Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SƏN(in) OLAN ŞƏHƏR - Şahnaz ŞAHİN yazır Adalet.az | SƏN(in) OLAN ŞƏHƏR - Şahnaz ŞAHİN yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

SƏN(in) OLAN ŞƏHƏR - Şahnaz ŞAHİN yazır

4086    |   2019-09-03 15:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Siyasətçilərin çox işlətdiyi bir ifadə var:”Əhalinin daha həssas təbəqəsi...”Mən isə bu gün ümumiyyətlə insanın düşdüyü həssas məqamlarda gəzişəcəyəm...Hər şeydən vacib olan,amma hər şeydən sonraya saxladığımız,yalnız ciddi problem yarana biləcək ən təhlükəli anlarda tutmağa qalxdığımız Sağlamlıq...Tək-tək olar o adamlar ki,can məsələsini,sağlamlıq problemlərini məişət qayğılarından öndə saxlasın!..Biz onu saymırıq,o da bizi görməzdən gəlir,heç "vecinə də almır”...amma qəflətən elə bir TUZ çıxardıb atır qaşımıza,qalırıq önündə aciz...Elə mənim başıma gələnlər kimi...

Ağrıdı,saymadım..,keçib gedər –dedim,keçmədi!..Hər gün daha bir az sərt üzünü göstərdi mənə,üstəlik Tanrı sınağıymış kimi əzizlərim də bir başqa yöndə qoşuldular mənə...Di,indi buyur,bacar dörd yandan hücuma keçən düşmənlə..Şəhərdə də tibb ocaqları çox,amma can etibar edə biləcəyimiz,xəstəliyi gözündən yox e,xəstənin "anamnezindən” vuran həkimlərimiz isə barmaqla sayılan!..Yazılan resepti əlimə alıb üz tutdum apteklərə.Bir dərmanın axtarışı isə uzun çəkdi,ta 7-8 aptekə baş vurmalı oldum..

Hava da yay olmasına rəğmən yamanca küləkliydi,anam demiş lap "paltarını başına çevirir”...Belə havaya bələdik də,keyfini də,nəfini də bilirik.Yox.küləyə bir sözüm yoxdu,kainat qayda-qanunlarına baş aparmağa gücümüz yetməz ki...Sözüm özümüzədi,hə,lap elə özümə..,sənə..,ona..,onlara..Öz aramızdı,əlimizə nə gəldi tullayırıq yerə,zibilləyirik gül kimi şəhəri.!Metronun çıxışında yeraltı keçiddən yerin üstünə çıxmağımı gördüm elə,sanki bayaqdan məni gözləyirmiş,hirsini,əsəbini yığıb tökdü üstümə!Külək nə külək...Nəyin,kimin qisasını alırdı bilmirəm,vallah bir pisliyim də dəyməyib,yerə də zibil atan deyiləm..Amma onun nəyinə gərəkdi günahkar gəzə!Şəhəri bu günə biz insanlar qoymuşuq də...

Bir anda yerdə bir fırtına,bir tornado yaratdı ki,gəl görəsən..İrili-xırdalı zir-zibili toz qarışıq silib,süpürüb qaldırdı havaya,insan boyundan da 1-2 metr yuxarı və qaytarıb çırpdı üzümə..Yəni:”Alın,hər kəs sərdiyi xalının üstə oturar...”

Bakı gözəl şəhərdi.,adına neçə-neçə nəğmələr qoşulub,şəninə nə qədər təriflər yazılıb..Hüsnünə,gözəlliyinə vurulmuş,gecələrindən xüsusi zövq almışıq...Amma qorumuruq !Sevgimizin,sevinc və kədərimizin şahidi şəhər...Küçələrində itmiş günlərimizi soraqlayırıq,xatırələrə dalırıq,kövrəlirik,sevinirik...

"Bakı-gözəl şəhər,mehriban diyar..”deyirik,”Sən,mənim şöhrətim,tükənməz sərvətim..”adlandırıb boyunu oxşayırıq...amma etdiklərimiz söylədiklərimizlə uzlaşmır!Təsəvvqr edin ki.gözəl-göyçək geyinib çıxmısınız yola,yanınızdan sürətlə ötən maşın bir andaca bulaşıq suyu üstünüzə sıçradır..,korlanır təm-təraqınız,əhvalınız dəyişir və məlumdur ki,hirsinizi necə çıxarırsınız...Halbuki bu bir sizə aid idi,şəhər isə hamımızındı,ümumidi,dünyaya açılan gözəllikdi..İlboyu nə qədər xarici qonaqlar gəlir və bir könüldən Bakıya vurulur...Biz də Xəzərin qoynuna qısılıb yatan bu gözəlliklə fəxr edirik!

Hər gün siması yenilənən,gözəlləşən,gəncləşən Bakımızın hüsnünə xələl gətirməyə,onu çirkləndirməyə haqqımız yoxdur.Burda yerli Bələdiyyələrin də qayğısı vacibdir,ən azı lazım olan qədər zibil qutuları qoyulmalıdı ki,yerə zibil atmağa bəhanə olmasın...Hamılıqla şəhərimizin təmizliyini qorumalıyıq...Onsuz da təbiət özündə xılt saxlamır,qaytarır özümüzə..Nə veririksə onu da alırıq...Və həm də axı,bu Sənin şəhərindi və elə Sən olan şəhərdi..

SƏN OLAN ŞƏHƏR

Bir azca ağrıdı,bir azca qəmdi,

Bir azca sevincdi, sən olan şəhər.

Gözün tək xumardə,sərxoşdu gecə,

Özün kimi gəncdi.sən olan şəhər.

Yağışı ayrıdı,qarı ayrıdı,

Atəşi ayrıdı,qoru ayrıdı.

Mənim ürəyimdə yeri ayrıdı,

Ağzımda bir ayrı tam olan şəhər...

Didərgin ruhumun dinc olan yeri,

Mənim həsrətimin tunc olan yeri...

Uçurub,dağıdıb dəmir sədləri,

Başında qovğalar cəm olan şəhər...

Sən olan şəhərdi,Sən olan şəhər..

Bu yazıq canıma toy tutub gedən..

Bu qədər yolsuzluq içindən belə

Mənim ürəyimə yol tapıb gedən..,

Sonra başım üstə çən olan şəhər-

Sən olan şəhərdi, Sən olan şəhər...




İmza:
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK