hacklink Adalet.az | Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib Adalet.az | Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib

2498    |   2019-09-12 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 12-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Komitədən verilən məlumata görə, ümumilikdə, aksiz markası ilə markalanmayan müxtəlif markalı 3 867 640 ədəd siqaret, 24 733 ədəd fişəng və şənlik üçün prirotexniki vəsitələr, 2486 ədəd dərman preparatları, 2106 ədəd yararsız, müxtəlif markalı telefon və aksesuarları, 7846 litr alkoqollu və sərinləşdirici içkilər, 18 240 kq ərzaq və qeyri ərzaq məhsulları, 3140 kq yuyucu vasitələr və müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar 2018-2019-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvvəqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsallı, istifadəyə yararsız 209 ədəd müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.




İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK