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir

Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”

Bakı sammitində 4 sənəd imzalanacaq

SON XƏBƏRLƏR
2019-10-23
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK