ANA SƏHİFƏ / YAZARLAR

RUHUMUZUN ÜNVANI

Əməkdar jurnalist Flora Xəlilzadənin yeni kitabı ilə bağlı düşüncələrim

26958    |   2013-05-08 00:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər bir yazı insanın, daha doğrusu, o yazının müəllifi ilə təkcə oxucunun təması deyil. Həm də müəllifin özünün özü ilə, ruhu ilə baş-başa qalmasıdır. Yəni ürəkdən, sifarişsiz-filansız "ya Allah" deyib qələmi götürüb ağ vərəqə sinəni boşaldanda təkcə özün, dünyan, əhatən gözəlləşmir, yüngülləşmir, həm də sənin bu dünyaya baxışın, bu dünyanın sənə təsiri başqa bir məzmun alır. Elə bilirsən ki, o yazını yazmağa başladığın ana qədər yaşadığın dünyanı tərk edib tamam ayrı bir dünyaya getmisən, özgə bir dünyanın adamı olmusan. O dünyanın adını hansı sözlə istəsən ifadə etmək mümkündür. Amma ən yaxşısı ruhların olduğu ünvan adlandırsaq daha doğru olar. Çünki söhbət sənin ruhundan, sənin içindən süzülüb gələn işıqdan gedirg

Mən bu girişdə elə-belə təsadüfdən işlətmədim "tapşırıqsız-filansız" sözünü. Adətən kiminsə xahişi və yaxud da rəhbərliyin göstərişi ilə o qədər basmaqəlib standart yazılar yazılır ki, baxanda o yazının arxasında heç kimi görmürsən, o yazıda insan nəfəsini, qoxusunu duymursan, qısası o yazıda ruh olmur. Amma ürəyin hökmü ilə qəflətən özün-özünə çəkilib özün-özünlə pıçıladaşanda dünyaya yazı gəlir: təzə, təmiz və bir az da kövrək, utancaq, məsumg Bu, əslində dünyaya gələn bir körpədi, müəllifin ürəyinin parası olan bir körpəg

O tarixdən 21 il keçir. Elə belə götürəndə 21 il köhnə kişilərin sözü ilə bir igidin ömrüdü. Doğrudu, indi igidliyin parametrləri də dəyişir, elə köhnə kişilər özləri də atsız qalıblar, piyada gəzirlər. Çünki yaxşı atları yaxşı kişilər vaxtında yəhərləyib igidliklərinin dalınca çıxıb getdilər, biz qaldıqg Və biz də 21 ildir ki, Bakıda, Gəncədə, Şəkidə, Mingəçevirdə, Oğuzda. Qəbələdə, Qubada, daha nə bilim məmləkətin bir-birindən gözəl yerlərində oturub bütün məclislərin əvvəlində olmasa da, sonunda eyni sözü deyirik, eyni badəni qaldırırıq. Hamısının da sözləri standart, vurğusu əldən düşmüş!..

Sözümüz bu olur: "Gün o gün olsun ki, torpaqlarımız işğaldan azad olunsun! Şuşaya bayraq sancaq! Şuşada toy edək! Şuşada ad günü keçirək! Şuşada muğam axşamları yayımlansın!.. və s. və ilaxırg

Hamımız deyirik, hamımız da eşitdiyimiz o sözə, o arzuya yekdilliklə "Amin!" söyləyirkg Və hamımız da 21 ildi elə beləcə yaşayırıq danışa-danışa, eyni sözləri təkrar edə-edə. Şuşadan 21 il bundan öncə bələkdə ölkənin müxtəlif güşələrinə valideynləri ilə gəlmiş körpələr indi bilmirəm bizə gülür, yoxsa onlar da bizim kimi fikirləşir. Ammag

Bəli, biz bir həyat yaşayırıq Şuşasız həyatg Şuşa xatirələrimizə çevrilibg Şuşa söhbətlərimizin mövzusu olubg Şuşa yuxularımızın qonağıdıg "Şuşa" bəzilərimizin restoranıdı, şadlıq evidi, marketidig nə isə. Əsas odur ki, Şuşa hələ ki, söz! Ortalıqda gəzib dolaşan söz! Amma o sözü sənətə çevirən, o sözə ömür verən, o sözü tarixləşdirən qələm adamlarımız da var. Bu adamlar Şuşaya qiblə kimi baxırlar, Məkkə kimi baxırlarg Şuşanı ürəkləri hesab edirlərg Şuşayla nəfəs alırlar, Şuşayla yaşayırlar. Həyatlarını da, olub-qalan çörək pullarını da Şuşanı tarixləşdirməyə, yaşatmağa çalışırlarg

Xeyli vaxtdır bir kitabı mütaliə edirəm. O kitabı mənə son dərəcə səmimi və əziz olan bacım Flora Xəlilzadə bağışlayıb. Öncə onu deyim ki, Flora xanım sözün bütün mənalarında zəhmətkeş, qələmlə söz yaradan, qələmlə sözə nəfəs verən, elə ruzisini də, yaşamaq həvəsini də o qələmdən çıxaran peşəkar, əməkdar jurnalist, gözəl publisist və şairdi. Bundan başqa Flora xanım sözün xridarıdı, sözü ələyə bilir, sözü qırx arşınlıq quyunun dibində də görür, sözü işığa çıxarır, sözə ömür verir. Mən hər dəfə onun yazılarını oxuyanda fərqli bir nüansla, fərqli bir məqamla rastlaşıram. Görürəm ki, Flora xanım elə unudulmuşları axtarıb ortaya çıxarıb təqdim edir ki, onların "sifarişçiləri" yoxdur. Onların bircə Allahı var. Flora xanım da müqəddəs məkanı ziyarət edib. Onun da bir Allahı var. Deməli o, Allahının iradəsini və bir də ürəyinin səsini qəbul edir, dinləyir. Onların iradəsi ilə, səsi ilə ruhunu oxucusuna göstərir və oxucu da o ruhdan tutub Flora xanımın işarə verdiyi istiqamətə gedirg

"Ruhumuzun ünvanı Şuşa" mənim son günlərdə oxuduğum maraqlı kitablardan biridir. Bu kitab mənim üçün bir neçə anlamda maraqlıdır. Birinci, kitab Qarabağ bölgəsindən olan, Şuşaya bağlılığı ilə seçilən və Şuşanı təqdim edən insanların həyatını, yaradıcılığını, taleyini açıb oxuculara söyləyir. İkincisi, bu kitabda böyük axtarışlar var, araşdırmalar var. Flora xanım saysız-hesabsız mənbələrin hesabına ortaya təkcə publisist yazısı yox, həm də Qarabağı sevən bir qələm adamının tarixi hekayətlərini qoyubdu. İstənilən tarixçi bu kitabdakı faktları yüz dəfə sağa-sola çevirsə də orda bir qüsur tapa bilməz. Əksinə, özü üçün yeni bilgi əldə etmiş olar. Üçüncüsü, bu kitabda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin bir parçası olan Qarabağ, Şuşa səhifəsi açılır. Özü də bu insanların təkcə əsərləri, fəaliyyətləri yox, həm də şəxsi həyatları, düşüncələri, duyğuları, insani keyfiyyətləri, sevgiləri bir zərgər incəliyi ilə araşdırılıb yazıya köçürülübdür. Bütün bunların hamısına isə Flora Xəlilzadə öz ürəyini, öz ruhunu da hopdurubdu. Ona görə də bu kitabda istər Qasım bəy Zakirdən, istər Xurşud Banu Natəvandan, istər Firuddin Şuşinskidən, istər Nəvvabdan, istər səhnəmizin ilk peşəkar aktrisası olan Əzizə xanımdan, onun qızı Sona Hacıyevadan, istər bir nəslin iki Zülfüqarından, istər qələm ilə, yaradıcılığı ilə və şəxsi təması ilə Flora xanım üçün əziz olan, qəlbi Şuşa Təranəsi ilə və yaxud da Vasif Quliyevi ilə bağlı hər bir yazı oxucunu düşündürür, oxucunu kövrəldir, oxucunu məcbur edir ki, üzünü Şuşaya çevirsin, ruhunun ünvanını orda axtarsın!!!

Mən Flora xanımın bu kitabındakı hər bir yazı barəsində ürəyimdə olan sözləri öncə fərqli-fərqli məqalələrimdə ifadə etmək istədim. Amma gördüm ki, bütün yazıları Flora xanım üzü Şuşaya oturub və yazıb. Və bütün yazılar Flora xanımın kövrək qəlbinin şehində çimmiş Qarabağ bənövşələrinə bənzəyir, Şuşanın Xarı bülbülünü xatırladır. Ona görə də fikrimdən daşındım. Elə isti-isti ruhumun hökmü ilə, ruhumun məni çəkib apardığı və Şuşadan bəhs edən yazıların at oynatdığı Cüdür düzünü xatırlayıb mən də bu balaca yazını ruhumun pıçıltısı kimi kağıza köçürdümg

Yazını yazıb bitirəndən sonra birdən yadıma düşdü ki, bu gün (8 may) Şuşanın işğalı günüdür. Ona görə də əlavə nə isə demək, nə isə yazmaq gücüm qalmadı. Çünki indi bütün ruhlar Şuşanın başı üzərindədi.

Elə bunun özü də göstərir ki, Flora xanımın kitabının adı olan ruhumuzun ünvanı təsadüfi seçilməyib. Bəli, Şuşa doğrudan da ruhumuzun ünvanıdır!

Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK