nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib Adalet.az | Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib

4286    |   2019-08-30 10:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 29-da Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib.

Komitədən verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi Agentliyi və konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib.

Görüşdə sərhəddə ticarət indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirə aparılıb.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik əldə olunub, iqtisadi dayanıqlılıq təmin edilib, dövlət büdcəsinin və əhalinin gəlirləri artıb. Bildirilib ki, son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar, əlverişli biznes mühitinin yaradılmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb ki, bu da Dünya Bankının "Doing Business 2019" hesabatında ölkəmizin 32 pillə irəliləməsinə səbəb olub.

Komitə sədrinin birinci müavini, xüsusilə konsaltinq şirkətləri ilə birgə əməkdaşlığın bu sahədə səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Sonra sərhəddə ticarət indikatoru üzrə görülən işlərdən bəhs edən İsmayıl Hüseynov "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi və faydaları barədə görüş iştirakçılarını məlumatlandırıb.

Daha sonra Komitə sədrinin müavini Cavad Qasımov məlumat verib ki, məcburi qərarların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər ilin sonuna qədər başa çatdırılacaq və sistemin tətbiqi həm gömrük orqanları, həm də biznes subyektləri üçün vaxt və vəsaitə qənaət baxımından əlverişli imkanlar yaradacaq. Cavad Qasımov vurğulayıb ki, gömrük nəzarəti metodlarının tətbiqi zamanı fiziki baxışın keçirilməsi 90% aradan qaldırılıb və gömrük-buraxılış məntəqələrinin infrastrukturunun yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir.

Cavad Qasımov gömrük təmsilçiliyi institutunun formalaşdırılması, yeni gömrük-keçid məntəqələrinin inşası, gömrük təmsilçilərinin peşə biliklərinin artırılması və digər istiqamətlərdə görülən işlər barədə də iştirakçıları məlumatlandırıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və onların sualları cavablandırılıb.




İmza:

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

Erkin Qədirli: Məni söyməyi bitirəndə xəbər edin

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

İlham Əliyev: Bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

İsparta təyyarəsi qəzaya uğramadı, vuruldu

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Mikayıl Cabbarov: Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır

Dövlət Gömrük Komitəsində əməliyyat müşavirəsi keçirilib

Dünyanın yanan mənzərəsi: alovlar, dəhşətlər, faciələr...

Nazirlik yoxlamalar apardı - Ciddi nöqsanlar aşkar edildi

Tanrıverdi Mustafayev: "Elektrik enerjisinin talan olunması kimi neqativ hallar..."

"20 Yanvar" dairəsindəki xaos aradan qaldırılacaq - BNA Nazirlər Kabinetinə müraciət etdi

“Sədərək”dəki yanğının ilkin səbəbi məlum deyil - AÇIQLAMA

Rüstəm Usubov Goranboyda vətəndaşları qəbul edəcək

Bir neçə hərbi təyinatlı obyektin açılışı olub

Real TV-nin 3 məşhur əməkdaşı işdən çıxarıldı

SON XƏBƏRLƏR
2020-02-18
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK