Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Azərxalça”nın İsmayıllıda daha bir filialı fəaliyyətə başlayıb Adalet.az | “Azərxalça”nın İsmayıllıda daha bir filialı fəaliyyətə başlayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“Azərxalça”nın İsmayıllıda daha bir filialı fəaliyyətə başlayıb

11534    |   2019-08-29 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə (ASC) vəsait ayrılıb.

ASC-dən verilən məlumata görə, ötən ilin sonlarında İsmayıllıda "Azərxalça"nın yeni filial binasının tikintisinə başlanılıb və tikinti-quraşdırma işləri qısa müddət ərzində başa çatdırılıb. Artıq filial fəaliyyətə başlayıb.

Qeyd edək ki, respublikamızın bölgələrində xalça istehsalı emalatxanalarının yaradılmasına paralel olaraq, kadr hazırlığına da ciddi diqqət yetirilir. Toxucu kadrların hazırlanması üçün "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir. Tədris-hazırlıq kurslarını bitirənlər sertifikat alaraq Cəmiyyətin filiallarında işlə təmin edilirlər. İsmayıllıda yaradılan yeni xalça istehsalı emalatxanası üçün də tədris-hazırlıq kursu təşkil olunub. Kursa 150 nəfərdən çox toxucu cəlb edilib. İlkin mərhələdə onlardan 50 nəfəri işə götürülüb.

Filialın direktoru Dilşad Hüseynova deyir ki, İsmayıllı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. İsmayıllıda fəaliyyətə başlayan bu filialda fəaliyyət göstərən toxucular bu ənənələri davam etdirəcək, unudulmaqda olan qədim çeşnilərimizi toxuyaraq xalçaçılığın yaşadılmasına öz töhfələrini verəcəklər.

Filialda işləyən toxucuların əksəriyyəti İsmayıllı şəhərinin və Qalacıq kəndinin sakinləridir.

Toxucu Çiçək Paşayeva onlar üçün yaradılan şəraitdən razılıqla danışır: "Bizim rayonumuzda iki xalça istehsalı emalatxanasının yaradılması dövlət başçısının İsmayıllı toxucularına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. Toxucular üçün burada yüksək iş şəraiti yaradılıb. Biz işıqlı emalatxana binasında çalışır, qədim sənətimiz olan xalçaçılığı yaşadırıq. Bizə göstərdiyi qayğıya görə ölkə başçısına dərin minnətdarlığımızı bildiririk”.

Yüksək keyfiyyətlə inşa olunan filial binasında emalatxana, yeməkxana, tibb otağı, konfrans zalı, inzibati otaqlar işçilərin istifadəsinə verilib. Burada qonaq otağı da yaradılıb.

Binada təhlükəsizlik tədbirlərinin də ən müasir tələblər səviyyəsində həyata keçirilməsi nəzərə alınıb, videonəzarət sistemi quraşdırılıb. Binanın həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Xatırladaq ki, İsmayıllı rayonunda "Azərxalça”nın ilk filialı 2017-ci ildə fəaliyyətə başlayıb.




İmza:

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

"Qodonun intizarında" fərqli səhnədə

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi

“Yad gəlin” gəlir

“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi - FOTO/VİDEO

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Novruz Novruzlu: Qafil Oyan - Video

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK