Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Xudu Məmmədov cəmi 16 günə Dəlidağda 5 otaqlı məbədi necə tikdirdi?.. Adalet.az | Xudu Məmmədov cəmi 16 günə Dəlidağda 5 otaqlı məbədi necə tikdirdi?.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Xudu Məmmədov cəmi 16 günə Dəlidağda 5 otaqlı məbədi necə tikdirdi?..

Nurəddin Rza: “Xudunun ən yaxın dostu Zeynal müəllimlə və oğlu Toğrulla bərabər Dəlidağa uçdum…”

2973    |   2019-08-27 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Çox nəsillər bu gözəl, möhkəm, rahat, qəribə binaya görə Xuduya rəhmət oxuyacaq…"

Bu günlərdə təqdim etdiyimiz bir köşə yazımızda dünya şöhrətli alim və ziyalı Xudu Məmmədovun hələ sovet dövründə hazırda 27-ci ildir ki, işğal altında qalan Dəlidağda - 3 min metrə yaxın yüksəklikdə öz layihəsi ilə tikdirdiyi məbəddən qısaca bəhs etmiş və həmin qəribə binanın tikilməsi barədə bir az ətraflı məlumat verəcəyimizi vəd etmişdik…

1960-1980-cı illərin Azərbaycan ziyalı cəmiyyətində etalon kimi tanınan "möhtəşəm dost üçlüyün”ün (Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və Nurəddin Rza) bir nümayəndəsi, tanınmış professor-cərrah Nurəddin Rzanın "Xudu açarı” kitabındakı maraqlı parçanı oxucuların nəzərinə çatdırırıq:


"Elin atlı-piyada bir neçə gecə-gündüz keçdiyi yolları 20-30 dəqiqəyə qət edərək Dəlidağda Mərzilinin yurd yerinə düşdük…”

"…Xudunun dərin izləri onun qoyub getdiklərində qalıb. Ən dərin və heç zaman silinməyəcək izləri elmi əsərlərində, yüzlərlə, minlərlə azərbaycanlı alimin, ziyalının, vətəndaşın, o cümlədən qarabağlının ürəyində qalıb. O, bu ürəklərdə Vətənə və xalqa, insana və insanlığa, zəhmətə və yaratmağa olan sevgi və inamın silinməz izlərini qoyub getdi. Anadan olduğu və böyüdüyü guşədə - Mərzilidə sadə, lakin hamının məbəd kimi baxdığı bir ev tikdirdi. Kəndin şəhid övladlarına abidə yaradılmasının təşəbbüsçüsü oldu. Ağdamın bir çox tikililərinin və öz çeşniləri ilə ilk gəbələri toxunmuş xalçaçılıq müəssisəsinin yaranışında iştirak elədi. Nəhayət, Dəlidağın zirvəsində, "qüdrətdən səngərli, qalalı dağların” ən uca yerində uzun illər dayana biləcək Xudunun layihəsi, rəhbərliyi və şəxsi iştirakı ilə tikilmiş daha bir yeni ev - qala-səngər ucaldıldı. Çox nəsillər bu gözəl, möhkəm, rahat, qəribə binaya görə Xuduya rəhmət oxuyacaq…



Xudunun ikinci infarktından bir ay keçmişdi. Yayı yenə də həmişəki kimi Ağdamdaydı. Mən həm həkim, həm də bir dost kimi buna çox şad idim, çünki Xudu heç yerdə və heç vaxt özünü Qarabağda olduğu kimi yaxşı hiss eləmirdi. Dəfələrlə deyirdi:
"Nurəddin, bu, nə işdir, Qarabağa gedən kmi bütün narahatlıqlarım keçir”.
Mən bunu dağ havasının əvəzolunmaz təmizliyi və emosional rahatlıqla izah edirdim. Ancaq bu dəfə Xududan nigaran idim. İkinci infarktın nə demək olduğunu yaxşı bilirdim. O vaxt "raykom” katibi olan Sadıq Murtuzayevə zəng edib bir qədər narazı şəkildə xəbər aldım:
" Sadıq müəllim, bu nədir, siz Xudunun Dəlidağa çıxmasına necə izazə vermisiniz?”.
O, narahatlığımı anlayıb cavab verdi:
"İnanın, bu, ancaq və ancaq Xydunun öz istəyi və təkidi ilə oldu,- və əlavə etdi, - sabaha vertolyot sifariş eləmişəm, buyurun, gedək görək Xudu necədir. Həm də onun layihəsi ilə tikilən evə baxarsınız”.



Mən təklifi minnətdarlıqla qəbul edərək təsadüfən Ağdamda olan, Xudunun çox inandığı həkim-kardioloq Fuad Əliyevlə, ən yaxın dostu Zeynal müəllimlə və Xudunun oğlu Toğrulla bərabər Dəlidağa uçdum. Bizimlə birlikdə televiziya işçiləri də uçurdu. Elin atlı-piyada bir neçə gecə-gündüz keçdiyi yolları 20-30 dəqiqəyə qət edərək Dəlidağda Mərzilinin yurd yerinə düşdük. Hava açıq və məstedici dərəcədə təmiz və şirin idi. Xudu mülayim, sakit, son dərəcə sakit təbəssümü ilə bizi qarşıladı və mənə macal vermədən dedi:
"Nurəddin, heç bilirsən, burada özümü necə yaxşı hiss edirəm? Elə bil, heç xəstəliyim olmayıb”.

Üzündə sağlam, bir qədər günəşdən yanmış mis rəngi var idi. Nəbzi rahat vururdu, qan təzyiqi qaydasında idi.
Tikilən binaya yaxınlşadıq. Qalın divarları daşdan, özülü, tavanı və sütunları tökmə betondan olan bu qəribə bina 5 otağı və ortadakı dəhlizi ilə birlikdə tibb məntəqəsi, mağaza, bərbərxana və başqa zəruri məişət xidmətlərini yerləşdirməklə yanaşı, radio dinləyib televizora baxmaq üçün də olduqca münasib planlaşdırılmışdı. Yüksək dağ yaylağı şəraitində 200 km-ə yaxın məsafəyə çətin yollardan keçib tikinti materialı gətirməklə 16 gün ərzində belə bir evin tikilməsinə adam inana bilmirdi. Xudu nurani, lakin canısulu ustanı, onun pəhləvan cüssəli oğlunu, eləcə də işləməkdə davam edən 10-15 adamı göstərib dedi:

"Günəş çıxanda işə başlayırıq, batanda bitiririk; 3-4 günə evi təhvil verəcəyik…”

Mən başa düşdüm ki, Xudu Dəlidağdan aşağı enməyəcək. Bir yerdə nahar etdik. Toğrul atasının yanında qaldı…
Biz isə Xudunun dağ şəraitində özünü suda balıq kimi hiss etdiyini görüb arxayın halda Ağdama qayıtdıq. Onun ən yaxşı dərmanı tikdirdiyi evin yanına çəkdiyi bulağın suyu, dağın havası, çiçək çayı, bir də saf ürəkli el camaatını nəfəsi idi. Şübhəm yoxdur ki, əgər Xudu o şəraitdə yaşayasaydı, ömrü xeyli uzanardı. Bu da bir sirri-xudaydı…”

(Nurəddin Rza, "Xudu açarı”, Bakı, 1995, səh.17-19.)

Təqdim etdi: Sultan Laçın
moderator.az


İmza:

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub

Qətlə yetirilmiş polis anasından Prezidentə məktub: "Bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?"

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK