Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bizi söyənlər və Məlikməmmədin nağılı - Ulucay Akif yazır Adalet.az | Bizi söyənlər və Məlikməmmədin nağılı - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bizi söyənlər və Məlikməmmədin nağılı - Ulucay Akif yazır

12676    |   2019-09-04 15:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gənc oxucu Müşfiq Şükürlünün mən və bəzi qələm yoldaşlarım haqqında yazdığı fikirləri oxudum. Tam qəzəblənəcəkdim ki, yazının müəllifinin Müşfiq Şükürlü olduğunu görüb uzun bir "əşşşşiiiiiiii" elədim.

Könül istər ki, şeirlərim haqqında həqiqətən danışa biləcək adamlar danışsın, yaza biləcək adamlar yazsın.

Müşfiq haqqında danışmayacam, çünki danışılası bir şeyi yoxdur. Amma madəm ki, o, mənim haqqımda danışıb, dediyi fikirlərlə bağlı 1-2 cümlə də mən yazım.

Müşfiq və onun timsalında bir çox özünü ədəbiyyat bilicisi sayan adamlar indiki müəlliflərin yazılarını, şeirlərini kompleks şəkildə oxumayıb. Bunu elə Müşfiqin analiz etməyə çalışdığı "Uzaqlara məktub" şeirimdən anlamaq olur. O şeir ki, 5 yaşı var, 19 yaşım olanda yazılıb. Həmin şeir 2016-cı ildə dərc etdiyim ilk şeirlər kitabımda yer alıb. Bunu həmin şeirin zəif olduğunu düşündüyüm üçün yazmıram. Qətiyyən! O şeir yetərincə gözəl bir ovqat şeiridir, amma fikir verdim, Müşfiq dərinliyə enə bilmədiyi üçün elə ancaq ovqat şeirlərini analiz edərək müəllifləri tənqid etməyə çalışıb.

Müşfiqin ədəbi "zövqünə” bələdəm. Onun ağız dolusu danışdığı o boyda Marsel Prustda belə ən bəyəndiyi xüsusiyyət müəllifin homoseksuallığıdır. Yəni Müşfiq Marsel Prustdan danışanda belə əsərlərin mahiyyətindən və bədii yükündən yox, müəllifin homoseksuallığından danışır. Belə oxuculuq olmur, əzizim.

Bütün hallarda bizi tənqid etməyə çalışmağın belə gözəldir. Bu cəhd uğursuz olsa da, yenə cəhd edərsən. Yenə alınmayacaq, amma heç olmasa bu dəfə daha gözəl alınmasın.

Müşfiqin yazısının başlığı (adı) haqqında bir şeyi qeyd etmək istəyirəm. Bizə "Bir tabut parazit” deyirsən, amma biz tabut da belə səndən və səninkimilərdən daha canlı olarıq. Nəysə. Müşfiqi qoyaq bir kənara. Elə bu mövzulara toxunmuş ikən bir məsələdən də danışım.

Bir də görürsən ki, kimsə sənin şeirlərini "tənqid" edir, sənin haqqında mənfi paylaşımlar edir. Bəs etmir, hələ orda-burda arxanca danışıb səni pisləyir.

Həmin adamın içində sənə qarşı olan bu nifrətin səbəbini anlamağa çalışırsan, amma alınmır. Öz-özünə düşünürsən ki, yaxşı, tutalım şeirlərim pisdir. Axı heç normal adam da kiməsə zəif şeir yazır deyə nifrət edər?

Belə adamlar uzun müddət səni baltalayırlar. Tənqid etmirlər, yox, pisləyirlər. Hətta lap təhqir də edirlər.Sən isə yenə də sualına cavab tapmırsan:

- Axı heç normal adam da kiməsə zəif şeir yazır deyə nifrət edər, söyər?

Elə bu suala cavab tapmağa çalışırsan. Bir də görürsən ki, həmin sənə nifrət edən adam artıq öz "şeirlərini" paylaşmağa başlayır: "Dostlar, bu da mənim təzə şeirimdir. Necədir?"

Yadıma bir lətifə düşdü. Məlikməmməd bir kəndə gəlir. Kənd əhalisi Məlikməmmədə deyir ki, bəs kənd bulağının qabağını yeddi başlı Əjdaha kəsib. Heç kim qorxusundan bulağa yaxınlaşa bilmir.

Məlikməmməd minir atına, çapır düz həmin bulağa. Bulağa çatanda görür ki, doğrudan da bulağın qabağında çox nəhəng, yeddi başlı əjdaha yatır.

Məlikməmməd tez atından düşüb qılıncını qınından çıxarır. Yaxınlaşır Əjdahaya və başlayır əjdahanın başlarını kəsməyə.

Bir başını kəsir, ikinci başını kəsir, üçüncü başını kəsmək istəyəndə Əjdaha oyanır və Məlikməmmədi yavaşca itələyir, Məlikməmməd yapışır divara. Hələ yuxudan tam ayılmayan Əjdaha Məlikməmmədə deyir:

- Ə, Məlikməmməd! Nağayrırsan?!

Ayağa qalxan Məlikməmməd üst-başını təmizləyir və qorxduğunu bildirmək istəməyərək cavab verir:

- Su içmək istəyirəm!

Əjdaha deyir:

- Ayə, su içmək istəyirsən, keç rədd ol suyunu iç də! Ta başımı niyə kəsirsən?!

Hə, xülasə, şeir yazmaq istəyirsiniz, gedin şeirinizi yazın da. Ta yalandan bizim şeirlərimizin boğazından nə yapışırsınız?

"Normal adam da kiməsə zəif şeir yazır deyə nifrət edər, söyər?” sualına cavab haqqında fikirlərimi isə bir başqa yazıda yazaram.



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK