Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycanda 2021-ci ildə Avro-5 standartında yanacaq istehsal olunacaq Adalet.az | Azərbaycanda 2021-ci ildə Avro-5 standartında yanacaq istehsal olunacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda 2021-ci ildə Avro-5 standartında yanacaq istehsal olunacaq

2595    |   2019-08-30 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində 2021-ci ildə Avro-5 standartına uyğun dizel yanacağı istehsal ediləcək.

"Report" xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı zavodun yenidənqurma və modernizasiyası üzrə layihə rəhbəriNihal Allahverdiyevbildirib.

O qeyd edib ki, müəyyən vaxt sonra isə zavodda Avro-5 standartına uyğun avtomobil benzini istehsalına başlanılacaq.

"Zavodun yenidənqurma və modernizasiya layihəsinin I fazası 2018-ci ilin sonunda Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyalarının istismara verilməsi ilə yekunlaşıb. Layihənin növbəti mərhələləri üzrə işlər həcmi iki hissəyə - yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb. Hər iki paket üzrə "EPC” (Layihələndirmə, Satınalma və Tikinti) podratçılar 2017-ci ildə ABŞ-ın KBR şirkəti tərəfindən dünya üzrə ən qabaqcıl EPC şirkətləri arasında aparılan seçmə müsabiqəsi nəticəsində müəyyənləşdirilib və seçilmiş şirkətlər 2018-ci ilin əvvəlindən işlərə start veriblər”.

O xatırladıb ki, Paket A (yeni qurğular) üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın "Tecnimont-KT” alyansı cəlb edilib: "Bu paket çərçivəsində yeni Dizel yanacağının hidrotəmizlənməsi, Benzinlərin hidrotəmizlənməsi, Kükürdün alınması, İzomerləşmə, MTBE, Hidrogen alınma, Maye qazın hidrotəmizlənməsi üzrə Merox, C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümümzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşası nəzərdə tutulur. Bu paket üzrə detallı layihələndirmə işlərinin təxminən90%, satınalma işləri72%, tikinti işləri isə17%icra olunub.


"Layihə üzrə xərclərin minimuma endirilməsi və yeni qurğuların inşası əvəzinə mövcud qurğularda rekonstruksiya işlərinin həyata keçirilməsi məqsədi ilə bu paket çərçivəsində mövcud ELOU-AVT-6, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum Qazoylun Hidrotəmizlənməsi və bir sıra digər qurğuların, mövcud ümumzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulurdu. Bu qurğuların dəqiq vəziyyətinin, qalıq istismar müddətinin müəyyənləşdirilməsi yalnız EPC podratçısının cəlb edilməsindən sonra mümkün idi. Çünki EPC podratçısı müvafiq texniki audit, təftiş və metalın vəziyyətinin müəyyənləşdirilməsi üçün qeyri-destruktiv və digər sınaqları həyata keçirməli, nəticələr əsasında qurğuların gələcək istismarına dair müvafiq zəmanətlər verməlidir. 2018-ci ilin əvvəlində işə başlayan TR şirkəti həmin ilin oktyabr ayında NEZ-in təmirə dayanması zamanı bütün tələb olunan texniki audit işlərini həyata keçirib, nəticələri təhlil edib. Əldə olunan nəticələri 2019-cu ilin birinci rübündə Layihənin idarə olunması üzrə podratçı ("PMC”) - "WOOD Group” şirkətlər qrupuna daxil olan "AMEC-Foster Wheeler Italiana” şirkətinə vəSOCAR-a təqdim edilib. "PMC” və TR-ın rəyləri nəticəsində rekonstruksiyası nəzərdə tutulan qurğuların gözlənildiyindən daha pis vəziyyətdə olduğu müəyyən edilib. Bununla əlaqədar, işlərin həcmi kəskin artıb və yenidənqurma işlərinin dəyərinin yeni qurğuların inşa olunması dəyərinə yaxınlaşıb. Bəzi qurğularda, məsələn, Katalitik Krekinq qurğusunda90%-a qədər avadanlıqların dəyişdirilməsinə zərurət yaranmış, eyni zamanda NEZ-in fəaliyyətdə olan qurğularında aparılacaq tikinti işləri riskləri artırıb”.

O əlavə edib ki, artmış işlər həcminin yerinə yetirilməsi üçün Katalitik Krekinq qurğusunun əvvəl planlaşdırıldığı 2 ay əvəzinə 15-18 ay müddətinə dayandırılmasına zərurət yaranırdı. "Bu isə öz növbəsində ölkəyə böyük miqdarda avtomobil benzinlərinin, dizel yanacağının, aviakerosinlərin və Azərikimya İstehsalat Birliyinin tələbatının ödənilməsi üçün xammalın idxalına və bununla əlaqədar böyük xərclərə səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, rekonstruksiyası nəzərdə tutulan ELOU-AVT-6, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya qurğularının yeniləri ilə əvəz olunması TR və PMC tərəfindən tövsiyyə edilib. Qeyd olunan tövsiyyələr Layihə üzrə Dövlət Kommissiyasına təqdim edilib. Qərara alınıb ki, yeni qurğuların quraşdırılması ilə ən müasir texnologiyaların tətbiqi ətraf mühitin qorunması baxımından olduqca önəmli olacaq və ölkə əhalisinin növbəti 25-30 il ərzində ən müasir standartlara cavab verən yüksək keyfiyyətli yanacaqla təmin edilməsinə zəmin yaradacaq, həmçinin zavodun uzun müddətli etibarlı şəkildə istismarı təmin olunacaq. Əldə olunmuş razılığa əsasən illik7,5mln. ton gücündə yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının inşa olunması planlaşdırılır". Layihə rəhbəri artıq bu istiqamətdə mühüm tədbirlərə start verildiyini əlavə edib.


İmza:

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

"Azərişıq": Qubada baş verən qəza ilə bağlı araşdırma başlandı

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Rusiyanın 6 şəhərində Azərbaycan təbliğ ediləcək

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

Nazirlikdə kollegiya iclası keçirilib

Miqrasiya qanunvericiliyinin tələblərini pozan 5 əcnəbi saxlanılıb

BŞBPİ: Sürücünün yol polisini təhqir etməsi ilə bağlı yayılan qalmaqallı video araşdırılır

Nazirlikdən valideynlərə MÜRACİƏT - Uşaqlarınız təhlükədədir

Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı

Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu

Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK