ANA SƏHİFƏ / SİYASƏT

Baş prokurorun müavini Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirində iştirak edib

8597    |   2019-09-20 10:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin sentyabr ayının 14-dən 18-dək Argentina Respublikasının paytaxtı Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü illik konfransı və ümumi yığıncağında ölkəmizi təmsil edib.

 "Müxtəlif hüquq sistemləri üzrə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda 100 ölkəni təmsil edən 500-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

17 sentyabr 2019-cu il tarixdə Kamran Əliyevin həmsədrliyi ilə BPA-nın Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. "Korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Sinqapur, Honq-Konq, Argentina Respublikası və Keniya prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri və digər nümayəndələri iştirak edib.

Həmin tədbirdə çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd edib, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verilib. Çıxışda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutan 03 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər qeyd edilib.

Bundan başqa, qeyd edilən tədbirlər çərçivəsində 17 sentyabr 2019-cu il tarixdə ölkələrimiz arasında müsbət təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq, Argentina Respublikasının Buenos-Ayres muxtar vilayətinin prokurorluğu ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu Baş idarə rəisi Kamran Əliyev və Buenos-Ayres muxtar şəhərinin Baş prokuroru Luis Çevasko tərəfindən imzalanıb.

Bununla yanaşı, 18 sentyabr 2019-cu il tarixdə Assosiasiyanın Ümumi Yığıncağında qurumun İcraiyyə komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə insan və hüquq azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində, BPA-nın inkişafına verdiyi müstəsna xidmətlər, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılmasında göstərdiyi fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilmiş - qurumun fəxri üzvü seçilib. Həmin mükafatın rəsmi təqdimetmə mərasimdə çıxış edən Assosiyasiyanın vitse-prezidenti Kamran Əliyev ölkəmizin BPA ilə daim uğurlu əməkdaşlıq etdiyini bildirərək, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun qurulmuş çoxillik əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini bir daha xatırladaraq, mükafata görə Azərbaycan Respublikasının hökuməti və Baş prokuroru adından minnətdarlığını ifadə edib.

Tədbir müddətində Kamran Əliyevlə Assosiasiyanın yeni seçilmiş prezidenti Vanq Çeol-kyu və qurumun digər rəsmiləri ilə, o cümlədən Estoniya, Yunanistan, Keniya və Qazaxıstanın Baş prokurorları, eləcə də Türkiyə, Kanada, Çin, Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Koreya Respublikası və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilərək cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri üzrə qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində...

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib

Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK