hacklink Adalet.az | Bakıda Müalicə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb Adalet.az | Bakıda Müalicə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Bakıda Müalicə Müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

2527    |   2019-09-04 12:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və Müalicə Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatdakı coraba bükülən 4 ədəd sellofanın içərisində gizlədilib 1,764 qram "Metamfetamin”, 7,043 qram "Marixuana və 1,632 qram "Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK