ANA SƏHİFƏ / MƏMLƏKƏT

“İrəli” İB-nin SAY layihəsi gəncləri birləşdirir, komanda yaradır

6326    |   2019-09-10 12:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsi baş tutub.

Açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyəsinin artırılması istiqamətləri üzrə təlimlər keçirilib. Komanda quruculuğu haqqında danışılarkən "Effektiv komandanın səciyyəvi xüsusiyyətləri, Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya” haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.

"İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan "SAY: Unity” layihəsi "İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir. Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda ("Alov”, "Muğam”, "Kəpəz”, "Nar”, "Qobustan” və "Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin produktiv olması əsas məqsəd olub və çərçivəsində praktiki sessiya: komanda təqdimatları baş tutub və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin növbəti günlərində Hiking və həmrəylik oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

Düşərgə müddətində "İrəli” İctimai Birliyin sədri MirHəsən Seyidov gənclərlə birlikdə olub və öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib. "Ölkə başçısı hər zaman gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir”-deyə, sədr bildirib.

Qeyd edək ki, "İrəli” İctimai Birliyi bundan öncə də hər il "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında "SAY:Könüllülük Akademiyası”, "SAY: Green”, "SAY:Multikulturalizm”, "SAY:Volunteering Festival”, "SAY:Solidarity”, "SAY:All Star” və "SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb.




İmza:

Buraxılış imtahanları fənləri üzrə balların hesablanması qaydası AÇIQLANDI

Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya

Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı

“Yüksəliş” in Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinarı təşkil edilib

Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur - RƏSMİ

Azərbaycanda qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlər açıqlandı - SİYAHI + VİDEO

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

Koronavirusa qarşı mübarizədə ictimai nəzarət sistemi yaradıldı - RƏSMİ

İyunun 1-dən iş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbuluna başlanılır

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib

Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK