Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ələsgər ƏLİOĞLU: ADSIZ ŞEİRLƏR Adalet.az | Ələsgər ƏLİOĞLU: ADSIZ ŞEİRLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ələsgər ƏLİOĞLU: ADSIZ ŞEİRLƏR

3924    |   2019-08-23 15:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


***
Şəhərdə açdığı firmaya
Qoyub atasının adını.
Bazar meydanında
Belədən-belə
səyirdir atını.
Alış-verişdə
Bəxti üzünə gülür.
Amma atası kənddə-
bir damın altda
Acından ölür...
2012
***
Dünya da at kimidir,
Yoxdur mədəsi...
Hamını da
Dişindən keçirir bir-bir.
Dövran da tez-tez
Onun örüyünü dəyişir...

2019
***
Dəmir barmaqlıqlar arasında
dünyaya göz açan körpə,
Ana bətnindən azad olmamış
daş zindanı qucan körpə...
Sənin təvəllüdünə
qara günlər imza atdı,
Bu gəlişinlə
Dünyanın bir günahsız
Müqəssiri də artdı...
Yermi,göymü
Səninlə dayandı qəsdə.
Bələyin sərildi
Tikanlı məftillər üstə...
Qarşında qayğısızlıq bənzədi
keçilməz bir dəryaya.
Ana istəyi,
Ana məhəbbəti
Səni şərik çıxartdı
Anan çəkən cəzaya!..
2012



***
Ömür-gün yoldaşım İradə xanımın xatirəsinə
Sən gedəndən bəri
Elə bir fəsildə yaşayıram ki,
Bənzəmir nə qışa,
nə payıza,
nə yaya,
nə də ki yaza...
Yaşayıram həsrət adlı fəsildə.
Çəkdiklərim gəlməz saya...
Sən gedəndən bəri
Üzüm-gözüm kilidlənib hüznlə,
Açarı da atılıb dəryaya...
2017
***
Saçımı ağardıb illər,
Sığal çəkə-çəkə.
Düşünürəm öz-özümə,
Ağ vərəq lazımmış
həsrətə bəlkə.
2019

***
Bu ayrılıqdan
Başımda şimşəklər elə çaxır ki,
Eşitmirəm öz səsimi,
öz ünümü.
Dərələr buludu sümürdüyütək,
Həsrətin sümürür ömrümü-günümü...
2019


***
Nəvəmin rəsm dəftərindəki
Saralmış yarpağa baxıram,
Ətim ürpəşə-ürpəşə...
...Və sonra
İnsan ömrünün epiloqu
Torpağa baxıram...
Həsəd aparıram
Qüruba enən günəşə.
Günəş səhər yenidən doğacaq,
Ancaq...
Ancaq...
Ancaq...
2019



***
Gecəyarı...
İçərimdən ərimir ki,ərimir,
Kədərim,qəmim...
Ağ vərəqin üstə
Yazmadığım şerin başdaşına
dönür qələmim...
2019

***
Yuxum-ölüm məşqidir,
Məşqçimsə-gecədir.
Məşq edə-edə mən,
Öyrəşmişəm ölüm nədir.
Gəzirəm,dolanıram,
Ömrün sahillərində...
Oyuna çıxacağam,
Günlərin bir günündə!..
2019
***
Bu körpələr evidir,
Uşaqlar dayələrin əhatəsində.
Eşidilir onların şən səsi,
Hər şey yerli-yerində...
Burda çatışmır təkcə,
Ata qayğısı,
Ana nəfəsi...
2019
***

Arxanca elə yüyürtdün ki,
Elə yordun ki,
Hələ də,hələ də tövşüyürəm mən.
Bağlanıb qəlbimin qapısı daha,
Bayırda qalmışam,
Üşüyürəm mən...
2004

***
Sənət aləmində,söz aləmində,
Bu şairin "bəxti"
Üzünə baxıb;
Hələ kitabının özündən qabaq,
Resenziyası çapdan çıxıb...
2001

***
Ölüm də rəngarəngdir,
Neçə cür naxışı var.
Bəzən əcəl-insanı yox,
İnsan-əcəli tapar.
2019
***
Təkcə ayağımla yox,
Dilimlə də
Haqsızlığın üstə getmişəm.
Qazmışam öz qəbrimi,
Özümü dəfn etmişəm.
Dayanmışam namaza,
Peşmanlıq iz salmayib üzümdə.
Halallığımı da
Almışm mən özümdən...
2019

***
Həyat başdan-başa
Təzadlarla doludur,
Gəlmək olmur ortaq bir məxrəcə.
Gündüz tapılmayanı,
Bəzən tapıriq gecə...

, 2019









































































İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK