nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Qida təhlükəsizliyində ictimai nəzarət mexanizmləri gücləndirilir Adalet.az | Qida təhlükəsizliyində ictimai nəzarət mexanizmləri gücləndirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Qida təhlükəsizliyində ictimai nəzarət mexanizmləri gücləndirilir

4305    |   2019-08-27 13:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində vətəndaşların prosesə aktiv cəlb edilməsi, ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədilə agentlik tərəfindən həyata keçirilən tədbirlərin miqyası genişləndirilir.

AQTA-dan verilən məlumata görə, vətəndaşların diqqətini qida təhlükəsizliyi mövzusunun vacibliyinə çəkmək, prosesdə onların rolunu əhəmiyyətli dərəcədə artırmaq, istehlakçıların ictimai nəzarətdə aktiv iştirakını təmin etmək üçün agentlik əhalinin gediş-gəlişinin sıx olduğu ərazilərdə, küçələrdə, ictimai nəqliyyat vasitələrində məlumat lövhələri yerləşdirib.

Belə ki, Bakı Metropoliteninin stansiyalarında quraşdırılan monitorlarda və paytaxt ərazisində hərəkət edən "BakuBus” avtobusları üzərində vətəndaşları prosesdə aktiv iştiraka səsləyən maarifləndirici şüarlar və məlumatlar yerləşdirilib. "İstehlak etdiyin qida məhsullarına diqqət et! Unutma ən yaxşı qida nəzarətçisi elə sən özünsən!”, "Sağlam gələcəyə gedən yol həm də qida təhlükəsizliyindən keçir. İstehlakçı olaraq hüquqlarını öyrən və öz mövqeyini ortaya qoy!”, "Ailənin və sevdiklərinin sağlam gələcəyi üçün sən də bizə qoşul. Təhlükəsiz gələcəyə gedən yolda birgə addımlayaq!” və s. kimi müxtəlif şüarların əks olunduğu məlumatlar vətəndaşları ictimai nəzarətdə aktiv iştiraka çağırır.

Qeyd edək ki, agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq müxtəlif maarifləndirici layihələr həyata keçirilməkdədir. Burada əsas məqsədlərdən biri də vətəndaşların yeni qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatlılığını genişləndirmək, onların bu prosesdə aktiv iştirakını təmin etməkdir.




İmza:
SON XƏBƏRLƏR
2020-02-25
2020-02-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK