hacklink Adalet.az | ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb Adalet.az | ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb

6170    |   2019-09-20 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 20-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADU-nun rektoru Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qarışılıqlı əlaqələrin yaradılması üçün göstərilən təşəbbüsü yüksək qiymətləndirib: "Hesab edirəm ki, Azərbaycan ali məktəbləri arasında bu cür münasibət qurmaq son dərəcə vacibdir. Biz də əl-ələ verib Azərbaycan naminə görülən işlərə öz töhfəmizi verməliyik. Mənə elə gəlir ki, həm bizim tələbələrimizin sizin müəllimlərin və mütəxəssislərin mühazirələrinə, məşğələlərinə, həm də Polis Akademiyasının tələbələrinin də bizim müəllimlərin məsləhətlərinə ehtiyacı var. Universitetimizdə bir sıra ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, biz onların yalnız burada yaradılması ilə kifayətlənmək istəmədik. Yaradılan mərkəzin işi həmin ölkənin mədəniyyəti, dili, tarixini burada təbliğ etməkdir. Bu istiqamətdə tələbə qəbul olunur, cürbəcür tədbirlər keçirilir. Hazırda bizim məqsədimiz həmin ölkələrdə də Azərbaycan mədəniyyətinin təbliğini təşkil etməkdir. Yəni, güzgü kimi bir-birinin əksi olmalıdır. Bu, artıq öz bəhrəsini verir. Serbiyanın Belqrad Universitetində, Hindistanda, Çində, Rusiyada, Gürcüstanda Azərbaycan dili və mədəniyyəti mərkəzləri var. Digər ölkələrlə də danışıq prosesləri gedir. Yəni, bu, bizim onlardan xahişimizdir, onlar da böyük məmnuniyyətlə bunu həyata keçirirlər. Əsas məsələ odur ki, onların bu gün Azərbaycanı öyrənməyə həvəsləri, maraqları var. Bu da Azərbaycanın bugünkü durumunun, inkişafının, ölkə Prezidentinin apardığı siyasətin, polis işçilərinin Azərbaycanda olan bu rifahın keşiyində doğru-düzgün, mətinliklə durmasının nəticəsidir. Ona görə də mən güman edirəm ki, sizin xarici dil həvəsinizi və arzunuzu yerinə yetirmək işində sizə köməklik göstərə bilərik, sizin mütəxəssislərin universitetimizdə vaxtaşırı mühazirə oxumaqlarını təşkil edə bilərik. Mənə elə gəlir ki, ideyalarımız bir-birini tamamlayacaq”.

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev səmimi qəbula görə təşəkkürünü bildirib. N.Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib: "Bu gün ölkə başçımız da öz çıxışlarında deyir ki, ictimai sabitliyin olmadığı yerdə iqtisadi inkişafdan söhbət gedə bilməz. Azərbaycanda bugünkü sabitliyi qoruyan hüquq-mühafizə orqanlarının ən fəalı polisdir. Ona görə də biz yalnız elmə malik məzun yox, Azərbaycan vətəndaşına xidmət edəcək, dövlətimizi, gələcəyimizi, doğmalarımızı qoruyacaq mütəxəssislər yetişdiririk. Bu gün Azərbaycanın bütün regionlarında beynəlxalq tədbirlər keçirilir, xarici qonaqlar səfər edir. Dil biliyi ünsiyyət zamanı mütləq lazımdır. Biz də qarşımıza məqsəd qoyduq ki, hər bir məzunumuz ingilis dilini bilməlidir. Ona görə də sizinlə əməkdaşlıq etmək qərarına gəldik”.

Görüşdə gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadilələri aparılıb.




İmza:

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil edib

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub

Dillər Universiteti Konfutsi İnstitutu beynəlxalq forumda iştirak edib

SON XƏBƏRLƏR
2019-11-13


VİDEO