hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Azərbaycan Beynəlxalq Muzeylər Şurasının baş konfransında təmsil olunur Adalet.az | Azərbaycan Beynəlxalq Muzeylər Şurasının baş konfransında təmsil olunur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Azərbaycan Beynəlxalq Muzeylər Şurasının baş konfransında təmsil olunur

33942    |   2019-09-04 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının 25-ci baş konfransı keçirilir.

Trend-in məlumatına görə, tədbirin açılış mərasimində Yaponiyanın vəliəhd-şahzadəsi və onun xanımı, nazirlər, parlamentin üzvləri, Kioto şəhərinin meri iştirak ediblər.

Konfransın işinə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb.

Konfransı salamlama nitqi ilə açan ICOM-un sədri Suay Aksoy bildirib ki, tədbirdə rekord miqdarda – 5 minədək nümayəndə iştirak edir.

İştirakçıları salamlayan vəliəhd-şahzadə konfransın işinə uğurlar arzulayıb.

Yaponiyanın Mədəniyyət, təhsil, idman, elm və yüksək texnologiyalar naziri Yaponiya mədəniyyətinin və muzeylərinin də təmsil olunacağı EXPO-2020 sərgisinə hazırlığın gedişi barədə məlumat verib.

Sentyabrın 2-də ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransın "Dekorativ sənətdə mədəniyyətlərarası təsir” adlı sessiyasında "Doğan günəş diyarı və Odlar yurdu: kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzə sessiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

İştirakçıların "Əjdahalı” xalçalar, onların istifadəsi və ornamentlərinin semantikası haqqında sualları ətraflı cavablandırılıb.




İmza:

Mədəniyyət nazirinin müavini Xırdalanda vətəndaşlarla görüşüb

“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası - VİDEO

Opera və Balet Teatrının səhnəsində "Eşq və Ölüm" baleti təqdim olunacaq

Xalq artisti Rafael Dadaşov - xəstəliyin və yaşlılığın verdiyi məyusluq

Dörd ölkənin məşhur sənətkarları Bakıda eyni səhnəni bölüşəcək

Sənət fədailəri və ya Unudulmağa məhkum olanlar

Əbülfəs Qarayev: “Nəsimi ili” mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı

Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi - FOTO

“Aprel döyüşlərindən film çəkə bilərik və buna elə də böyük vəsait tələb olunmur...”

Azərbaycan Nəsiminin qəbrinin bərpası ilə bağlı öz yardımını təklif edib

Mədəniyyət naziri gələn il üçün əsas hədəfi açıqladı

Cəlil Məmmədquluzadənin ev-muzeyi əsaslı təmirdən sonra açılıb

SON XƏBƏRLƏR
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK