hacklink Adalet.az | Lahıcda arxeoloji kəşfiyyat işlərinə başlanıldı Adalet.az | Lahıcda arxeoloji kəşfiyyat işlərinə başlanıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Lahıcda arxeoloji kəşfiyyat işlərinə başlanıldı

32494    |   2019-09-03 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu-İsmayıllı arxeoloji ekspedisiyası arasında Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi-tədqiqat işlərinə və kəşfiyyat qazıntılarının aparılması, orta əsr Azərbaycan şəhərsalma mədəniyyətinin izlərini günümüzə qədər daşıyan Lahıc qəsəbəsində qədim kürəbəndin, yəni şəhər mədəniyyətinin göstəricisi olan kanalizasiya şəbəkəsinin daha dərindən öyrənilməsi işlərinə başlanılması barədə razılıq əldə edilib.

İnstitutdan verilən məlumata görə, ilkin arxeoloji kəşfiyyat işləri — gələcəkdə burada aparılacaq geniş arxeoloji tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsini, tapılan maddi-mədəni irs nümunələrinin tədqiqini, turizm sahəsinin inkişafını və bu qədim Azərbaycan şəhərinin mədəni irsinin təbliğini nəzərdə tutur.

Lahıcın yuxarı hissəsində yerləşən Ağolu məhəlləsində - Ağolu məscidinin (hazırda Lahıc Tarix və Diyarşünaslıq müzeyi) yaxınlığında aparılan qazıntı sahəsinin üst qatında son orta əsrlər dövrünə aid az sayda saxsı fraqmentlərinə rast gəlinmiş, mədəni təbəqənin dərinliyinin 0,40-0,45 m təşkil etdiyi üzə çıxarılıb. 8 m2 (2x4) ərazini əhatə edən ikinci kəşfiyyat qazıntısı Bazar küçəsinin girişində - gələcəkdə inşası planlaşdırılan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binasının ərazisində aparılıb:

"Məlum olmuşdur ki, vaxtı ilə bu ərazidə yaşayış və yardımçı binalar mövcud idi, amma təsərrüfat işləri nəticəsində sonradan bu ərazidə mədəni təbəqə qarışmışdır. Qazıntı sahəsinin üst qatında Orta əsrlərə aid şirli və şirsiz saxsı fraqmentlərinə və dəmirdən hazırlanmış əşyalara rast gəlindi.

Qeyd olunduğu kimi, təsərrüfat işləri nəticəsində ərazinin üst qatı cənub-şərq hissədə dağılsa da, mədəni təbəqə şimal-qərb hissədə qismən toxunulmaz vəziyyətdə qalmışdır. Qazıntı zamanı kəşfiyyat qazıntı yerinin qərb hissəsində, kəsiyə paralel, uzunluğu 2,2 m olan qaya daşlarından hörülmüş tikili aşkar edildi. Tədqiqatlar zamanı qazıntı sahəsinin mərkəzində, 0,5 m dərinlikdən qədim kanalizasiya xətti, yəni, qədim kürəbənd şəbəkəsinin izləri aşkar edildi. Bu xəttin eni 0,2 m təşkil edir. Kiçik ölçülü bu xətt, cənub istiqamətində uzanaraq, əsas kürəbənd xəttinə birləşir. Kürəbənd xətti, hər tərəfi eyni ölçüdə olan, yastı qaya daşlarından hazırlanmışdır. Xəttin üzəri çirkab suyun və pis qoxunun yer səthinə çıxmasının qarşısının alınması üçün döşəmə daşları ilə kip örtülmüşdü".

Qeyd edək ki, 2013-ci il iyul ayında Ərəgid ərazisində Sahil məhəlləsində ev tikintisi zamanı 7 daş qutu qəbir aşkar edilmişdi. O vaxt əraziyə ezam edilmiş arxeoloq Akif Quliyevin apardığı araşdırmalar nəticəsində bu qəbirlərin İlk Orta Əsrlər (IV-VII əsrlər) dövrünə aid olduğu aydınlaşdı. Digər maraqlı tapıntılar Lahıc orta məktəbinin ərazisində aparılan tikinti işləri zamanı aşkara çıxarılmışdı. Buradan son antik dövrə aid qəbirlər tapıldı. Təqribən 0,5 ha ərazini əhatə edən nekropoldan, 1,5-2,5 m dərinlikdən dəmirdən hazırlanmış nizə və ox ucluqları, qılınc və xəncər qalıqları, əmək alətləri, muncuqlar aşkar edilmişdi.

Növbəti kəşfiyyat işlərinin Ərəgid məzarlığı, Köhnə Dülüz məhəlləsi, orta məktəbin yaxınlığında aparılması nəzərdə tutulur.




İmza:

Dörd ölkənin məşhur sənətkarları Bakıda eyni səhnəni bölüşəcək

Sənət fədailəri və ya Unudulmağa məhkum olanlar

Əbülfəs Qarayev: “Nəsimi ili” mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı

Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi - FOTO

“Aprel döyüşlərindən film çəkə bilərik və buna elə də böyük vəsait tələb olunmur...”

Azərbaycan Nəsiminin qəbrinin bərpası ilə bağlı öz yardımını təklif edib

Mədəniyyət naziri gələn il üçün əsas hədəfi açıqladı

Cəlil Məmmədquluzadənin ev-muzeyi əsaslı təmirdən sonra açılıb

Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir keçirilib

Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb - VİDEO

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək

Rövşən Behcət: Dəşti Təsnifi - VİDEO

SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK